TİRÉ

[ fr. ]
1. Uzun üfüqi xətt (–) şəklində durğu işarəsi.
2. Morze əlifbasında belə işarə, habelə həmin işarəyə uyğun səs siqnalı.
TİRCİK
TİREOİDİN
OBASTAN VİKİ
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Uzun tire

Tireotoksikoz
Hipertireoz (Tireotoksikoz) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda buna səbəb diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyidir (toksiki adenoma, çoxlu düyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.
Autoimmun tireoidit xəstəliyi
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
De Kerven tireoditi
Yarımkəskin qranulomatoz tireodit — xəstəlik 1904-cü ildə de Kerven tərəfindən müəyyən edilmişdir. Bu xəstəliyin etiopatogenezində virus infeksiyalarına (Koksaki virusu, adenoviruslar, ECNO virusu, qrip virusu, endemik parotit virusu və b.) böyük yer ayrılır. Uzunmüddətli gizli dövr, endemik xarakter, fəsildən asılı (qış-payız) olaraq virus infeksiyasının yayılması bu patologiyanın virus etiologiyalı olmasını təsdiq edir. Gizli dövr bir neçə həftə çəkir. Xəstələri əzələ ağrıları, subfebril hərarət, ümumi zəiflik və laringit narahat edir. Klinik mərhələnin əsas simptomu qalxanabənzər vəzin bir payında olan ağrılardır.
Tireotoksik böhran
Tireotoksik böhran — Tireotoksik böhran diffuz toksik zobun cərrahi müalicəsindən sonra baş verən həyat üçün təhlükəli ağırlaşmalardandır. Müasir şəraitdə ixtisaslaşmış cərrahi klinikalarda xəstələrin əməliyyatdan əvvəl adekvat hazırlanması tireotoksik böhranın əmələgəlmə tezliyini kəskin azaltmışdır.
Xroniki imfositar tireodit
Haşimoto tiroiditi və ya autoimmun tiroidit – qalxanabənzər vəzə orqanizmin daxili qoruma sistemi tərəfindən "hücum" nəticəsində yaranan xəstəlikdir. Qandakı anti-TSH reseptor antitellərinin səbəb olduğu autoimmun bir xəstəlikdir. Qadınlarda görülmə tezliyi kişilərdən dəfələrlə çoxdur (~20:1) və adətən 45-65 yaş arasında daha çox rast gəlinir. Endemik zonalardan kənar ərazilərdə xroniki hipotireozun ilk səbəbidir. Haşimoto tiroiditinin əlamətləri hipotireoz əlamətlərinə bənzərdir. Başlanğıcda heç bir əlamət olmaya bilər. Daha sonralar TSH artdıqca, yəni hipotireoz yarandıqca çəki artımı, quru dəri, saç tökülməsi, yorğunluq, halsızlıq, qəbizlik, əldə və üzdə şişkinlik kimi əlamətlər yaranır. Müalicə başlandıqdan sonra bu əlamətlər də geriləməyə başlayır. Müalicə diaqnoz qoyulduqdan sonra eutiroid fazadan hipotiroid fazaya keçid zamanı gündəlik olaraq tiroksin qəbulu ilə başlanılır. Bu xəstəlik zamanı tiroksin qəbulunun dozası qanda TSH səviyyəsinə baxaraq nizamlanır.
Yarımkəskin limfositar tireodit
Yarımkəskin limfositar tireodit — bu xəstəlik tireotoksikoz simptomlarının qəflətən meydana çıxması, qanda T3 və T4 hormonlarının səviyyəsinin yüksəlməsi, 131J-un toxuma tərəfindən udulmasının zəifləməsi, ağrısız diffuz zobun inkişafı ilə xarakterizə olunur. Qadınlarda çox vaxt doğuşdan sonra baş verir. Patogenetik cəhətdən xronik limfositar tireoditə oxşardır. Xəstələrin əksəriyyətində antitireoid anticisimlər təyin edilir. Yarımkəskin limfositar tireoditin etiopatogenezində genetik meyilliliklə yanaşı virus etiologiyası ehtimal edilir. Xəstəlik doğuşdan 1,5–3 ay sonra tireotoksikoz əlamətləri ilə təzahür edir. Vəzi çox böyüyür, konsistensiyası bərkləşir, lakin palpator ağrısız olur.
Yarımkəskin qranulomatoz tireodit
Yarımkəskin qranulomatoz tireodit — xəstəlik 1904-cü ildə de Kerven tərəfindən müəyyən edilmişdir. Bu xəstəliyin etiopatogenezində virus infeksiyalarına (Koksaki virusu, adenoviruslar, ECNO virusu, qrip virusu, endemik parotit virusu və b.) böyük yer ayrılır. Uzunmüddətli gizli dövr, endemik xarakter, fəsildən asılı (qış-payız) olaraq virus infeksiyasının yayılması bu patologiyanın virus etiologiyalı olmasını təsdiq edir. Gizli dövr bir neçə həftə çəkir. Xəstələri əzələ ağrıları, subfebril hərarət, ümumi zəiflik və laringit narahat edir. Klinik mərhələnin əsas simptomu qalxanabənzər vəzin bir payında olan ağrılardır.
Tireotrop hormon
Tiroidstimullaşdırıcı homon (TSH) və ya tireotrop hormon (TTH, tireotropin) ― hipofiz tərəfindən ifraz olunan hormon. TSH qalxanabənzər vəzidə yerləşən reseptorlarla birləşərək onu stimullaşdırır, vəzin tiroksin (T4) və triyodtironin (T3) hormonlarının qana ifrazını təmin edir. == Tarixi == 1916-cı ildə Bennett M.Allen və Filip E.Smith tərəfindən hipofiz vəzində tireotrop maddənin mövcudluğu aşkar edilmişdir. TSH üçün ilk standartlaşdırılmış təmizləmə protokolu isə 1937-ci ildə Sidney Universitetində işləyən şotland əsilli dosent Çarlz Corc L. və avstraliyalı professor Viktor T. tərəfindən təsvir edilmişdir.
Tireotropin

Digər lüğətlərdə