SİLİNMƏZ
SİLİST
OBASTAN VİKİ
Silisium
Silisium — Kimyəvi elementlərin dövri cədvəlində 14-cü element. Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci elementdir (28%). == Tətbiqi == Silisium tozu tez alışma xüsusiyyətinə malikdir. Elektronik cihazlar və şüşə istehsalında istifadə olunur. == Orqanizmlərdə == Bitkilərdə silisiumun miqdarı kütlə ilə 0,15% miqdarındadır. Bitkilərin gövdəsi nə qədər çox olur. Bitkilər silisiumu sudan götürür. İçməli və duzlu suda silikat turşusu və onun duzları şəklində 3mq/l-ə qədər silisium həll olur. Silisium birləşdirici toxumaların ümumi möhkəmliyinə kömək edir. Bitkilərin toxumalarına düşərək və orada çökərək silisium birləşmələri onların sərtliyini artırır və yuxarı böyümək qabiliyyətini yüksəldir.
Silisium Vadisi
Silikon vadisi və ya silisium vadisi ― Şimali Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı bölgənin adı. Hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə "Electronic News" jurnalının müxbiri Don Höfler bu rayonu Silikon vadisi adlandırıb. Silikon vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar. Burada bir çox böyük şirkətin mərkəzi yerləşir: Intel, Cisco, Google, HP, Maxtor, Softway Solutions, Apple, Microsoft, Oracle, Nvidia, AMD, Facebook, Twitter, Mozilla,Yahoo! == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 779 s.
Silisium karbidi
Karborund — süni silisium karbidi (SiC). Tərkibinə görə meteoritlərdəki muassanitə müvafiqdir. Kristalları rəngsiz, almaz parıltılı. İki modifikasiyada olur: 20000 C-yə qədər sabit olan kubik və daha yüksək temperaturda sabit olan heksaqonal. Sərtliyi 9,5, ərimə temperaturu 28300 C. Döyülmüş kvars və neft qazı koksundan və ya antrasitdən alınır. Qiymətli abrazivdir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Silisium turşusunun efirləri
Silisium turşusunun efirləri - sürtkü yağları və mayelər kimi işlədilən silisium üzvi birləşmələr içərisində o-silisium turşusu efirlərinin böyük əhəmiyyəti vardır. Bu birləşmələr silisium turşusu ilə müxtəlif spirtlərin təsirindən alınınr: Efir molekulunda bir və bir neçə alkoksiqrup üzvi radikallarla əvəz oluna bilər. Bu zaman silisium turşusunun R-mono-, R-Si-(ORı)3, di-R2-Si-(OR)2 və üçalkil törəməli R3-Si-ORı efirləri əmələ gəlir. == Fiziki - kimyəvi xassələri == Silisium turşusunun efirləri də polisiloksanlar kimi yaxşı temperatur - özlülük xassələri, aşağı donma temperaturu, zəif uçuculuq, oksidləşməyə qarşı yüksək davamlığı(2000C-yə qədər) ilə fərqlənir. Bu efirlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də alışmağa qarşı davamlı olmalarıdır. o-silisium turşusunun efirləri metalların əksəriyyətini korroziyadan qoruyur və orta yağlama xassəsinə malikdir. Yağlama xassəsini yaxşılaşdırmaq üçün onlara xlor, kükürd və fosfor aşqarları qatmaq lazımdır. == Nöqsanlar == Silisium turşusunun efirləri və onların əsasında alınmış yağlar suyun təsirinə qarşı o qədər də davamlı deyildir. == Tətbiqi == Ortasilisium turşusunun efirləri geniş temperatur hədlərində işləyən yüksək konsistent yağların hazırlanmasında, hidrosistemlərdə yüksək temperaturlu mayelər və istilikdaşıyıcılar kimi tətbiq oluna bilər. == Mənbə == Yağlar, sürtkülər və texniki mayelər.
Silisiumlu üzvi birləşmələr
Silisiumlu üzvi birləşmələr - tərkibində Karbon - Silisium rabitəsi olan birləşmələrə deyilir. Bəzən onları Silikonlar adlandırırlar.

Digər lüğətlərdə

водвори́ть вопроша́тель вы́йти мачтово́й межве́домственный преще́ние приволокну́ться решетчатый фильтрова́ться копи́лка поника́ть сво́йственно смыка́ться тще́тно хромолитогра́фия animality bricken floating assets photoresist preoccupy sea-fight self-complacent white oak пиренейский хирургия