UZUNYARPAQ

sif. bot. Yarpaqları uzun, uzunsov olan (bitki). Uzunyarpaq iydə.
UZUNUNA
UZUNYARPAQLI
OBASTAN VİKİ
Uzunyarpaq akasiya
Uzunyarpaq akasiya (lat. Acacia longifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia longifolia var. latifolia Sweet Acacia longifolia var. longifolia Acacia longifolia subsp. longifolia Acacia longifolia var. typica Benth. Mimosa longifolia Andrews Mimosa macrostachya Poir. Phyllodoce longifolia (Andrews) Link Racosperma longifolium (Andrews) C.Mart.
Uzunyarpaq yarpız
Uzunyarpaq yarpız (lat. Mentha longifolia) — dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 30-100 sm, sürünən kökümsovlu, gövdəsi düz, dördtilli, sıx yumşaq və qısa tüklüdür, çox vaxt ağımtıl rəngdədir, adətən qollu-budaqlı olan çoxillik ot bitkisidir. == Botaniki təsviri == Hündürlüyü 30-100 sm olan sürünən kokümsovlu çoxillik bitkidir. Gövdəsi düz, adətən budaqlı, kəsikdə dördkünc, yumşaq tüklü, ağımtıl rəngdədir. Yarpaqları oturaq, ucu biz, uzunsovyumurtavari, bəzən uzunsov-lansetvari, qıraqları mişarvari-diş-dişlidir, üstdən bozumtul-yaşıl, tükləşmiş, altdan ağ keçəvaridir. Çiçəkqrupu gövdənin və ya budaqların ucunda sıx, silindrikvari sünbül əmələ gətirir. Kasacığı zəngvari, çox tüklü, tacı 4–5 mm, çəhrayıdır. Qozcuqları yumurtavari, təpəsi tüklüdür. İyun-avqust aylarında çiçəkləyir, sentyabr oktyabrda meyvə verir.
Uzunyarpaq öküzboğan
Uzunyarpaq öküzboğan (lat. Bupleurum longifolium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Uzunyarpaq şam
Vətəni Himalay dağıdır. Kanar şamına yaxınsır və qozaların uzunsov olması ilə ondan fərqlənir. Hündürlüyü 25 m olan dekorativ ağacdır. Gövdəsi boz rəngli, qalın və çat-çat olmuş qabıq ilə örtülüdür. İynəyarpaqları açıq-yaşıldır, 25-27 sm uzunluğunda at yalına bənzər olub, aşağıya doğru sallanır. Çətiri yığcam ellipsvarıdır. Qozaların uzunluğu 18 sm-dir. Kanar şamından qozaların qabığının uzunsov qalxanalrı ilə fərqlənir. Azərbaycan da Mərdəkan dendrarisində introduksiya edilmişdir. Burada iri qozalar əmələ gətirir, lakin toxum tam yetişmir.
Uzunyarpaq tozbaş səhləb
Cephalanthera longifolia (lat. Cephalanthera longifolia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Azərbaycanda Zaqatala (Car kəndi), Şəki (Kiş kəndi), Xaşmaz (Qusarçay, Dədəli, Alekseyevka kəndləri), Göygöl ətrafında, Azərbaycandan kənarda – Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir. == Qısa təsviri == Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir. === Yarpaq === Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur. === Çiçək === Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir.
Roksburq şamı (Uzunyarpaqlı şam)
== Ümumi məlumat == Roksburq şamı (Uzunyarpaqlı şam) ağacdır, 20–50 m hündürlüyündə, hündür və düz dirək gövdənin diametri 70–100 sm olur. Çətiri böyükdür, simmetrikdir, dəyirmidir və ya işıqlı geniş ehramvarıdır. Gövdə qabığı cavan ağaclarda tünd-boz, yaşlılarında isə bozumtul-tünd-qonuru, dərin şırımlı, 1 sm qalınlığında, lövhəlidir, iri çoxbucaqlı lövhəciklər şəklində tökülürlər, daxili qabıq qırmızımtıl-qonuru rənglidir. Budaqları yoğundur, əyiləndir. Zoğları açıq-qonuru, tək buğumlu, budaqcıqların ucu yuxarıya qalxandır. Tumurcuqları iridir (5–11 mm), pulcuqları qısılandır (yumulandır), uzunsov yumurtavarıdır, qonurudur, uzun saçaqlı pulcuqludur. İynəyarpaqları budaqların ucuna toplanandır, yoğundur, genişdir, uzanandır, at yalına bənzər sallanandır, yumşaqdır, 15–35 sm uzunluğundadır, parıldayandır, açıq-yaşılıdır, üçküncdür, bayırdan dərinləşən və tirlidir, qabarıqdır, borular 2 dəstəli, qatran yolları epidermisdədir, hər bir dəstədə 3 ədəd iynə olur, qını 18 mm-dən uzundur, tökülmür, pulcuqları saçaqlıdır. Qozaları tək-təkdir, çox qısa ayaqcıqlıdır və ya oturaqdır, uzunsov-yumurtavarı və ya konusvarıdır, uzanan və ya əyiləndir, 10–20 sm uzunluqda, 6–7 sm enindədir, sarımtıl-qonuru və ya tünd-qəhvəyi rənglidir, uzun müddət açılmır, qalın sıx oduncaqlı pulcuqludur. Toxum pulcuqları yoğundur, güclü burulmuş şişkindir. Qalxancıq demək olar ki, rombvarıdır, hündür ehramvarı şişkindir, qozanın əsasına doğru qozbelvarı əyiləndir, göbəkciyi kiçikdir, azacıq əyilən, demək olar ki, yastıdır.

Digər lüğətlərdə