SİRAB

sif. [ fars. ] klas. Doymuş (su və s. mayelərlə).
□ Sirab etmək (eləmək, qılmaq)1) klas. doydurmaq (su, şərab və s. ilə).
Yarı gecələr ki çeşmeyi-xab; Gözlər çəmənin qılırdı sirab. Füzuli.
Demərəm badə ilə et məni sirab, xuda; Bari, çox olmasa da, qismətimiz az olsun. S.Ə.Şirvani.
Sirab eləyib ləli-ləbin Sabiri, ey şux! M.Ə.Sabir;

2) bolluca su vermək, su ilə doyuzdurmaq.
Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan çay axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edir. Ə.Haqverdiyev.

Sirab olmaq – doyunca içmək, içib doymaq.
Qoymuşdum evə bir neçə şişə şərab; Yatdım ki, durub sübh olam ondan sirab. S.Ə.Şirvani.

[Mirab:] Nə danışırsan ə! – deyə, Qədim dayını acıqlı-acıqlı süzdü.
– Ağalığın yeri qovrulacaq, armudboğaz Qədim suya sirab olacaq?! S.Rəhimov.
[Mühəndis Fərəcova:] Yuxarı Qarabağın neçə-neçə kolxozu sirab olacaq. B.Bayramov.

SİR-SİFƏT
SİRAT
OBASTAN VİKİ
Sirab
Sirab mineral suyu
Sirab (Babək)
Sirab — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndi Qahab kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sirab kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin cənubundakı antik dövrə və orta əsrlərə aid yaşayış yeri və qəbir abidələri, kənddən şimal-qərbdəki Sarıdağda isə karst mağarası bu ərazinin qədim insan məskəni olduğundan xəbər verir. Xalq etimologiyasına görə bu toponim "baş su" (sərab) və ya "sirli su" (sirab) mənasındadır. Tədqiqatçılara görə isə fars dilindəki sir (bol, doymuş) və ab (su) sözlərinin birləşməsindən düzəlib "bol sulu, sudan doymuş" mənasındadır. Kəndin yaxınlığında 1979-cu ildə istifadəyə verilmiş Sirab su anbarı da var. == Tarixi == === Tarixi abidələri === Sirab kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Sirab kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sirab nekropolu
Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə. == Tarixi == Sahəsi təxminən 5 hektardır. Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir. Baş daşılarının əksəriyyəti düşmüşdür. Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır. Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir. Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.
Sirab mineral suyu
Sirab mineral su yatağı — Naxçıvan MR-in Babək rayonu ərazisində, Naxçıvan şəhərindən 18 km şimal-şərqdə, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 metr hündürlükdə yerləşən, müalicəvi tərkibə malik mineral su yatağı. == Tədqiqi == Sirab (şirli su) yaxud Sərab (başsu) suyu qədim zamanlardan məşhur olmuş və mühüm müalicə vasitəsi kimi tanınmışdır. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilmişdir. I tip – 9 və 12 nömrəli quyulardan Orta Eosenin alevrolitli, çatlı, gilli süxurlarından alınmışdır. Kimyəvi tərkibinə görə az minerallaşmış, karbon qazlı, hidrokarbonatlı, kaliumlu – natriumludur. Narzan (Kislovodsk) tipli sulara yaxındır. Balneoloji tərkibi: II tip – 8 nömrəli quyudan, 531 metr dərinlikdən alınmışdır. Kimyəvi tərkibinə görə karbon qazlı, orta dərəcədə minerallaşmış, hidrokarbonatlı, natriumludur. Borjomi (Gürcüstan) tipli sulara yaxındır. Balneoloji tərkibi: III tip – 10 nömrəli quyudan, 1075–1080 metr dərinlikdən alınmışdır.
Sirab su anbarı
Sirab su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində, Naxçıvan şəhərindən şimal-şərqdə yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1979-cu ildə istismara verilmişdir. Su anbarı Naxçıvançaydan qidalanır. Bu çaydan su götürülərək kanal vasitəsi ilə su anbarına verilir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 23m, bəndin uzunluğu 2650m və su anbarının ümumi həcmi 12.7mln.m³-dur. Suvarma sahəsi 2700ha-dır.
Sirabçay
Sirabçay — Babək rayonunda çay. Naxçıvançayın sol qoludur. Dərəsində eyniadli mineral bulaqlar var.

Digər lüğətlərdə

вид визи́говый глубоково́дник заша́мкать имени́нный ма́ние пасси́в совраща́ться билингви́зм биотехноло́гия магомета́нка ненастоя́щий осви́стывать разрумя́нить абака панир bargain away cabane cellist cultriform laidback shaheen vermigrade пыжиковый эфиопский