VAHİD

VAHİD – MÜXTƏLİF Bir vahid millətə, iki hakimin; Dili doğmalaşdı… Bu lap ağ oldu; Doğma anamızın şəkərdən şirin; Bizə öyrətdiyi dil yasaq oldu (B.Vahabzadə); Təzadlı dünyanın müxtəlif qütblü; Mənfili, müsbətli fəlsəfəsi var (N.Kəsəmənli).

ÜZÜYOLALIQ
VAHİMƏ
OBASTAN VİKİ
Vahid
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid (ad)
Vahid — Azərbaycan kişi adı və təxəllüs. Əsasən Vahid say sistemində 1 rəqəminə deyilir. Vahid Əhmədov — Azərbaycanın ictimai-siyasi xadimi Vahid Mustafayev — Azərbaycan rejissoru Vahid Fərzəliyev — Vahid Nəzərov — Vahid Əliyev Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti Vahid Əliyev (general) — Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, general-leytenant Bu təxəllüsü olan tanınmışlar Əliağa Vahid — azərbaycanlı şair, qəzəlxan.
Vahid Abbasov
Vahid Alıyev
Vahid Aslan
Vahid Aslan (Əsgərov Vahid Aslan oğlu; 29 sentyabr 1972, Parakənd, Gədəbəy rayonu) — Azərbaycan jurnalisti, yazıçı, riyaziyyat və informatika müəllimi Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü == Həyatı == Vahid Aslan 1972-ci il sentyabrın 29-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. === Ailəsi === Ailəlidir. İki qızı, bir oğlu var. == Təhsili == 1979–1989-cu illərdə Parakənd orta məktəbində təhsil alıb. 1989–1994-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-inforimatika fakültəsində təhsil alıb. 1994–1995-ci illərdə təyinatla Şəmkir rayon Şeyidlər kənd orta məktəbində ixtisası üzrə müəllim işləyib. 1995–1998-ci illərdə Gəncə şəhər məişət xidməti kollecində müəllim işləyib. == Yaradıcılığı == Fəaliyyətinin ilk dövrlərindən paralel olaraq pedaqoji sahədə həm də jurnalistika və bədii yaradıcılıq sahəsində uğurlu fəaliyyət göstərib. Belə ki, o, hələ 1993–1994-cü illərdə tələbə ikən Gəncə televiziyasında fəaliyyət göstərib və o zamanlar döyüş bölgələrinə ezam olunan yaradıcı kollektivin tərkibində əsgərlərlə görüşlərdə iştirak edərək döyüş bölgələrindən reportajlar hazırlayıb. Vahid Aslan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
Vahid Axundov
Vahid Axundov (azərb. Axundov Vahid Cümşüd oğlu‎; 9 fevral 1942, Bakı) — Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri. == Həyatı == Vahid Axundov 9 fevral 1942-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini mühəndis-iqtisadçı olaraq bitirib. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Vahid Axundov 1970-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş və 1987-ci ildə professor elmi rütbəsini almışdır. O, 150 elmi əsərin müəllifidir. === Əmək fəaliyyəti === Vahid Axundov 1959–1960-cı illərdə Bakı Dəri Qalantereya fabrikində çilingər, 1964-cü ildə isə Avtomobil Ehtiyatları Zavodunda mühasib vəzifəsində çalışmışdır. 1965–1966-cı illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, baş iqtisadçı olaraq işləmişdir. Vahid Axundov 1970–1987-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, direktorun elmi işlər üzrə müavini, direktor vəzifəsini icra etmişdir. 1987–1991-ci illərdə Azərbaycan SSR Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Elmi işlər üzrə prorektor, 1991-ci ildə Azərbaycan Respublikası Prezidentinin müşaviri, 1991–1993-cü illərdə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirinin baş iqtisadi müşaviri, 1993–2005-ci illərdə isə Azərbaycan Respublikasının İqtisadi siyasət üzrə Dövlət müşaviri vəzifələrində çalışmışdır.
