SƏRTLƏŞMƏK

f.
1. Getdikcə yumşaqlığı, mülayimliyi azalmaq, kəskinləşmək, daha da sərt olmaq, daha da şiddətlənmək, qatılaşmaq.
Hava daha da sərtləşir, külək daha da gücləşirdi. C.Cabbarlı.
Külək gah mülayim əsir, gah sərtləşir. R.Rza.

2. məc. Qabalaşmaq, kobudlaşmaq, kəskinləşmək. Xasiyyəti sərtləşmək.
– Ağa Murad bəyin Reyhan xanımla rəftarı … get-gedə sərtləşirdi. T.Ş.Simurq.
Xəlil, deyəsən, katibin niyyətini duyub, birdən sərtləşdi. M.Hüseyn.

3. Ciddi, sərt görkəm almaq, sərtlik ifadə etmək. Üzü sərtləşmək.
– Səlimin gözləri də Kərimin gözləri kimi sərtləşdi. S.Rəhimov.
Səmədin sifəti sərtləşdi. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • SƏRTLƏŞMƏK ciddiləşmək — səbatlaşmaq — möhkəmləşmək
  • SƏRTLƏŞMƏK qurulaşmaq — ətalətləşmək
  • SƏRTLƏŞMƏK kəskinləşmək — ağırlaşmaq
  • SƏRTLƏŞMƏK qəddarlaşmaq — zalımlaşmaq — rəhmsizləşmək
  • SƏRTLƏŞMƏK kobudlaşmaq — qabalaşmaq
  • SƏRTLƏŞMƏK əsəbiləşmək

Antonimlər (əks mənalı sözlər)

  • SƏRTLƏŞMƏK SƏRTLƏŞMƏK – YUMŞALMAQ Çoban Kərəm yenidən sərtləşdi (M.İbrahimov); Lakin buraya hansı məqsədlə gəldiyini yadına salıb yumşaldı (C
SƏRTLƏŞMƏ
SƏRTLİK

Digər lüğətlərdə