TƏBDİL

is. [ ər. ] köhn.
1. Dəyişmə, dəyişdirmə.
□ Təbdil etmək – dəyişmək.
Havanın hər bir zərrəsi həmişə hərəkət edib yerini təbdil edər. H.Zərdabi.

Təbdil olmaq – dəyişilmək, əvəz olunmaq.
İyirmi beş il bundan irəli qəzet haqqında yazılan həcv və föhşlərin indi mədh və tərifə təbdil olması, əlbəttə, bizim üçün böyük bir mayeyi-iftixardır. F.Köçərli.

2. xüs. Mövzusu başqa əsərdən götürülüb yeni mühitə, yeni şəraitə uyğun şəkildə işlənmiş ədəbi əsər.
Bakı işçi teatrı [repertuar qıtlığını] ləğv etmək üçün, başlıca olaraq, tərcümə və təbdillərdən istifadə edirdi. C.Cəfərov.

Etimologiya

  • TƏBDİL Ərəbcə bədəl, mübadilə sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
TƏBABƏT
TƏBƏDDÜL

Digər lüğətlərdə