Struktur (yaxud sənədli) formallaşma
1. Əlavə dilin təsnifatın prinsiplərindən başlayaraq nomenklaturasının hərtərəfli təşkilindən mətnin bütün struktur kompozisiyanın tərtib olunmasında özünü əks etdirir. Mətnin struktur cəhətdən formallaşmasının vasitələrindən biri kimi rubrikasiya çıxış edir ki, o, mətnin tərkib hissələrinə bölünməsinə müvafiqdir. O hissələrinə qrafik bölgüsünü, başlıqlardan istifadədəki, bəndləri, bəndaltıları, abzasları, numerasiyanı və durğu işarələrini özündə birləşdirir. Başlıqlar (yarımbaşlıqlar) rubrikasiyanın mühüm vasitəsidir, deməli, formallaşma strukturunun elementidir. Onlar son dərəcə sıxılmış, müxtəsər və lakonik formada sənədin seçilmiş hissəsinin əsas ideyasını və tematikasını əks etdirməyə imkan verir ki, bu məlumatın mühüm vahidi kimi, müəyyən informasiya verən kimi çıxış edir. Durğu işarələri nəinki struktur formallaşmanın elementi kimi çıxış edir, həm də özündə müəyyən semantik-sintaktik və funksional-kommunikativ məna daşıyır ki, onun modelləşdirilməsi zamanı dilaltının modelləşdirilməsi və durğu işarələrinin konfrantasiyasını nəzərə almaq lazımdır. Sənədin mətni kompozisiya tamlığı ilə və materialın yazının (ifadənin) səliqəli, sistemli quruluşu ilə, kompaktlıq və müxtəsərliklə fərqlənir. O, bu funksional-kommunikativ tipli sənədin standart formasında, onun formulyarında əks olunan şəkildə qurulur. Standart forma sənədin işini asanlaşdırır. Formulyarlar mətnli, qrafik və tip trafaretşəklində olur. Tip sənədlərin istifadə olunması iş vaxtını 40-50% qənaət etməyə imkan verir. Sənədin mətni - bu blank-mətndir. Orada mətnin rekviziti və rekvizit formulyarı aydın verilir. Formulyarın rekviziti konstant xarakterə malikdir və funksional perspektiv nöqteyi-nəzərdən sənədin mövzusu olur. Mətnin rekvizitləri dəyişkən xarakter daşıyır və kommunikativ funksiya planında sənədin remasıdır. Sənədin formulyarının rekvizitləri (onun mövzusu), sənədin strukturunu əks etdirir, onun rubrikasiyasının elementləri, deməli, struktur formallaşması kimi çıxış edir. Formulyarlar rekvizitləri dil ştampı, şərti işarələr, müxtəsərlərdən ibarətdir. Öz strukturuna (tərkibinə) görə onlar müxtəlif tipli, tərkibli cümlələrdir: adlıq, adyektiv, adverbial, feli olur. 2. Bu formallaşma öz təşkilati formasının quruluşuna görə general məcmudur ki, həm onun klassik nomenklaturasının təsnifatının ifadəsində, həm də materialı ifadəsində və sənədin formulyasının quruluşunda ifadə olunur.