Momordica sinensis
Qüdrət narı (lat. Momordica charantia) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növü. Tropik iqlimi olan bölgələrdə, Amazon hövzəsində, Şərqi Afrikada, Asiyada, Karib adalarında təbii şəkildə bitən, Cənubi Amerikada və Uzaq Şərqdə isə qida və dərman bitkisi kimi kimi becərilən bitki.
Avropa ölkələrində acı qovun, acı balqabaq, Afrika xiyarı, balsam alması və ya balsam armudu olaraq adlandırılar.
Birillik, sarmaşıq formasında bitki olan Qüdrət Narı, yay aylarında çiçək açır. Kənarları dişli yarpaqları yelpik şəklində, yumşaq olur. Sarı rəngli kiçik çiçəkləri, erkək və ya dişi olaraq, ayrı batırar üzərindədir. Meyvələri kal halda yaşıl, yetişəndə isə turuncu kırmızırenkte, 10–20 sm uzunluğunda, geniş bir mekik tündlündə olub, üzərləri girintili çıxıntılıdır. Meyvə yetkinləşincə, qabığı 3 ayrı parça halında, geriyə bükülərək çox sayda, qırmızı-kahverengi və ya ağ rəngli nüvələri ortaya çıxar. Toxumları (nüvələri) 7–10 mm boyunda, yastıdır.