Teymur Nadir
Teymur Nadir (tam adı:Teymur Nadir oğlu Kərimov; 7 sentyabr 1973, Bakı, Azərbaycan) — Azərbaycan rok musiqiçisi, ifaçı,bəstəkar, musiqi sözlərinin müəllifi, prodüser, multiinstumentalist, Azərbaycanın əfsanəvi Coldünya rok-qrupunun yaradıcılarından və vokalçılarından biri. "Sehrbaz", "Aç balaca qanadlarını", "Son məktub", "Oyanış", "Zeynəb", "Gözəl yar" və başqa məşhur mahnıların müəllifi, "Altun Nar" Azərbaycan Milli Musiqi mükafatının,Fransa musiqi Akademiyası mükafatının qalibi.
== Bioqrafiya ==
== Uşaqlıq və gənclik ==
Teymur Nadir 1973-cü il sentyabrın 7-ində Bakı şəhərində anadan olub,Nadir və Tamilla Kərimova cütlüyünün ilk övladı olub.
1975-ci ilin fevralında Teymurun Rövşən adında qardaşı anadan olur,hansı ki,illər sonra onunla birlikdə Azərbaycanda hər rok musiqisini sevən insan üçün məşhur olan ColDünya qrupunu yaradacaq.
1979-cu ilin sentyabrında,6 yaşında onun mükəmməl eşitmə və gözəl musiqi yaddaşına diqqət yetirərək onu musiqi məktəbinin fortepiano sinifinə qoydular.
1983-cü ildə görmə qabiliyyətinin pisləşməsinə görə onu heç cür bitirə bilmədiyi musiqi məktəbindən çıxardılar.
80-ci illərin sonunda o,öz ilk mahnılarını yazmağa başladı.Həmin vaxt The Beatles, Jimmy Hendrix, Led Zeppelin, Pink Floyd, Queen və bir çox başqaları gəncin həyatına girir və həmişəlik qalır.
Teymurun çaldığı və oxuduğu ilk qrup 1987-ci ildə məktəbdə yiğilmışdı.
Həmin vaxtda Bakıda rok cərəyanı öz intibahını yaşayırdı,ilk Bakı rok-klubu yaradılmışdı.Lakin 80-ci illərdə baş verən faciəvi hadisələr qrupların çoxunun dağılmasına səbəb oldu və rok-musiqisi yenidən yoxa çıxdı.
== "ColDünya"dakı illər ==
"ColDünya"nın yaradılması 1992-ci il kimi qəbul olunub,amma əslində bu 1990-cı ilin mayında Rövşən və Teymur qardaşlarının öz qruplarını yaratmaq qərarı ilə olub.