SEHRKAR

sif. [ ər. sehr və fars. …kar]
1. Bax sehrbaz.
[Əbülhəsənbəy:] Ah, bu qız nə qədər sehrkar bir qız imiş. M.S.Ordubadi.

2. məc. Məftunedici, füsunkar, fövqəladə gözəl.
Doğrudan da bu saat Qaraş və Mayanın üzündə ürəklərinin dərinliklərindən qalxan həm sehrkar bir cazibənin, həm də xoş bir səadətin işıqları oynayırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEHRKAR sehrkar bax sehrbaz
SEHRBAZLIQ
SEHRKARLIQ

Digər lüğətlərdə