Vahid Ağayev
Vahid Quliyev
Vahid Həbibulla oğlu Quliyev (20 sentyabr 1955, Qumlaq, Cəbrayıl rayonu) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində dünayaya göz açmışdır. Uşaqlıq illəri Niyazqullar kəndində keçmişdir. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirmişdir. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılmışdır. O, hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçmişdir. 1976-cı ildə hərbi xidmətini başa vurub, Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1981-ci ildə Universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilmişdir. 3 il burada müəllimlik etdikdən sonra Bakıya qayıdır və "Azon" Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir.
Vahid Qurbanov
Vahid Qəhrəmanov
Vahid Pənah oğlu Qəhrəmanov (1900, Qutqaşın – 1978, Bakı) – hüquqşünas, hüquq elmləri doktoru (1950), professor (1951), AMEA-nın müxbir üzvü (1972), Əməkdar hüquqşünas (1966). == Həyatı == Vahid Qəhrəmanov 1900-cü ildə Qəbələ şəhərində anadan olub.1919-cu ildə Nuxa gimnaziyasını bitirib, 1935–1937-ci illərdə Ümumittifaq Hüquq Akademiyasında təhsil alıb. == Əmək fəaliyyəti == Vahid Qəhrəmanov 1926–1928-ci illərdə Ağdamda müstəntiq, daha sonra Kürdəmir qəzasında prokuror işləyib. Naxçıvan MR prokuroru və xalq ədliyyə komissarı (1929–1934), Ordubad Rayon Xalq İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası prokurorunun baş köməkçisi (1934–1935) vəzifələrini icra edib. 1939–1941-ci illərdə Bakı hüquq məktəbinin direktoru, 1943–1978-ci illərdə (fasilələrlə) Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müdiri olub. Vahid Qəhrəmanov Azərbaycan Respublikası Ali Məhkəməsi və Respublika Prokurorluğunda Elmi Məsləhət Şuralarının üzvü, həmçinin Ali və Orta İxtisas Təhsili Nazirliyinin Dövlət və Hüquq üzrə Elmi Şurasının sədri olub. == Akademik fəaliyyəti == Vahid Qəhrəmanov 1943-cü ildə Tbilisi şəhərində dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1950-ci ildə Moskvada elmlər doktoru elmi adlarını alıb. 1951-ci ildə professor elmi adı verilib. 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Vahid Qəhrəmanov Azərbaycanda hüquq təhsili və hüquq elminin ilk yaradıcılarından biri, cinayət hüququ sahəsində tanınmış mütəxəssislərdəndir.
Vahid Rusiya
"Yedinaya Rossiya" Ümumrusiya Siyasi Partiyası (rus. Единая Россия) — Rusiya sağ mərkəzçi sosial-mühafizəkar partiya, Rusiyanın ən böyük partiyası. == Tarix == 2003-cü il seçkilərinə görə partiya Rusiya Dövlət Dumasında parlament çoxluğu, 2007-ci il seçkilərinə görə isə konstitusiya çoxluğu əldə edir. 2011-ci ildə hökumətin beş üzvü partiya üzvü idilər: Vyaçeslav Volodin, Aleksandr Jukov, Yelena Skrınnik, Yuri Trutnev və Sergey Şoyqu. 28 sentyabr 2010-cu il tarixinə ölkənin 83 subyektinin 75-ə partiyanın mümayəndəsi rəhbərlik edir. 2011-ci il Dövlət Dumasına seçkilər birinci dəfə olaraq partiyanın keçirdiyi praymariz nəticəsində tərtib edilmişdir. O seçkilərə yeni təçkil edilmiş Ümumrusiya xalq Cəbhəsi ilə birgə getmək niyyətindədir.. Partiyanın 24 sentyabr 2011-ci ildə keçirilmiş XII qurultayının qərarına əsasən partiya siyahısına RF Prezidenti Dmitri Medvedyev başçılıq etmişdir, 2012-ci il prezident seçkilərinə isə "Yedinaya Rossiya" Vladimir Putinin namizədliyi irəli sürüldü. 4 dekabr 2021-ci il tarixli qurultayda Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Aleksandr Sidyakin oldu.
