USTALAŞMAQ

f. Ustalığı, təcrübəsi, məharəti, bacarığı artmaq; püxtələşmək, bişmək, təcrübələnmək.
…Həmişə də qiymətli xam at alıram ki, onu qoşquya öyrədim və bu yolda ustalaşmışam da. C.Məmmədquluzadə.
Bilirsən ki, indi xalq ustalaşıb, burada bir az səsinə səs vermədin, basıb rayona gedir. Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • USTALAŞMAQ məharətləşmək — hünərlənmək — təcrübələnmək — səriştələnmək
  • USTALAŞMAQ öyrəşmək — alışmaq
USTALAŞMA
USTALIQ

Digər lüğətlərdə