TƏKİR

sif. Qırmızı lələkli (quşlar haqqında); qızıl pullu, qırmızı ağcalı (balıqlar haqqında).
TƏKİDLİ
TƏKQAT
OBASTAN VİKİ
Rüstəm Paşa külliyəsi (Təkirdağ)
Rüstəm Paşa külliyəsi — Təkirdağda XVI əsrə aid külliyə. Osmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, imarət, kitabxana, qoşa hamam, bazar meydanı və karvansaradan ibarətdir. Bunlardan yalnız məscid, mədrəsə, imarət və karvansara Memar Sinan tərəfindən inşa olunmuş, külliyəyə daxil olan digər əsərlər isə müxtəlif dövrlərdə inşa olunmuşdur. Bu əsərlərdən yalnız məscidin inşa tarixini ön hissəsindəki kitabəsindən bilmək mümkündür. Bunlardan birində Rüstəm Paşa və 1553 tarixi qeyd olunmuşdur. İkinci kitabədə isə Sultan Əbdülməcidin adı və 1841 tarixi qeyd edilib. Buna görə də məscidin XIX əsrədək zərər gördüyü və həmin il yenidən bərpa olunduğu başa düşülür. Məscid və bazar meydanından başqa digər əsərlər tam olaraq günümüzə gəlib çatmamışdır. Məscid kvadrat planlı və tək gümbəzlidir. Daxilindəki bəzəmələr olduqca zəngindir.
Təkirdağ
Təkirdağ — Türkiyənin Təkirdağ ilinin inzibati mərkəzi.
Təkirdağlı Bəkri Mustafa Paşa
Təkirdağlı Bəkri Mustafa Paşa (ö. yanvar 1690) — II Süleyman dövründə ümumilikdə 1 il 5 ay 23 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Anonim Osmanlı Tarihi: 1099-1116/1688-1704(haz. Abdülkadir Özcan), Ankara 2000, s. 1, 8, 9-11; Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (haz. Abdülkadir Özcan), Ankara 1995, s. 109, 121, 167, 168 vd., 191, 219, 233, 245, 288-341, 343-344, 346, 357, 428, 576, 587; Silâhdar Mehmed Ağa, Zeyl-i Fezleke (haz. Nazire Karaçay Türkal, doktora tezi, 2012), MÜ Türkiyat Araştırmaları Enstitüsü, tür.yer.; Hadîkatü’l-vüzerâ, s. 114-116; D. Kantemir, Osmanlı İmparatorluğunun Yükseliş ve Çöküş Tarihi (trc. Özdemir Çobanoğlu), Ankara 1980, III, 170-187, 420; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 48; Râşid Mehmed Efendi – Çelebizâde Âsım Efendi, Târîh-i Râşid ve Zeyli (haz.
Təkirdağspor
Təkirdağspor — Türkiyənin Təkirdağ ilçesinə bağlı futbol klubu. Regional Həvəskarlar Liqası'nda çıxış edir. 1967-ci ildə qurulmuşdur.
Təkirdağ döyüşü
Təkirdağ döyüşü — 3 avqust 1511-ci ildə Osmanlı taxt-tacı uğrunda mübarizə. Təkirdağ döyüşü II Bəyazid və oğlu Səlimin qoşunları arasında baş verdi. Bu müharibə Osmanlı tarixində dönüş nöqtəsi hesab olunur və Yavuz Sultan Səlimin taxta çıxmasına zəmin hazırlayır. II Bəyazidin qocalması və taxt-taca kimin keçəcəyi ilə bağlı qeyri-müəyyənlik onun oğulları arasında taxt uğrunda mübarizənin başlamasına səbəb oldu. Səlim böyük oğul olmasına baxmayaraq atasının Əhmədə üstünlük verəcəyindən narahat idi. Bu narahatlıq Səlimi üsyana sövq etdi.Yeniçərilər Səlimə sadiq idilər və ona sultan olması üçün təzyiq edirdilər. Səlim yeniçərilərin dəstəyini qazanaraq taxt-tacı ələ keçirmək şansını artırdı bununla bərabər Rumeli Sipahilər, II Bəyəzidin hökmranlığından məmnun deyildilər. Səlim Rumeli süvarilərinin narazılığından istifadə edərək onları da öz tərəfinə çəkə bildi. Səfəvi dövlətinin yüksəlişi Osmanlı İmperiyası üçün təhlükə yaratmağa başlamışdı. Səlim Səfəvilərə qarşı daha güclü siyasət yeridəcəyini vəd edərək, bu təhlükəyə qarşı dura bilən lider obrazını canlandırırdı.
Təkirdağ ili
Təkirdağ ili— Türkiyənin bir vilayətidir. Mərkəzi Təkirdağda olan ilin əhalisi 2021-ci ilə görə 1.107.491 nəfərdir. Mərmərə bölgəsinin Frakiya tərəfində yerləşir; Şərqdən İstanbul, cənubdan Mərmərə dənizi və Çanaqqala, qərbdən Ədirnə, şimaldan Kırklareli və şimal-şərqdən Qara dənizlə əhatə olunub. İlçələrin ümumi sayı 11-dir. Təkirdağ, ilin qərbində yerləşən və ən yüksək zirvəsi 945 m hündürlükdə Qanos dağı (İşıklar dağı) olan Təkir dağları istisna olmaqla, ümumiyyətlə düzdür. Şimalda ilin ən əhəmiyyətli çayı olan Ergene çayı axır. Ergene çayı yaratdığı allüvial düzənliklərin məhsuldarlığı ilə əyalət əhalisinin böyük hissəsini ətraf yaşayış məntəqələrində cəmləşdirmişdir. Təkirdağın bitki örtüyü Mərmərə dənizi sahillərində makvis, dağlıq ərazilərdə meşə, digər yerlərdə isə çöldür. Təkirdağın iqlimi Aralıq dənizi iqlimi ilə kontinental iqlimin qarışığıdır. Mərmərə dənizinin təsiri ilə sahil rütubətli bölgədir.

Digər lüğətlərdə