Vahid Rüstəmov
Vahid Rəcəboğlu
Vahid Tağıyev
Vahid Heydər oğlu Tağıyev (1961, Alpout, Göyçay rayonu – 27 noyabr 2020) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Tağıyev Vahid Heydər oğlu 1961-ci ildə Göyçay rayonunun Alpout kəndində anadan olmuşdur. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirmişdir. 1983-cü ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlamış, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlmişdir. 1984–1987-ci illərdə Göyçay rayonu "Leninqrad" südçülük sovxozunda azad komsomol komitə katibi, 1987–2016-cı illərdə Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləmişdir. 2006-cı ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. 2018–2019-cu illərdə "Yeni Həyat Şirkətlər Qrupu" MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fervalından sentyabrınadək "Azərenerji" ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2019-cu il tarixli Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Vahid Tağıyev 27 noyabr 2020-ci ildə koronavirus xəstəliyi səbəbi ilə ölmüşdür.
Vahid Xorasani
Şeyx Hüseyn Vəhid Xorasani (1 yanvar 1921, Nişapur, Rəzəvi Xorasan ostanı) — din alimi, müctəhid. == Həyatı == Şeyx Vəhid Xorasani 1 yanvar 1921-ci ildə (hicri-şəmsi 1299-cu il, 11 Dey) Məşhəd şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən, məntiq və fəlsəfə dərslərini isə Mirzə Əbül-Qasım İlahi və Mirzə Mehdi İsfahanidən almışdır. Daha sonra isə Ayətullah Mehdi İsfahani və Ayətullah Əştiyarinin xaric dərslərinə qatılmışdır. 27 yaşında ikən təhsilini davam etdirmək üçün Nəcəfi-əşrəfə yola düşmüşdür. Ayətullah Əbdül-Hadi Şirazi və Ayətullah Xoyinin dərslərinə qatıldı, o həzrətin seçilmiş tələbələrindən olmuşdur. İllərlə üsul və fiqh dərslərinin təlimi və tədrisi ilə məşğul olduqdan sonra, Nəcəfdə 12 il xaric dərsləri vermişdir. İrana qayıtdıqdan sonra Məşhəd şəhərində tədrislə məşğul olmuşdur. 1 il sonra Qum şəhərinə getmişdir. Hal-hazırda üsul və fiqh dərslərinin ali səviyyədə tədrisi ilə məşğuldur.
Vahid bağı
Əliağa Vahid bağı və ya Əliağa Vahid parkı — Bakıda, İçərişəhərdə kiçik meydan. Kiçik Qala küçəsinə bağlanır. Çin məscidi və YAY!Gallery burada yerləşir. == Tarixi == Bağın adı Azərbaycan şairi Əliağa Vahidin büstü qoyulduqdan sonra müəyyənləşdirildi. Əvvəllər, 1990-cı ildə, əvvəlcə Mikayılovski və ya Qubernator Baharı kimi tanınırdı. Cənubunda Niyazi küçəsi, şimal tərəfində İçərişəhər metrostansiyası, qərbdə İstiqlaliyyət küçəsi və şərqdə İçərişəhərin köhnə hissəsinin qala divarı yerləşir. 2009-cu ildə büst İçərişəhərə köçürüldü və bağ "Filarmoniya bağı" adlandırıldı. Bakı Filarmoniyası Cəmiyyəti adına "Əliağa Vahid bağı" adı yeni bir yerə təyin edildi. == İstinadlar == == Xarici keçidlər == Baku.
Vahid matris
Vahid matris o matrisə deyilir ki, sağ(baş)diaqonalı elementləri 1, digər elemetlər 0 olsun. Kvadrat matris prinsipi zəruridir. I 3 = [ 1 0 0 0 1 0 0 0 1 ] {\displaystyle I_{3}={\begin{bmatrix}1&0&0\\0&1&0\\0&0&1\end{bmatrix}}} == Yazılışı == n × n {\displaystyle n\times n} ölçülü vahid matris adətən I n {\displaystyle I_{n}} bəzən isə E n {\displaystyle E_{n}} kimi işarə edilir. I n = [ 1 0 ⋯ 0 0 1 ⋯ 0 ⋯ ⋯ ⋯ ⋯ 0 0 ⋯ 1 ] , {\displaystyle I_{n}={\begin{bmatrix}1&0&\cdots &0\\0&1&\cdots &0\\\cdots &\cdots &\cdots &\cdots \\0&0&\cdots &1\end{bmatrix}},} == Xassələri == Hər hansı bir matrisin vahid matrisə hasili onun özünə bərabərdir A I = I A = A {\displaystyle AI=IA=A} Matrisin onun tərs matrisi ilə hasili vahid matrisə bərabərdir A A − 1 = I {\displaystyle AA^{-1}=I} Vahid matrisin determinantı vahidə bərabərdir d e t I = 1 {\displaystyle \mathrm {det} \,I=1} .
