SEHR

is. [ ər. ]
1. Köhnə mövhumi təsəvvürlərə görə, guya insanlara və təbiətə təsir yetirməyə qadir olan ecazkar üsullar: ovsun, cadu, gözbağlayıcılıq.
[Müsyö Jordan:] Əlbəttə sehrdir, mat qalmalı işdi, bir türfətüleyndə qəflətən Parij xarab olubdur. M.F.Axundzadə.

2. məc. İnsanı heyran edən hünər, məharət, qüvvə.
Arzulardan arzu doğur… Yoxdur sonu arzunun; Bağlanmışdır məna dolu; Sehrinə hər kəs onun. N.Xəzri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEHR sehr bax cadu 1
  • SEHR cazibə — lətafət
  • SEHR ovsun — cadu — tilsim
SEGAH
SEHRBAZ
OBASTAN VİKİ
Sehr Nazirliyi
Magiya Nazirliyi — Coan Roulinqin Harri Potter romanında yaratdığı dünyada, London'da qurulmuş olan uydurma bir nazirlikdir. Bu təşkilat, Britanya'daki sehrbaz dünyasının rəhbərliyindən məsuldur. Əsas vəzifəsi, Maqlları cadugər dünyasından uzaq tutmaqdır. Bu kompleks və çox bürokratiya tələb edən bir vəzifədir. Nazirlik binası yerin altındadır və girmək üçün, yer üstündəki telefon daxmasında 6-2-4-4-2 kodunu girmək lazımdır. Əlavə olaraq ora cisimlənmək və yaxud "uçan barıt" ilə buxarlaşmaq olur. == Quruluşu və vəziyyəti == === "Maql" dünyası ilə əlaqəsi === Maql baş naziri sehr dünyasından xəbərdardır. Və digər dünya liderləri də Sirius Blek ve 10 ölüm yeyənin Azkaban həbsxanasından qaçması ilə birlikdə, Kornelius Fac (ing. Cornelius Fudge) bunun maqllara qarşı da bir təhlükə yaratdığını düşündükdən sonra bu barədə maql baş nazirinə olanları demişdir. Həm də Nazirlik bəzi Sehrli məxluqların əldən qaçması kimi xüsusi hallarda da, Səhv Məlumatlandırma Ofisi (Sehrli Məxluqların Təşkil Edilməsi və Nəzarət Dairəsinin alt hissəsidir) maql baş nazirinə, maqlları inandırabiləcək hekayələr uydurma mövzusunda köməkçi olmaqdadır.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Ağ kətanın sehri... Kamil Nəcəfzadə (film, 2014)
Ağ kətanın sehri... Kamil Nəcəfzadə qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. == Məzmun == Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadənin 85 illik yubileyinə həsr olunur. Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Rənglərin sehrli dünyası (film, 2007)
== Məzmun == Film Azərbaycanın xalq rəssamı Maral Rəhmanzadənin zəngin və son dərəcə maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.
Sehran Vəliyev
Sehran Nizami oğlu Vəliyev (23 fevral 1993; Nəsimikənd, Biləsuvar rayonu, Azərbaycan — 3 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehran Vəliyev 23 fevral 1993-cü ildə Biləsuvar rayonunun Nəsimi kəndində anadan olub. Sehran 2000-ci ildə yaşadığı Nəsimikənd kəndinin Rafiq Uzayev adına orta məktəbinin 1-ci sinfinə gedib. 2008-ci ildə o, Biləsuvar rayonundakı İ.A. Dəmirov adına Peşə Liseyinə daxil olub və oranı 2011-ci ildə 1-ci dərəcəli traktorçu-maşinist və 1-ci dərəcəli dəmirçi-çilingər ixtisası almaqla bitirib. Sehran 2008-ci ildən kikboksinq idman növü ilə məşğul olmağa başlayıb və bir neçə dərəcə əldə edib. 20 aprel 2011-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar idman məktəbindən ayrılıb və 28 aprel 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluğa başlayıb. O, 2012-ci ildə hərbi xidmətini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma kəndinə qayıdıb və yenidən idmanla məşğul olub. Bir neçə dəfə ölkə üzrə yarışlarda nailiyyətlər əldə edib. Ailəli idi, 3 övladı əmanət qaldı. == Hərbi xidməti == Sehranın hərbi sahəyə marağı onu yenidən bu çətin və məsuliyyətli işə qaytarıb.
