TÜKƏNMƏZ

sif. Tükənməyən, bitməyən, bitməz, qurtarmayan, qurtarmaz, çox, saysız-hesabsız.
Dağlardan axıb gələn çay suyu … yaşıl bağlar üçün tükənməz bir həyat mənbəyidir. M.İbrahimov.
Alın tərilə əkən, biçən; İnsanların fərəhi, sevinci tükənməzdir! N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TÜKƏNMƏZ bitməz — qurtarmaz — daimi
TÜKƏNMƏK
TÜKƏTMƏ

Digər lüğətlərdə