TUĞ

I
(Ağsu, İmişli, Şuşa, Zərdab)
bayraq. – Qoşın gəldi ölkəsinə qabağında tuğ (İmişli); – Meydana hər dəsdə öz tuğuynan gəlmişdi (Şuşa)
II
(Ağcabədi, Yevlax)
dik, hündür. – Tuğ dağa çıxmağ olmaz (Ağcabədi)
III
(Ağdam, Ağdaş, Bərdə, Gəncə, Xanlar, Qax, Mingəçevir, Oğuz, Şəki, Şuşa, Ucar, Zaqatala)
narın süpürgə. – Büyün üç tuğ bağlamışam (Ağdam); – Tuğ yumuşaxdı, tozu süpürür (Oğuz); – Anam evi tuğnan süpürdü (Gəncə); – Kənddən bizə tuğ göndəriblər (Ucar); – Tuğnan öyün küşdərinnən toz tökəllər (Xanlar); – Bizdər öyi tuğnan süpürürux (Şəki)
TUFULQU
TUĞALLAMAX
OBASTAN VİKİ
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Tuğ (Bayraq)
Tuğ — əski türkcə bayraq deməkdir. Tarixi bilgilərə görə tuğ başında at və ya çöl öküzü quyruğu bağlanan nizədir. Tuğ bayraq və sancaqdan fərqli bir bəlgə idi. Bu bəlgə ordu, qoşun başçılarına təqdim olunurdu. Vəzifədən asılı olaraq tuğun sayı dəyişilirdi. Əski türk savaş nizamında "Tümən tuğu", "doqquz tuğlu tudun" adlı terminlər vardı. Tuğ, türk və altay xalq mədəniyyətində, həmçinin dövlət ənənəsində hökmranlıq simvoludur. Bayrağın təpəsinə ilişən at quyruğu, tükdən edilən flama şəklindədir. Tog və ya tuk şəklində də deyilər. Monqollar tug deyərlər.
Tuğ (Hadrut)
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Tuğ (Xocavənd)
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Tuğ (dəqiqləşdirmə)
Tuğ (bayraq) — əski türkcə bayraq dеməkdir. Tuğ (Xocavənd) — Xocavənd rayonunda kənd. Tuğ — Xızı rayonu ərazisində çay. Xəzər dənizinə tökülür; Tuğ — Xocavənd rayonunun Tuğ kəndi ərazisində mineral bulaqlar. Tuğ — Xocavənd rayonu ərazisində Tuğ kəndindən qərbdə yerləşir. Hündürlüyü 1471 m.
Müqəddəs Məryəm kilsəsi (Tuğ)
Müqəddəs Məryəm kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Tuğ kəndinin şimal-qərb hissəsindəki qəbirsanlıq ərazisində yerləşir. Qəbirsanlığın yerləşdiyi ərazi yerli əhali tərəfindən Qızlar düzü adlandırılır. Hündür qoz ağacları ilə əhatə olunmuş sahənin mərkəzində yerləşən kilsə, təbiətlə harmoniya təşkil edir. Kilsə, tərəfləri 2x3 metr ölçüyə malik sadə düzbucaqlı zal-kilsə formasına malikdir. Kilsə, demək olar ki, yarıya qədər yerin altındadır və buna görə də, cənub divarındakı qapı vasitəsiylə içəri girmək mümkün deyil. İbadət zalı, apsida və köməkçi otaqlar da qismən yerin altında qalmışdır. Kilsənin divarlar kobud çapılmış daşlardan hörülmüşdür. Tağtavan daşıyıcı divarların qarşısındakı pilonlar və onları birləşdirən qabırğavari tağlar vasitəsiylə saxlanılır.
