TƏKBAŞINA

zərf
1. Yalqız, yalnız, təkcə, tək özü. Təkbaşına qalmaq.
– Xan divan otağına gəlib, orada təkbaşına oturdu. Çəmənzəminli.
[Murad] …nə vaxtadək bayquş kimi təkbaşına yaşayacaqdı? S.Hüseyn.

2. Başqasının köməyi olmadan; tək, təkcə. Təkbaşına məsələni həll etmək.
[Südabə:] Təkbaşına Zal oğlu; Üstün gələr onlara. H.Cavid.

// Özbaşına, nəzarətsiz, baxımsız.
[Səlim:] …Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər. C.Cabbarlı.

3. Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏKBAŞINA özbaşına — təkcə
  • TƏKBAŞINA sərbəst — müstəqil

Antonimlər (əks mənalı sözlər)

  • TƏKBAŞINA TƏKBAŞINA – BİRGƏ Burada təkbaşına gəzim, dolanım; Sabahı düşünüm, dünəni anım (H.Hüseynzadə); Birgə işin səmərəsi yaxşı olur
TƏKBAŞÇILIQ
TƏKBƏTƏK

Digər lüğətlərdə