SİFƏT₁

is. [ ər. ]
1. Üz.
…Hər kəs [Xudayar bəyin] sifətinə diqqətlə baxsaydı, əlüstü duyardı ki, Xudayar bəy bu dəqiqə fikir dəryasına, bəlkə qəm dəryasına qərqdir. C.Məmmədquluzadə.
[Gülçöhrə:] Asya demişkən arşınmalçının sifəti yaxşı idi. Ü.Hacıbəyov.

2. Bir şəxsi və ya şeyi başqalarından fərqləndirən hal, surət, keyfiyyət. Mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir.
◊ Sifət göstərmək – bax üz göstərmək (“üz”də).
Sifəti tutulmaq – qanı qaralmaq, üzü tutulmaq.
Nazxanımın sifəti tutuldu. İ.Əfəndiyev.

Sifətin tökülsün! – qarğış ifadəsi.
Sifətini turşutmaq – bax sir-sifətini turşutmaq.
Kosa [Meşinovun] döşündən itələyərək bürüşmüş sifətini turşutdu. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİFƏT sifət bax üz
  • SİFƏT üz — bəniz — çöhrə

Omonimlər

  • SİFƏT SİFƏT I is. [ ər. ] Üz. Gör necə artırmısan; Sifətinin sayını (Ə.Kürçaylı). SİFƏT II is. [ ər. ] qram
SİFERBLAT
SİFƏT₂

Digər lüğətlərdə