Müqəddəs Stefan kilsəsi (Tuğ)
Müqəddəs Stefan kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən XII əsrə aid tarix-memarlıq abidəsi. Kilsə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Kilsə Tuğ kəndinin cənub-qərb tərəfindəki qəbirsanlıq ərazisində yerləşir. M. Barxudaryants öz əsərində kilsəninin timpanındakı kitabənin tərcüməsini verir: “1196-cı ilin yayında (miladi təqvimlə 1747-ci il) Məlik Yeqan və onun oğlu Məlik Yesai Stepanos kilsəsinin damını bərpa etdirdilər. Ruhumuzun xatirəsinə həsr olunsun.” Kitabədən məlum olur ki, kilsə daha əvvəl də mövcud olub və Məlik Yeqan oğlu ilə birlikdə onun təmirini həyata keçiriblər. Dövrümüzə çatmış tikilinin inşasında həmin ərazidə olmuş daha qədim kilsənin inşaat materiallarından, həmçinin çoxlu sayda xaçdaş və məzar daşlarından istifadə edilmişdir. Qarabağın Dağlıq ərazisinin dini memarlığında bu hala tez-tez rast gəlinir: XIV-XV əsrlərdə dağıdılmış qədim məbədlərin yerində XVI-XVIII əsrlərdə inşa edilən tikililərdə qədim binaların qalıqları və inşaat materialları da istifadə edilir. İncəsənət tarixçisi Karen Mkrtçyan ehtimal edir ki, Müqəddəs Stefan kilsəsi qədim bütpərəst məbədinin yerində inşa edilmişdir. Kilsə, planda düzbucaqlı zal formasına malik olmaqla, tağtavan (12x7.8 m), şərq tərəfində isə altar və köməkçi otaqlara malik tikilidir. Kilsənin divarları çapılmış və kobud yonulmuş daşlardan tikilmişdir.
Müqəddəs İohann kilsəsi (Tuğ)
Müqəddəs İohann kilsəsi — Xocavənd rayonunun Tuğ kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Kilsə Tuğ kəndinin mərkəzində yerləşir. Ümumi xüsusiyyətləri və nisbətləri ilə Xocalı rayonunun Çanaqçı kəndindəki kilsəni xatırladır. K. Mkrtçyan kilsənin plan və həcm-məkan kompozisiyası xüsusiyyətlərinə görə erkən bazilikalardan biri olduğunu qeyd edir. Kilsənin dövrümüzə çatmamış xaç altlığında yerləşdirilmiş kitabədə deyilirdi: “1185-ci ilin (1736-cı il) yayı. Müqəddəs İohann kilsəsinin damı vardapet Qukasın oğlu Məlik Yeqan tərəfindən bərpa etdirilmişdir. Kim oxusa, heç olmasa bir dəfə desin: Allah rəhm elə.” Abidənin kitabəsini oxuyaraq nəşr etmiş Makar Bərxudaryan qeyd edir ki, bina özü daha qədim tarixə malik olmaqla ən geci XIII əsrdə inşa edilmişdir. Tuğdakı Müqəddəs Stefan kilsəsi kimi bu məbədin də daha qədim dövrə aid məbədin yerində inşa edildiyi müəyyən olunmuşdur. Kilsə apsidasının sağ tərəfində, köməkçi otağın girişinin qarşısında döşəmə səviyyəsindən bir qədər yüksəkdə nəhəng sütun altlıqlarının qalıqları görünür.
Ahu Tuğba
Ahu Tuğba 13 avqust 1955 İstanbul) - Alban əsilli Türkiyə kino aktrisası . Əsl adı Tuğba Çetin'dir. Varlı bir ailənin yeganə övladı idi. Orta məktəbdə oxuyarkən kino aləminə gəldi. Məktəbi bitirdikdən sonra Kanadanın Konkordia Üniversitetinin İngilis Dili fakültəsinə qəbul oldu amma kino aktrisalığa olan marağı üzündən təhsilini yarımçıq buraxmalı oldu. Türk kinosunda 80-ci illərin seks simvollarından biri olmuşdur.Ümumilikdə 6 dəfə ailə qurub. İlk evliliyini 1981ci ildə Mustafa Ulusoy ilə qurub.1991 ci ildə Alban əsilli Amerikalı həkim Timmy Alejtanij ilə qurduğu evliliyindən Anjelin adında 1992 təvəllüdlü bir qızı vardır.
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Hüsaməddin Tuğac
Hüsaməddin Tuğac (1 yanvar 1889, Pasinlər[d], Ərzurum ili – 2 yanvar 1975) — ictimai xadim. == Həyatı == Hüsaməddin Tuğac 1889-cu ildə Türkiyədə, Ərzurumun Həsənqala rayonunda hərbçi yüzbaşı Hacı Əhmədin ailəsində dünyaya göz açıb. Hüsaməddin 1910-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Bağdad və Şamda (Dəməşqdə) xidmət edib. 1912–1913-cü illərdə Balkan savaşına qatılıb. Birinci Dünya müharibəsində isə Sarıqamışda vuruşub. 1917-ci ildə Gəncəyə gəlməsinə Sarıqamış döyüşləri səbəb olub. Belə ki, 1915-ci il yanvar ayının ilk günlərində, Qafqaz cəbhəsindəki döyüşlərdə 9-cu Kolordunun zabiti Hüsaməddin Tuğac tabeliyində olan bir neçə əsgərlə birlikdə çovğunlu havada azaraq mühasirəyə düşür və ruslar tərəfindən əsir götürülür. Yüksəkrütbəli zabit olduğundan, həm də türk ordusu komandanı Ənvər paşaya çox oxşarlığı səbəbindən onu Rus Qafqaz Cəbhəsi komandanı general Yudeniçin qərargahına gətirirlər. Qatar Samaraya yaxınlaşarkən Hüsaməddin tif — qarın yatalağı xəstəliyinə tutulur və təcili olaraq bu şəhərdəki hospitala yerləşdirilir. Uzun müalicədən sonra sağlamlığı bərpa olunur, sürgün yolları davam etdirilir.
