TRİUMF

is. [ lat. ]
1. Qədim Romada qalib sərkərdənin qoşunu ilə birgə paytaxta təntənəli surətdə daxil olması.
2. Parlaq qələbə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TRİUMF zəfər — qələbə
TRİ́O
TROFİK
OBASTAN VİKİ
Triumf
Triumf — Qədim Romada qalib gəlmiş sərkərdənin öz qoşunu və əldə edilmiş qənimətlərlə birlikdə dörd ağ at qoşulmuş arabada şəhərə daxil olması.
Triumf Palas
Triumf Palas (rus. Триу́мф-Пала́с) — Moskvada yerləşən yaşayış binası. Triumf Palas, müxtəlif yüksəkliklərdən ibarət 9 kompleksdən ibarətdir. Ən hündür kompleksində antena 8 moduldan ibarətdir və hər birinin çəkisi 4-8 tondur. Onu yerləşdirmək üçün vertolyotdan istifadə edilərək 5-10 saat ərzində quraşdırılmışdır. Üstünlük xüsusiyyəti, tikilinin 53 metrlik antenası nəzərə alınmaqla 264.1 metr yüksəklikdə olan, 57 mərtəbəli tikili inşa edilmişdir. Avropanın ən hündür binalarının siyahısı Laxta-mərkəz Merkuri qülləsi Vikianbarda «Триумф-Палас» ilə əlaqəli mediafayllar var. Rəsmi sayt Arxivləşdirilib 2018-10-10 at the Wayback Machine.
Anthemis triumfetti
Anthemis triumfetti (lat. Anthemis triumfetti) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Moskva Triumfal Darvazası
Moskva Triumfal Darvazası (rus. Московские Триумфальные ворота) – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir. 1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır. Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu. 1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq). 1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır. 1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır. Гусаров А.Ю. Памятники воинской славы Петербурга.
Narva Triumfal Arkası
Narva Triumfal Arkası (rus. Нарвские триумфальные ворота) - Sankt-Peterburqda yerləşən ampir stilində inşa edilmiş memarlıq abidəsidir. Abidə “Narvskaya” metro stansiyası yaxınlığında, Staçek meydanının mərkəzində yerləşir. Triumfal darvaza 1827-1834-cü illərdə (memar Vasili Stasov, heykəltaraşlar S.S.Pimenov, V.İ. Demut-Malinovski (Şöhrət silsiləsində araba, döyüşçülərin fiqurları və altı atı işləmişdir), P.K.Klodt (ilk ciddi işidir)) 1812-ci il Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə inşa edilmişdir. Abidənin hündürlüyü 30 m, eni 28 m, keçid aralığının eni 8 m, hündürlüyü isə 15 m-dir. Əvvəlcə darvaza 1814-cü ildə Avropadan qayıdan rus döyüşçülərinin qarşılanması üçün Obvodniy kanalı yaxınlığında yerləşən Narva zastavasında Cakomo Kvarneginin layihəsi əsasında taxta və kirəcdən inşa edilmişdi. Darvazanın inşa olunmasına bir ay vaxt sərf olunmuşdu. Darvazanı Qələbə ilahəsinin idarə etdiyi altı atdan ibarət silsilə və roma döyüşçülərinin fiqurları bəzəyirdi. Kvarnegi darvaza üçün iki layihə təqdim etmişdi: arxitravla örtülmüş və tağlı. Tağların hər iki tərəfində tamaşaçılar və orkestr üçün tribunalar nəzərdə tutulmuşdu.
Qalateyanın triumfu (Rafael)

Digər lüğətlərdə