Sehrbaz (film, 2006)
İllüziyaçı (ing. The Illusionist) — Neil Burger tərəfindən 2006-cı ildə dram janrında çəkilmiş film. Film Stevan Milhauzerin eyni adlı qısa hekayəsi əsasında çəkilmişdir. Sehirbaz filmi XX əsrin keçid dönəmlərində Avstriya-Macarıstan imperiyasına daxil olan Vyana şəhərində fəaliyyət göstərən Sehirbaz Eyzenhaymın (Edvard Norton) başına gələn hadisələrdən bəhs edir.
Sehrbazlar dəstəsi (film, 2013)
Yalan illuziyası (ing. Now You See Me) — Fransız rejissor Luiz Leterrier tərəfindən 2013-cü ildə çəkilmiş ABŞ filmidir. Film 21 may 2013-cü ildə təqdim edilmişdir. == Rollarda == Cessi Ayzenberq — J. Daniel Atlas, illüziyaçı və dörd atlının lideri. Mark Ruffalo — Dilan Rods, bank oğurluğunu araşdıran FTB agenti. Vudi Harrelson M erritt MakKinni, mentalist. Isla Fişer — Henli Rivs, eskapist. Deyv Frenko — Cek Uaylder, sürətli illüziyaçı. Mélanie Laurent — Alma Drey, bank oğurluğunu araşdıran İnterpol agenti. Morqan Friman — Thaddeus Bradley, sehrbazlar arasında sirrləri ortaya çıxararaq pul qazanan qoca sehrbaz.
Sehrbazların siyahısı
Bu siyahıda sehrbaz və illuziyonistlərin adları göstərilib.
Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur. "Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.
Sehriman Əliyev
Sehriman Əliyev (17 aprel 1990, Araz Yağlıvənd, Füzuli rayonu – 29 sentyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehriman Əliyev 1990-cı il aprelin 17-si Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. == Hərbi xidməti == Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra, 2016-cı ildə hərbidə, müddətdən artıq hərbi xidmət vəzifəsində çalışmışdır. İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştrak etmiş və Füzuli rayonunun Qorqan kəndi istiqamətində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Sehrin rəngi (roman)
“Sehrin rəngi” (ing. The Colour of Magic ) – ingilis yazıçısı Terri Pratçettin 1983-cü ildə yazılmış yumoristik fentezi janrında romanı. “Yastı dünya” (ing.”Discworld”) seriyasından ilk roman. Romanda barəsində söhbət gedən sehrin rəngi Yastı dünyanın göy qurşağının səkkizinci rəngi olan oktarindir. Romanda həm də sehrli metal oktiron (Aqat imperiyasında kəşf edilmiş ehtiyatları var) və sehrli qaz oktaqon xatırlanır. == Romanın yazılma tarixi == Müəllif bildirirdi ki, o sadəcə pis fentezini və bir az da yaxşı fentezini təqlid etmək istəyirdi. Romanda bu janrın ən populyar nümayəndələri olan C.R.R.Tolkin, Lavkraft, Enn Makkefri, Fritz Leyber kimi müəlliflərə allüziyalar var. == Romanın süjeti == Aqat imperiyasının təbəəsi olan İkiçiçək Yastı Dünyanın ən iri şəhəri olan Ank-Morporkla tanış olmaq üçün bura gəlir və Yastı Dünyanın ilk turistinə çevrilir. Öz inkişafında Aqat imperiyasından geri qalan şəhər sakinlərini o öz eynəkləri, danışıq kitabı və ikonoqrafı (fotoaparatın analoqu) ilə təəccübləndirir. İçi qızılla dolu olan ağıllı armuda ağacından hazırlanmış canlı Sandıq da İkiçiçəyi müşayiət edir.
Sehrli güzgü (veriliş, 1990)
"Sehrli güzgü" — 1990-cı ildən 2015-ci ilə qədər Azərbaycanın AzTV kanalında yayımlanan uşaq verilişi. Verilişin aparacıları müxtəlif illərdə Bəxtiyar Məmmədov və Tofiq İsgəndərli olublar. Verilişdə daim "Savalan baba" kimi tanınan aktyor Sadıq Hüseynov da iştirak edib.
