UCUZLUQ

is. Qiymətlərin ucuz olduğu vəziyyət (bahalıq ziddi). Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə. ( Ata. sözü ).
Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • UCUZLUQ yüngüllük — əlverişlilik
  • UCUZLUQ qiymətsizlik — dəyərsizlik — əhəmiyyətsizlik — boşluq
  • UCUZLUQ duzsuzluq — bayağılıq — şitlik

Antonimlər (əks mənalı sözlər)

  • UCUZLUQ UCUZLUQ – BAHALIQ Ucuzluqda alıcının, bahalıqda satıcının üzünü görmə (Ata. sözü)
UCUZLU
UCUZVARİ

Digər lüğətlərdə