SANCI

is. Bədənin hər hansı bir yerində, əsasən qarın boşluğunda, böyürdə baş verən kəskin ağrı. Sancısı keçmək. Sancısı güclənmək.
– Sancıdan özümü toxdadıb, bir az da getdim. Çəmənzəminli.
Teybə böyrünün sancısından udqunub susdu. M.Hüseyn.

□ Sancı tutmaq – qarın boşluğunda, yaxud böyrəyində birdən kəskin ağrı başlamaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SANCI SANCI (kəskin ağrı) O günün axşamı xəstə Eyvazın; Qəfil ürəyinin sancısı tutdu (B.Vahabzadə); AĞRI Elə güc gəldi ki, ona ağrılar; Günüzkü dərdini tama
  • SANCI ağrı
SANCAQVARİ
SANCILANMA
OBASTAN VİKİ
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI-XVIII əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası.

Digər lüğətlərdə

беспу́тничать логи́чность намагни́чивать поясня́ть приска́зывать продыря́вить разоблачи́тельство свальцева́ть тари́фный тенётчик уйти на поко́й ей лопоток циркуляр Швеция alternately inexplosive mothproof Ovonics pierre-perdue Sheol кельнер прокрасить разворот смердеть