SPIT

spit1

n I şiş; to roast a chicken on a ~ şişdə cücə qızartmaq

n II 1. selik, tüpürcək, ağız suyu; bəlğəm, hayxırıq; 2. xırda yağış, tisək

spit2

v I 1. şişə taxmaq; 2. deşmək, dəlmək; sancmaq; deşik-deşik / dəlik-dəlik etmək

v II 1. tüpürmək; to ~ in smb.’s face bir kəsin üzünə tüpürmək; 2. saymaz / etinasız münasibət göstərmək; to ~ on / upon smb. / smth. bir kəsə / bir şeyə etinasızlıq göstərmək; 3. xırda-xırda yağmaq (yağış haq.), tisəkləmək, çiskinləmək; damcılamaq

SPIRITUAL
SPITE
OBASTAN VİKİ
Mark Spits
Mark Andryu Spitz (10 fevral 1950[…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir. 1968–1972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı. 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 1971 və 1972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi. == Həyatı == Arnold və Lenor (Smit) Spitsin 3 övladından ilki olan Mark Spits, Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur.
Mark Spitz
Mark Andryu Spitz (10 fevral 1950[…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir. 1968–1972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı. 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 1971 və 1972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi. == Həyatı == Arnold və Lenor (Smit) Spitsin 3 övladından ilki olan Mark Spits, Kaliforniya ştatının Modesto şəhərində anadan olmuşdur.
Rosa spithamea
Rosa spithamea (lat. Rosa spithamea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Spitakşen
Spitakşen və ya Spitaqşen – Azərbaycan ərazisində bir neçə yaşayış məntəqələrinin adı: Spitakşen – Azərbaycanın Xocavənd rayonunun Ağkənd kənd inzibati ərazi dairəsinin mərkəzi olan Ağkənd kəndinin keçmiş adı. Spitaqşen – Azərbaycanın Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin ərazisində yerləşən keşmişdə mövcud olmuş kənd. Spitakşen – Azərbaycanın Şəmkir rayonunun Qaraqoyunlu kəndinin keçmiş adı.
Spitakşen (Xocavənd)
Spitaqşen — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun Çaylaqqala kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə kəndin adı Spitaqşen kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi) kənd Sovetinin tərkibində göstərilir. 2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı.
Spitakşen (Şəmkir)
Qaraqoyunlu (1991-ci ilədək Spitakşen) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Şəmkir r-nunda kənd. Dağətəyi ərazidədir. Keçmiş adı Ağkənd olmuşdur. Yerli əhali arasında daha çox bu adla tanınır. Kəndi həmin r-ndakı Dağ Cəyir kəndindən gəlmiş ailələr onlara məxsus binə yerində salmışlar. Yaşayış məntəqəsinə salındığı ərazidə torpağın üst qatının ağ rəngdə olduğuna görə Ağkənd adı verilmişdir. Köçüb gəlmə erməni ailələri burada yerləşdirildikdən sonra kənd Spitakşen adlandırılmışdı. Bu da Ağkənd adının erməni dilinə hərfi tərcüməsidir. 1990-cı ildə kəndin adı yenidən dəyişdirilərək Qaraqoyunlu adlandırılmışdır.
Spitzer Kosmik Teleskopu
Spitzer Kosmik Teleskopu — infraqırmızı kosmik teleskop.
Ursus spitzbergensis
Ağ ayı (lat. Ursus maritimus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın sahillərində və üzən buzlar sahələrində yaşayır. Rəngi sarımtıl-ağdır. Bədəninin uzunluğu 2-2.5 m. Ağ ayı quruda yaşayan yırtıcı heyvanların içində ən böyüyüdür, onun orta kütləsi 400 kq-a yaxındır. Lakin əgər ayı yaşlıdırsa və qışa piy toplayıbsa, onun kütləsi 800 kq-dan çox ola bilər. O yuvasını sahildəki qar çöküntüləri içində qazır. Yuvasına 2-3 metr uzunluqda girişi qarla tutulmuş boru aparır. Dekabr-yanvar aylarında ayının övladları dünyaya gəlir.
Galanthus nivalis var. spitzneri
Qar xədicəgülü (lat. Galanthus nivalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin xədicəgülü cinsinə aid bitki növü.

Digər lüğətlərdə