USANMAQ

f. Təngə gəlmək, bıqmaq, bezmək, canı sıxılmaq, yorulmaq, üzülmək.
[Doktor Zibeydəyə:] Həyat öz-özlüyündə mücərrəd olaraq o qədər gözəldir ki, ondan doymaq və usanmaq olmaz. Çəmənzəminli.
[Laçın] uzun get-gəllərdən usandı. M.Hüseyn.
[Rəşid:] Yaşı altmışdan ötmüş olsa da, [Bəyim xalanın] hələ bir dəfə “yoruldum, usandım”, – dediyini eşitməmişdim. İ.Hüseynov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • USANMAQ bezikmək — bıqmaq — çiyrinmək — doymaq
  • USANMAQ usanmaq bax bezmək

Etimologiya

  • USANMAQ Usan kəlməsi həm ad (скука), həm də feil (испытывать скуку) kimi işlədilib. Feil olan usanmaq sözü “sıxıntı keçirmək” anlamını verir və belə yara­nıb:
USANMA
USANMAZ

Digər lüğətlərdə