SORĞU

is. Sual, sual etmə, verilən sual. Sorğuya qısa cavab vermək.
– Ağsaçlı, ağbığlı, ağsaqqallı, ancaq lalə kimi qırmızıyanaqlı Əmiraslan baba nəvəsinin sorğularına cavab verirdi. S.Rəhimov.
[Azad:] Qoy xəbər verim, yoxsa sorğu-sualdan yaxamızı qurtara bilməyəcəyik. S.Rəhman.
Səfiyyə sorğu-sualı uzatmamaq üçün tələsik ünvanı, hətta evin nömrəsini də deyib getməyə icazə istədi. H.Seyidbəyli.

// Dindirmə, suallar vermə, soruşma, istintaq.
□ Sorğu (sorğu-sual) etmək – soruşmaq, sual vermək.
[Çiyələk] sorğu-sual eləmədi, lakin mahiyyətinə də enmədi. B.Bayramov.

Sorğu-suala tutmaq – dalbadal sual vermək, çox dindirmək, soruşmaq.
[Malik] məsələni anlamaq üçün kim gəldi, sorğu-suala tuturdu. M.İbrahimov.
[Həkim:] [Ataşı] bu saat sorğu-suala tutmaq olmaz. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SORĞU sorğu bax sual
  • SORĞU sual — dindirmə — istintaq

Etimologiya

  • SORĞU Sormaq feili ilə bağlıdır, həcəmət (ərəbcədir), badkeş (farscadır), qansoran sözünün sinonimi olub. (Bəşir Əhmədov
SORAQSIZ
SORĞU-SUAL

Digər lüğətlərdə