SƏSLƏŞMƏK


1. qarş. Bir-birini səsləmək. Qızlar bir-biri ilə səsləşdilər. – Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Çəmənzəminli.
// Səs-səsə vermək, səslərini çıxarmaq (çoxları haqqında).
Zərnişanın eyvanın yarısı boyda düzəltdirdiyi arakəsmə qəfəsdəki toyuqlar da çaxnaşır, səsləşirdi. B.Bayramov.

2. məc. Bir-birinə uyğun gəlmək, daxilən oxşamaq, həmahəng olmaq, müvafiq olmaq. Müasir həyatla səsləşən əsər.
– …O zaman Qafqaz xalqlarının həyatında, sənət və ədəbiyyatında zəmanənin qabaqcıl fikir və idealları ilə səsləşən diqqətəlayiq təzahürlər olmuşdur. M.İbrahimov.

SƏSLƏŞMƏ
SƏSLİ

Digər lüğətlərdə