UZUNYARPAQLI

sif. bot. Yarpaqları uzun, uzunsov olan (bitki). Uzunyarpaq iydə.
UZUNYARPAQ
Ü
OBASTAN VİKİ
Roksburq şamı (Uzunyarpaqlı şam)
== Ümumi məlumat == Roksburq şamı (Uzunyarpaqlı şam) ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur. Toxum pulcuqları yoğundur, güclü burulmuş şişkindir. Qalxancıq demək olar ki, rombvarıdır, hündür ehramvarı şişkindir, qozanın əsasına doğru qozbelvarı əyiləndir, göbəkciyi kiçikdir, azacıq əyilən, demək olar ki, yastıdır.

Digər lüğətlərdə

воссозда́ться впро́чернь выдра́ивание вырисо́вка ко́шечка нашарлата́нить перепро́боваться усту́пистый заве́сить менто́вский отта́лкивающе по-ско́тски по́сконь приве́сить реформи́стка эо́лов prearrange rugger saurian Stretford subordinating tiger unbolt столп сушь