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. == Qurulma qaydası == "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Sehrli ləçək (film, 1983)
== Məzmun == Günlərin birində balaca oğlan çərpələng uçurarkən onun çərpələngi gözlənilmədən yerə düşür. Sən demə, qanadı sınmış bir kəpənək həmin çərpələngin üstünə qonubmuş. Kəpənək dil açıb oğlana deyir ki, mənim qanadımı yalnız sehrli gülün ləçəyi sağalda bilər. Oğlan həmin gülün ləçəyini tapıb kəpənəyin qanadını sağaldana kimi başına çoxlu əhvalatlar gəlir. Bu alleqorik nağılda insanla təbiətin qarşılıqlı əlaqəsindən, insanın ətrafındakılara qarşı diqqətli olmasından, xeyirxah əməllərindən bəhs edilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Eldəniz Quliyev Quruluşçu rəssam: Tahir Piriyev Operator: Ramiz Ağayev Bəstəkar: Azər Dadaşov Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Sehrli naxışlar (film, 1984)
== Məzmun == Film haqq-ədalətin gec də olsa öz yerini tapması haqqındadır. == Film haqqında == Applikasiya filmidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Ağanağı Axundov Ssenari müəllifi: Vidadi Paşayev Quruluşçu rəssam: Rasim Babayev Operator: Ramiz Ağayev Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Vladimir Savin Cizgi rəssamı: Vaqif Məmmədov, Arifə Hatəmi Fon rəssamı: Hüseyn Cavid İsmayılov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Sehrli susüpürən
Sehrli xalat (film, 1964)
"Sehrli xalat" — rejissor Əlisəttar Atakişiyevin filmi. == Məzmun == Filmdə məşhur illüzionist İo Kionun (Anatoli Falkoviç) köməyi ilə uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Burada hər iki dövrə həmin dövrün uşaqlarının gözü ilə baxılır. == Film haqqında == Rəşid rolunun ifaçısı Azər Qurbanov rusdilli olduğundan filmin Azərbaycan variantında onu Yusif Şeyxov səsləndirmişdir. Pioner rollarında çəkilmək üçün 500-600 uşaq sınaq çəkilişlərindən keçib. Filmin kinomusiqisi bəstəkar Arif Məlikovun yazdığı ilk kinomusiqidir. Film haqqında "50 illik sehr" adlı sənədli film çəkilmişdir. 2014-cü ildə filmin 50 illiyi qeyd olunmuşdur. Film Bakıda Maştağa qəsəbəsində və İçərişəhərdə, İsmayıllı rayonunun Cülyan kəndində, eləcə də Belorusiya SSR-in paytaxtı Minsk şəhərində pavilyonda çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Aleksandr Tarasov, Əlisəttar Atakişiyev Quruluşçu rejissor: Əlisəttar Atakişiyev Quruluşçu operator: Teyyub Axundov Quruluşçu rəssam: Məmməd Hüseynov, Cəbrayıl Əzimov Bəstəkar: Arif Məlikov Səs operatoru: Paşa İbrahimov Dirijor: Niyazi Geyim rəssamı: Qəzənfər Xalıqov Qrim rəssamı: V. Bereznyakov Montaj edən: Tahirə Babayeva Redaktor: Ədhəm Qulubəyov Operator: Əlihüseyn Hüseynov Quraşdırılmış səhnələrin operatoru: Sergey Klyuçevski Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: Əşrəf Mamayev, Tələt Rəhmanov, Əli Məmmədov, A. Süleymanov Operator assistenti: İ. Qafarov, Ramiz Babayev Dekor rəssamı: T. Abdullazadə Filmin direktoru: V. Dudiyev, S. Kolpakov === Rollarda === Azər Qurbanov — Rəşid Solmaz Hətəmova — Zərifə Kolya Loginov — Petya Yusif Şeyxov — Eldar Əliağa Ağayev — Xan Anatoli Falkoviç — İo Kio Möhsün Sənani — Möhsün Ağayev Ağahüseyn Cavadov — baş vəzir İsmayıl Osmanlı — vəkil Hüseynağa Sadıqov — vəzir Məmməd Sadıqov (Məmməd Sadıxov kimi) — münəccim başı Əfrasiyab Məmmədov — sərdar Ələkbər Hüseynzadə — qoca Mollağa Bəbirli — xəzinədar Bahadur Əliyev — yaraqlı Lütfi Məmmədbəyli — Eynulla müəllim Tələt Rəhmanov — milis işçisi A. Şükürov — məktəbli K. Nemətova — məktəbli Nazim Mustafayev — Arif T. Rəsulov — məktəbli Ə. Əhmədova — məktəbli Məmmədsadıq Nuriyev — tacir Əli Xəlilov — tacir Arif Mədətov — sirk artisti Almaz Mustafayeva — Səidə Zamiq Əliyev — tar çalan (titrlərdə yoxdur) === Filmi səsləndirənlər === Yusif Vəliyev — İo Kio (Anatoli Falkoviç) (titrlərdə yoxdur) Bahadur Əliyev — milis işçisi (Tələt Rəhmanov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — Eynulla müəllim (Lütfi Məmmədbəyli) (titrlərdə yoxdur) Yusif Şeyxov — Rəşid (Azər Qurbanov) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Eldar (Yusif Şeyxov) (titrlərdə yoxdur) Əlizaman Qasımov - Möhsün Ağayev (Möhsün Sənani) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (aktyor) - qoca (Ələkbər Hüseynzadə)(titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Ə.Azad.
