STADİON (futbol meydançası) Moskva stadionu... hər tərəf dolu insan; Əyləşib sağ yanımda mənim bir qız, bir oğlan (M.Rahim); MEYDAN(ÇA) İlk dəqiqələrdən meydançada inadlı mübarizə başlandı (T.Bəhramov); YAŞIL MEYDAN(ÇA) Düzülərək sıraya ayaqlayıb otları; Komandalar yeriyir yaşıl meydana sarı (M.Rahim). Bir qayda olaraq, yaşıl meydançalarda çıxışlarını başa çatdırmış, lakin sevimli oyundan ayrılmaq istəməyən adamlar hakimlik fəaliyyətinə başlamaq fikrinə düşürlər (T.Bəhramov).