1. SƏS İzzət uca səs ilə onun üstünə çığırıb başladı yamanı (C.Məmmədquluzadə); AVAZ Avazın yaxşı gəlir, oxuduğun Quran olsa (Ata. sözü); AVAZƏ (köhn.) Ta əzəldən var mənim guşimdə eşq avazəsi (Xətayi); NİDA Sabahın bu ahəngdar musiqisini., şeypur nidaları pozurdu (M.Rzaquluzadə); SƏDA [Məmmədhəsən:] İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlayan? (C.Məmmədquluzadə); SƏS-SƏDA ..Gecə yarısı səs-səda kəsilir (M.S.Ordubadi); SƏS-SƏMİR Sonra səs-səmir kəsilib, kənd dərin bir sükuta qərq oldu (Çəmənzəminli); SÖVT (köhn.) Kərbəlayı Qulaməli Hacının bu sözlərini eşidəndə uca bir sövt ilə hönkürüb dizi üstə çökdü.. (Ə.Haqverdiyev); ÜN (köhn.) Səsim çatmır, ünüm yetmir deyəm: Ana! Ana! (R.Rza); VƏHY (din., ilahi səs) Hər nəfəsin bir ayə, vəhyi-müqəddəs kimi (Ə.Cavad); AHƏNG (gözəl səs) ..yaxında-uzaqda qayalardan tökülən suların şırıltısı birləşib xoş bir ahəng yaradırdı (İ.Əfəndiyev).
2. SƏS (mus.) [Xədicə:] ..mahnı oxuyub səsini mənə eşitdirdi (S.Hüseyn); AHƏNG (məc.) Mirzə Valeh bülbüllərin min bir nəğməsini dinləyir, axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu (S.Rəhimov); AVAZ Həkim özü yaxşıca avaz ilə oxuyurdu (C.Məmmədquluzadə); SƏDA Melodiyanın ilk sədaları təzə dilə gəlmişdi (Ə.Məmmədxanlı).
3. SƏS (dilç.), SÖVT (köhn.)