No Sound Without Silence
No Sound Without Silence İrlandiyanın məşhur Alternativ rok qrupu olan The Script qrupunun 4-cü studiya albomudur. Albomun adı ingilis dilindən tərcümədə 2 cür məna verir: "sükutsuz səssizlik" ya da
"sükut olmadan səssizlik olmur". Albomun çıxış treki "Superheroes" artıq 21 İyul 2014 tarixində işıq üzü görmüşdür. Albomun digər treklərindən biri olan "It's Not Right For You" isə 27 İyulda bütün fanatlar ilə paylaşılmışdır. Həmçinin 18 İyul tarixində göstəriş üçün 4 trekin adı da açıqlanmışdır və üstəlik onlardan qısa hissələr də hər kəsə təqdim olunmuşdur. 4 trekin adı isə belədir: "Superheroes, No
Good In Goodbye, The Energy Never Dies, Man On A
Wire". Qeyd etmək lazımdır ki, artıq 3 gün sonra "Superheroes" trekinin tam versiyası işıq üzü görmüşdür. Albomun tam treklisti isə belədir: "No Good in Goodbye" , "Superheroes" , "Man on a Wire" , "It's Not Right for You" , "The Energy Never Dies" , "Army of Angels" , "Flares" , "Never Seen Anything 'Quite Like You'" , "Paint the Town Green" , "Without Those Songs" , "Hail Rain or Sunshine" və bonus trek "Howl at the Moon".
Albomun prodüserliyini bu şəxslər üstlənmişdir: Qrupun vokalisti: Danny O'Donoghue , gitaristi: Mark Sheehan , məşhur ABŞ rok qrupu Linkin Parkın üzvü Mayk Şinoda və digər 2 başqa prodüser James Barry və Andrew Frampton.
Albomun tam versiyası 12 Sentyabrda İrlandiya və Böyük Britaniyada , 15 Sentyabrda isə Avropa və ABŞda satışa çıxarılacaq.