Mehmet Tuğrul Gücük
Mehmet Tuğrul Gücük (1955, Ankara – 2 avqust 2016, Türkiyə) — Türkiyə diplomatı. == Həyatı == Mehmet Tuğrul Gücük 1955-ci ildə Ankara şəhərində anadan olub. Diplomat uzun sürən xəstəlikdən sonra 2016-cı il avqustun 2-də Türkiyədə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, Bodrum şəhərindəki Güllük qəbiristanlığında dəfn edilmişdir. == Diplomatik fəaliyyəti == Mehmet Tuğrul Gücük 1983–1987-ci illərdə Türkiyənin Berlində baş konsulu olmuş, 1995–1999-cu illərdə Türkiyənin ABŞ-dakı səfirliyində çalışmışdır. O, 2005–2010-cu illərdə Türkiyənin Bolqarıstanda səfiri vəzifəsində işləmişdir. 2014-cü ildən isə Türkiyənin İsveçrədəki səfiri idi. Ancaq həyatının təxminən son üç aydı ərzində müalicə məqsədilə Türkiyədə olduğundan bu vəzifəni səfirliyin müşaviri Volkan Karagöz icra edirdi.
Müzəffər Tuğsavul
Muzaffer Tuğsavul (1894, Benqazi – 15 may 1952, İzmir) — Türk əsgəri. Müzəffər Tuğsavul 1894-cü ildə Benqazidə anadan olmuşdur. 1914-cü ildə Quru Qoşunları Hərbi Məktəbindən, 1925-ci ildə Hərbi Akademiyadan məzun oldu. Birinci Dünya Müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak etmişdir. 1920-ci ildə Böyük hücuma, mayor rütbəsi ilə 14-cü Ordu ilə qatıldı. Süvari Diviziyasının Baş Qərargah rəisi vəzifəsində çalışdı. 1939-cu ildə briqadir rütbəsinə yüksəldi. Tuğgeneral rütbəsində Çanaqqala Topçu Komandanlığı və möhkəmləndirilmiş Sahə Komandiri vəzifələrini icra etdi. 1941-ci ildə general-mayor rütbəsinə yüksəldi. General-mayor rütbəsi ilə 69-cu.
Tuğanlıq beynəlxalq festivalı
Tuğanlıq beynəlxalq teatr festivalı (başq. «Туғанлыҡ» — Qohumluq) — türkdilli teatrların beynəlxalq festivalı. Festival Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təsisçiliyi ilə baş tutur. Festival Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində kiçirilir. İlk Festival dəfə 1991-ci ildə keçirilmişdir. Türkdilli teatrların beynəlxalq "Tuğanlıq" festivalı Başqırdıstanın paytaxtı — Ufa şəhərində 1991-ci ildən başlayaraq keçirilir. Beynəlxalq Türkdilli Teatrlar Festivalının təsisçiləri Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Başqırdıstan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı, Başqırdıstan Respublikası Teatr Xadimləri İttifaqıdır. Festivalın əsas məqsədləri Rusiya Federasiyası və xarici ölkələrin türkdilli xalqlarının yaradıcılıq və mədəni əlaqələrini qorumaq, möhkəmlətmək və s.-dir. Tuğanlıq festivalının nəticələrinə görə "Ən yaxşı festival tamaşası", "Ən yaxşı rejissor işi", "Ən yaxşı aktrisa", "Ən yaxşı aktyor" və "Ən yaxşı səhnə tərtibatı" kimi 5 əsas nominasiya üzrə mükafatlar verilir. Bundan əlavə olaraq iştirakçılara aşağıdakı mükafatlar da verilir: "Bəstəkarın ən yaxşı əsəri", "Ən yaxşı dram", "Ən yaxşı ikinci rol", "Debüt", "Ümid", "Tarixi ənənələrə və yaşlı nəslin ideallarına hörmət", "Tamaşaçı Seçimi Mükafatı" və s.
