SÜRÜNDÜRMƏK

f. Bir işi qəsdən ləngitmək, uzatmaq, yubatmaq, gecikdirmək; başda dolandırmaq, get-gələ salmaq. İşi süründürmək. – [Nazlı Nataşaya:] Eh, siz şəhər qızları çox ərköyünsünüz.
Əzilirsiniz, süründürürsünüz, adamın canın üzürsünüz. Ə.Məmmədxanlı.
[Yusif müavinə:] Yekə kişisən, ver planı, sənə deyirəm.
Bu qədər süründürdün bəsdir. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SÜRÜNDÜRMƏK SÜRÜNDÜRMƏK, GET-GƏLƏ SALMAQ, LƏNGİTMƏK, YUBATMAQ
  • SÜRÜNDÜRMƏK yubatmaq — ləngitmək — gecikdirmək — uzatmaq
SÜRÜNDÜRMƏÇİLİK
SÜRÜNƏNLƏR

Digər lüğətlərdə