TƏƏCCÜB

is. [ ər. ]
1. Qeyri-adi, gözlənilməz, qəribə, anlaşılmaz şeydən doğan güclü təəssürat nəticəsində insanda əmələ gələn hal; heyrət.
Asəf onları heyrət və təəccüb içərisində Altun qəsrdən çıxardı. M.S.Ordubadi.
[Nuriyyə:] …Muradın baxışlarındakı təəccübü hiss edərək daha ciddi bir görkəm aldım. İ.Əfəndiyev.

□ Təəccüb etmək (eləmək) – təəccüblənmək, heyrətlənmək.
Mənə can vermədə minlərcə polad zərbəçilər; Gördüyüm işlərə düşmən də təəccüb eylər. M.Müşfiq.
Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Mir Cəlal.

2. Əcaib, qəribə, təəccüblü, heyrət doğuran.
Təəccüb şeydir… – [Harun:] Cürətin, Zeyda, təəccübdür sənin. Ü.Hacıbəyov.

3. Təəccüblə şəklində zərf – təəccüblü nəzərlə, heyrətlə.
Bu çəkməli kimdir belə? – deyə bəy təəccüblə soruşur. S.Rəhimov.
Arvad təəccüblə Teymura baxıb tələsik cavab verdi. H.Seyidbəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • TƏƏCCÜB heyrət — heyran — qiyamət

Etimologiya

  • TƏƏCCÜB Ərəb sözüdür. Görünür, əcaib, əcəb, əcəba sözləri ilə kökdaşdır. Bizdə təəccüb sözünün qarşılığı dan sözü olub (adama dan gəlir deyirik)
TƏDRİS
TƏƏCCÜBLƏNDİRMƏ
OBASTAN VİKİ
Pəri qızın təəccübü
Pəri qızın təəccübü (fr. La Nymphe Surprise) - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.
Pəri qızın təəccübü (tablo)
Pəri qızın təəccübü (fr. La Nymphe Surprise) - Eduard Mane tərəfindən 1859 - 1861-ci illərdə çəkilmiş tablo.

Digər lüğətlərdə