Tuğay
Tuğay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 439 nəfərdir (2009-cu il).
Tuğay Məlik
Tuğay Məlik — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Azərbaycanın bir çox bölgələrində müxtəlif vaxtlarda uşaq və gənclər arasında tez-tez oynanılan "Tuğay Məlik" oyunu da çox maraqlıdır. "Tuğay Məlik" mahnısını vaxtilə toy gecəsi, gəlin gərdəyinin qabağında da oxuyarmışlar: Qaydaya görə, bu oyunda da iştirakçılar iki dəstəyə bölünər, 5–10 (bəzən 20–30 nəfər) nəfərdən ibarət olan dəstələr sıra ilə qarşı-qarşıya durardı. Birinci dəstə qaval və əl çala-çala rəqs edər, oxuya-oxuya o biri dəstəyə yaxınlaşardı. Oyunda böyük bir canlanma, şux əhvali-ruhiyyə yaranardı: Birinci dəstə şeri oxuyub geri qayıdardı. İkinci dəstə "öz" şerini oxuya-oxuya birinci dəstəyə tərəf yaxınlaşar və cavab olaraq oxuyardı: Oyun beləcə davam edərdi. Ənənəyə görə, cavab sözü tapmayan dəstənin bir üzvü o biri dəstəyə, yəni qalib dəstəyə keçərdi. Üzvünü itirmiş məğlub dəstə "Ay zəri" adlı mahnı ifa edərdi: Oyunun sonunda iştirakçılarını itirmiş dəstə oyunu uduzmuş sayılırdı. Onun son iştirakçısı qalib dəstədən xahiş edərdi: Qalib dəstə bir nəfəri geri qaytarardı. Bu iki iştirakçı yuxarıdakı bəndi təkrar edərdi.
Tuğay meşələri
Toğay — Kür çayının subasarında, əsasən söyüd və ağyarpaq qovaq ağacları üstünlük təşkil edən nadir meşədir. Bu meşələrin azalmasını nəzərə alaraq 1978-ci ildə Kür qırağında Ağstafa meşə təsərrüfatı ərazisində sahəsi 4860 ha olan Qarayazı dövlət təbiət qoruğu yaradılmışdır. Hazırda Kürqırağında meşə ilə örtülü sahə 23 min ha təşkil edir. Bu meşələrin 8 min ha qovaq meşələridir, lakin onların çoxusu bu və ya digər dərəcədə pozulmuş vəziyyətdədir. Nisbətən normal doluluqlu qovaq meşələrinin sahəsi cəmi təşkil edir. Vaxtilə palıd, qarağac və saqqızağac meşələri Kürboyu ərazidə geniş sahə tuturmuş, indi palıd meşəsinin Qarayazı qoruğu ərazisindədir, lakin onlar da lazımi səviyyədə qorunmayıb pozulmaqda davam edir. Tuqay meşəaltı torpaqları ən çox Orta Asiyada — Amudarya və Sırdarya çayları boyunda və onların ətraflarında yayılmışdır. Burada bitən sıx meşələr "Tuqay" meşələri adlanır. Bu zolaqda əmələ gəlmiş torpaqlara isə tuqay torpaqları deyilir. Azərbaycanın şimal-şərq düzənliyində, Kür, İori, Alazan və başqa çaylar ətrafında tuqay torpaqları inkişaf edərək böyük sahə tutur.
Tuğba Düral
Tuğba Düral — türk idman jurnalisti; Türkiyədə media transfer bazarının ən bahalı aparıcılardan biridir. Tuğba Düral 9 iyun 1981-ci ildə Zonquldakda anadan olmuşdur. TED kollecini və İstanbul Universitetini bitirmişdir. 2004-cü ildən televiziyada fəaliyyət göstərir. Fəaliyyətə "CNN Türk"də başlamış, daha sonra "NTV Spor"a transfer olunmuşdur.
Tuğba Əkinçi
Tuğba Əkinçi (4 iyun 1976, Qars, Qars ili) — milliyyətcə azərbaycanlı olan Türkiyə kino aktrisası və müğənisi . . Tuğba Əkinçi 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.
Tuğluq Teymur xan
Tuğluq Teymur xan (1329, İli çayı – 1363, Moğolustan) — Moğolustan və Mavəraünnəhrin 1-ci xanı. Tuğluq Teymur xan ibn Əmil xoca bin Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan. Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Teymur Qaşqadərya vadisini idarə edir. Teymur və Tuğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. Teymur və qayını Əmir Hüseynin ordusu 1365-ci ildə Tuğluq Teymur tərəfindən məğlub edildi. Tuğluq Səmərqənd üzərinə yeridi.
