Seçim həcminin müəyyən olunması
linqvistikanın mühüm problemlərindən birinə aiddir. Belə ki, seçim əsasında aparılmış tədqiqatlarda alınmış nəticələr, bütöv tamlıq haqqında təsəvvür almağa kömək edir. Seçimin daha reprezentativ optimal həcmi 200 minə qədər sözün işlədildiyi mətn korpusudur. Lakin maşın lüğətlərində sintetik dil (rus, alman) giriş lüğətlərinin qurulması üçün elmitexniki mətnlərdən olan seçim 1,5-dən 2 dəfəyə qədər artır, daha doğrusu, 300-400 min sözün işlənməsindən az olmamalıdır, publisist, belletrist və qarışıq mətnlərdə isə seçimin ilkin həcmi tezlik lüğətləri qurularkən 5 dəfə artır.