SİLİNMƏZ

sif.
1. Silinə bilməyən, getməyən. Silinməz ləkə.
2. məc. Yaddan çıxmaz, unudulmaz, xatirdə qalan. Silinməz iz. Silinməz xatirələr.
[Bu hadisə] … qəlbimdə elə silinməz nəqş bağlamışdır ki, sanki … dünən vaqe olmuşdur. S.S.Axundov.
[Qəhrəman:] O gözlərdə, o dodaqlarda silinməz, ümidli və səmimi bir təbəssüm dururdu. H.Nəzərli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SİLİNMƏZ unudulmaz — yaddançıxmaz
SİLİNMƏK
SİLİ́SİUM

Digər lüğətlərdə