is. Bab, bərabər, münasib, misl.
[Züleyxa xanım:] …Altmış yaşında qoca ona taydı? N.Vəzirov.
Xasay bir oğlandır, ona tay hanı? Var adı, qulluğu, şöhrəti, şanı. S.Vurğun.
□ Tay etmək – bərabər tutmaq; bir tutmaq.
Mələkdən də səni billəm ziyadə; Tay etmərəm heç insanı mən sənə. M.P.Vaqif.
Mənim qızımı bir qaraçı qızına taymı edirsən, – deyə Hüseynqulu ağa bağırdı. S.S.Axundov.
Tay olmaq – bab olmaq, bərabər olmaq.
[Ahıl qadın:] İndi biz gəlib Cahan xalaya tay ola bilmərik. Ə.Haqverdiyev.
Cuma… özünə tay olacaq bir əsgər … gözaltı etməyə çalışacaqdı. Ə.Əbülhəsən.
Tayını tapmaq – hər cəhətdən özünə uyğun, özünə bab, özünə münasib adam tapmaq, yoldaş tapmaq.
Tərlan idin, öz tayını tapmadın; Getdi, qismət oldu sarə zülflərin. Aşıq Ələsgər.
Tay tutmaq (qoymaq) – bax
tay etmək. Dağarcığını çuvala tay tutur. (
Ata. sözü ).
[Hafizə xanım:] Bəxtəvər başıma, gör məni aparıb kimə tay qoydu. Ə.Haqverdiyev.