Sarkomastiqoforlar
Sarkomastiqoforlar və ya sarkoqamçıdaşıyıcılar (lat. Sarcomastigophora) protozoylara daxil olan tipdir. Bura sərbəst yaşayan və parazit həyat kecirən ibtidailər daxildir. Hərəkət orqanoidları sitoplazmanın çıxıntısı olan yalançı ayaqlar və ya qamçılardır. 18000-ə yaxın növü var.
== Quruluşları ==
Birhüceyrəli sərbəstyaşayan və ya parazit, daha çox birnüvəli orqanizmlərdir. Elə formaları var ki, iki tip nüvələri olur- vegatativ və generativ. Nümayəndələrinin əksəriyyətində hüceyrənin xarici qatı möhkəmdir ki, bu da forma sabitliyini şərtləndirir. Elə qruplar var ki, onların xarici skeletini mineral maddələr təşkil edir.
== Həyat tərzi ==
Növlərin çoxu bakteriofaqdır, üzvi maddələrlə qidalanan saprofitlər də vardır.