1. Hər hansı bir sahədə çalışan ustanın işi, peşəsi.
2. Hər hansı bir sahədə böyük bacarıq, məharət.
İşdə bir incəlik, ustalıq və xüsusi qabiliyyət görünürdü.
// Ümumiyyətlə, məharət, bacarıq.
Əsil ustalıq burdadır.
Bax, bu, böyük ustalıq tələb edən bir fəndir.
3. Ustalıqla şəklində zərf – məharətlə, bacarıqla, ustacasına, mahircəsinə. Ustalıqla hərəkət etmək. Rolu ustalıqla ifa etmək.
– Səlim bəy çox ustalıqla … təbəssümünü təkrar etdi.
Ümumən Müqim bəy arvadından çəkindiyini daima özü də ustalıqla malalamağa çalışırdı.