Tuğluqoğulları sülaləsi
Tuğluqoğulları sülaləsi—Hindistanda iqtidarda olmuş türk xanədanı. Dehlidə Tuğluq iqtidarının qurucusu Qazi Tuğluqşahdır. Tuğluqlar Hindistanın idarəsində Xələclər qədar uzunömürlü olmayıb, bəzi yerləri əldən vermişdilər. Əmir Teymur 1398-ci ildə Hindistan səfərinə çıxıb Dehliyə qədər girdiyi zaman Tuğluqoğulları ona bağlı olaraq hökm sürməyə başladılar. 1414-cü ildə Tuğluqoğulları nın yərinə Xızır şahla başlamaq üzrə Seyyidlər xanədanı hakim oldu. Bu ailənin dördüncü hökmdarı Əlaəddin Aləmşahdan sonra isə (1451) türklər Hindistan sultanlığını Əfqanıstanlı bir ailə olan Ludilərə verdilər, fəqət 1526-cı ildə Hindistan təkrar türklərin əlinə keçdi və XIX yüziılin ortalarına qədər davam edəcək olan böyük bir türk dövləti quruldu.
Tuğra
Tuğra (ərəb. طغراء‎) — Gerb, dövlət nişanı. Osmanlı dövlətində sultanın şəxsi imzası və möhürü kimi istifadə olunan ərəb hərfləri ilə yazılmış xəttatlıq nişanəsi. Tuğra (və ya təğma) xətti (monqol mənşəli sözdür) – Bu xətt növünü monqolların quş toteminə və simurq kimi əfsanəvi quşlara olan inam və etiqadlarının yadigarı hesab etmək olar. Toğrul bəyin hakimiyyəti dövründə tuğra xətti xəttatların diqqətini cəlb etməyə başlamışdır. Özünəməxsus üslub və elementlərlə yazılan tuğra xətti özündə əfsanəvi quşların qanadlarını əks etdirir. Meydana gəldiyi ilk dövrdən müxtəlif tuğra növləri yaranmış və görünüşünü daha da gözəlləşdirən elementlər əlavə olunmuşdur. Tuğradan daha çox hökmdarların möhür və adlarının yazılmasında istifadə olunmuşdur. Bəziləri bu xətti "asılı xətlər", "turə", "hilalvari" və "qərğan" da adlandırmışlar. TUĞRA NƏDİR?
Tuğut
Tuğut, Teğut — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Erməni mənbələrində kəndin adı Teğut formasında qeyd edilir. Toponim qıpçaq türk tayfasından olan tuq etnoniminə qədim türk dilində cəmlik bildirən -ut şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. "Tuğlara, yəni tuğ tayfasına mənsub kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Tuğut rayon mərkəzindən 11–13 km şimal-şərqdə, Araz çayının sol sahilində yerləşirdi. Kənddə 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 237 nəfər, 1904-cü ildə 294 nəfər, 1914-cü ildə 513 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba torpaqlarına dönə bilmişdir.
Tuğçe Beder
Tuğçe Beder (15 noyabr 1999) — Türkiyəni təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Türkiyəni Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Fransa nümayəndəsi Şirin Bukliya məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Tuğçe Kandemir
Tuğçe Kandemir (1 yanvar 1996, Mersin) — Türkiyə müğənni-söz yazarı və ədəbiyyat müəllimi. Sevgi və kədər ilə bağlı mahnıları ilə tanınır. O, 8 yaşından musiqi ilə maraqlanmağa başlayıb. Mersin Universitetini ədəbiyyat müəllimi kimi bitirib. O, təyinat gözləyərkən yaşadığı ayrılıq ağrısından sonra ifadə etdiyi "Bu Benim Öyküm" mahnısı internetdə yayıldıqdan sonra məşhurlaşıb. Bundan sonra bir prodüser şirkəti ilə müqavilə bağlamış və mahnıya klip çəkilmişdir. "Bu Benim Öyküm" 100 milyon baxışa çatmış və ilin ən yaxşı mahnısı olmuşdur. Daha sonra ifa etdiyi "Gülü Soldurmam", "Yalan" və "İçimdeki Sen" (Bilal Sonses ilə birlikdə) mahnıları da 100 milyon baxış sayını keçmişdir. Tabii platformasının "Üniversdeli" serialında qonaq rol almışdır. == Həyatı və karyerası == 1 yanvar 1996-cı ildə Mersində doğulub.

Digər lüğətlərdə