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. == Tarixi == Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. == "Uçan xalça"nın bu günü == Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Sehrli Çıraq (1987)
== Məzmun == Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Sehrli çubuq
Sehrli çubuq (ing.magic wand, ru. волшебная палочка ) - formasından asılı olmayaraq ayrıca rəngdə olan bütöv sahəni seçdirən redaktə aləti; qrafik redaktorların əksəriyyətində (Adobe Photoshop, Aldus Photostyler, Corol PhotoPaint) sehrli çubuq aləti vardır. Redaktə ediləsi sahəni seçdirmək üçün bu alətdən istifadə olunur. Onun başlıca gücü istifadəçini çox yorucu və sıxıcı işlərdən azad etməsindədir. Hər hansı pikseli siçan vasitəsilə çıqqıldatdıqda sehrli çubuq onunla eyni rəngdə olan sahəni (qıraqların nə qədər girinti-çıxıntılı olmasından asılı olmayaraq) seçdirir. Bundan sonra, həmin sahəni tək obyekt kimi kopiyalamaq (COPY), uzaqlaşdırmaq (DELETE), sürüşdürmək (MOVE), döndərmək (FLIP), fırlatmaq (ROTATE), büzmək (SHRINK), dartmaq (STRETCH), yaxud ona sücgəclər (FILTER) tətbiq etmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sehrli çıraq (film, 1987)
== Məzmun == Film lovğa Nazimin öz səhvi ucbatından daim çətinliklərlə qarşılaşmasından, sonradan isə öz səhvlərini başa düşərək peşimançılıq çəkməsindən danışır. == Festivallar və mükafatlar == 1)1991-ci ildə Bu filmlə yanaşı "Xeyirxah nağıl" və "Basatın igidliyi" filmlərinə görə rejissor Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. == Film haqqında == Kukla filmidir.
Sehrli şəhər (film, 2008)
Ember şəhəri — ABŞ filmi "Ember şəhəri", Jeanne Dupraun 2003-cü ildə yazdığı eyni adlı kitaba çəkilmiş filmdir. Ssenarisi Caroline Thompsonun yazdığı filmin rejissorluğun Gil Kənan edib. Film Lina və Doon adlı iki uşağın həyatından bəhs edir. Onlar göy üzünün hər vaxt qaranlıq olduğu, günəşin heç heç çıxmadığı Ember şəhərində yaşayırlar. Şəhərdəki bütün işıqlar hər zaman yanır. Şəhərdəki enerji qaynaqları tükəndikcə işıqlar sönməyə başlayır. Bundan sonra iki uşaq bu sehrin səbəbini axtarmaq və insanları işığa qovuşdurmaq üçün axtarışlara başlayırlar.
Sehrlənmiş Küpə (1979)
== Məzmun == Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. == Film haqqında == Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. == Səhvlər == Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov === Filmi səsləndirənlər === Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) == Sitatlar == Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Sehrlənmiş küpə (film, 1979)
== Məzmun == Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir. Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur. == Film haqqında == Applikasiya filmidir. Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. == Səhvlər == Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ələviyyə Babayeva Rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov Operator: Ramiz Ağayev Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi) Səs operatoru: Kamal Seyidov Fon rəssamı: Faiq Məmmədov Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova Rejissor assistenti: Fəridə Həşimova Operator assistenti: Ziya Xəqani Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi) Redaktor: Ədhəm Qulubəyov Filmin direktoru: Eldar Şirinov === Filmi səsləndirənlər === Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur) Mirvari Novruzova — nənə (titrlərdə yoxdur) Yusif Vəliyev — baba (titrlərdə yoxdur) == Sitatlar == Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm. Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?
Sehrlənmiş oğlan (cizgi filmi, 1955)
Sehrlənmiş oğlan (rus. Заколдованный мальчик) - İsveç yazıçısı Selma Lagerlöfün "Nils Holgerssonun vəhşi qazlarla birgə İsveçboyu səyahəti" əsəri əsasında 1955-ci ildə çəkilmiş cizgi filmi. == Xarici keçidlər == "Sehrlənmiş oğlan — Internet Movie Database saytında.
Sehrulla Quliyev
Sehrulla Xeyrulla oğlu Quliyev (2 oktyabr 1999; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sehrulla Quliyev 2 oktyabr 1999-cu ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sehrulla Quliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra mülki işdə çalışmışdır. Azərbaycan Ordusunun əsgəri olan Sehrulla Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sehrulla Quliyev 21 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sehrulla Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə