TÖRƏMƏK

f.
1. Əmələ gəlmək, baş vermək, meydana gəlmək, vücuda gəlmək, doğmaq.
Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək … digər tərəfdən nifaqa və ondan törəyən ( f.sif. ) faciəli hadisələrə də səbəb oldu. S.S.Axundov.
Həngamə ondan törəmişdi ki, Bəndalı gəlib bura çıxmışdı. Mir Cəlal.

2. Doğulmaq, dünyaya gəlmək.
…Hacı Yusif və Molla Nəsrəddin Molla Sədrəddin əmioğlunun əmioğlanları və qohumlarıdır və bir atadan və bir anadan törəyənlərdir. C.Məmmədquluzadə.
[Qartal:] Böyük sərkərdəm Cavanşirdən belə xain övlad törəyə bilməz. M.Hüseyn.

3. Nəsli artmaq, çoxalmaq, törəyib-artmaq, doğub-törəmək.
[Muradın] müəyyən bir planı da vardı, toyuqlarını çoxaldacaq, keçiləri doğub-törəyəcək, keçən payızda aldığı düyəsi gələn il bala verəcəkdi. S.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÖRƏMƏK çoxalmaq — artmaq
  • TÖRƏMƏK doğulmaq — yaranmaq
TÖRƏMƏ
TÖRƏNƏCƏK

Digər lüğətlərdə