Vahid vektor
Vahid vektor (normallaşdırılmış vektor boşluğu vahid vektordur) — modulu (uzunluğu) vahidə bərabər olan vektor.
Vahid İsmayılov
Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu – 5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi == Həyatı == Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir. Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur. == Mükafatları == Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir. == Mənbə == Ваһид Аслан оғлу Исмајылов // Азәрбајҹан ССР Али Советинин депутатлары.
Vahid Əhmədov
Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III, IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru. == Həyatı == Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur. 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir. 1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür. 1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır. 1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
Vahid Əhmədoğlu
Vahid Əhməd oğlu Hacıyev (d. 5 yanvar 1956, Qazax rayonu Aslanbəyli kəndi, Azərbaycan) — Azərbaycan jurnalisti, yazıçı, filoloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assosasiyasının üzvü. == Həyatı == 1956-ci il yanvarın 5-də Qazax rayonu Aslanbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini kənd orta məktəbində almış, 1965-ci ildən Bakı şəhərindəki 102 saylı orta məktəbdə davam etmiş və 1973-cü ildə 29 saylı fəhlə-gənclər məktəbini bitirdikdən sonra 56 saylı Şəhər Texniki Peşə Məktəbini bitirmişdir. Bir müddət tikinti sahəsində, Keşlə, Bakı elektrik maşınqayırma zavodlarında tornaçı, cilallayıcı işləmişdir. 1974-1976-cı illərdə keçmiş Sovet ordusunda xidmət etmiş, SSRİ Hərbi Hava Qüvvələrinin əlaçısı döş nişanına layiq görülmüşdür. 1976-cı ildə hərbi hissənin göndərişi ilə indiki BDU-nin hazırlıq şöbəsində oxumuş, 1977-ci ildə indiki Bakı Dövlət Unversitetinin filologiya fakültəsinə daxil olmuş 1982-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Təhsil dövründə iki illik Marksizim-Leninizim Universitetinin, Zaporojye Dovlət Universitetinde təkmilləsmə kursları kecmisdir, Zaqafqaziya Komsomol məktəbinin axşam şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərində yadda qalan ədəbi-bədii gecələrin təşkilatçısı, sinif nümayəndəsi seçilmiş, "Araz" ədəbi bədii divar qəzetinin redaktoru olmuş, fakültə komsomol komitəsinə rəhbərlik etmiş, BDU-nun İdman klubunun idarə heyətinin üzvü seçilmişdir. 1982-ci ildən Cəlilabad rayonunun Adnalı kənd orta məktəbində dil-ədəbiyyat müəllimi, direktor müavini vəzifəsində işləmişdir.1985-ci ildən "Suraxanıneft" NQÇİ-də təşkilatçı müəllim, "Əzizbəyovneft" NQÇİ-nin "Neftçi" çoxtirajlı qəzetinin müxbiri, redaktoru vəzivəsində çalışmışdır.
Vahid Əlisoltanov
Vahid Əliyev
Vahid Əliyev (aktyor) — Azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti
Vahid Ələkbərov
Vahid Ələkbərov (tam adı: Vahid Yusifoviç Ələkbərov; d. 1 sentyabr 1950, Razin qəsəbəsi, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı milyarder. İqtisad elmləri doktoru. Rusiyanın "LUKoyl" neft şirkətinin təsisçisi və eks-prezidenti == Həyatı == Vahid Ələkbərov 1 sentyabr 1950-ci ildə Bakının o vaxtkı Razin qəsəbəsində anadan olmuşdur. Atası Yusif Ələkbərov müsəlman azərbaycanlı, anası isə rus kazak tayfalarından olan Tatyana Fyodrovna xristian idi. Əmək fəaliyyətinə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil aldığı vaxt "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator kimi başlayan Ələkbərov, SSRİ neft və qaz sənayesi nazirinin müavini, daha sonra nazirin birinici müavini olub. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə Lanqenpasneftqaz, Urayneftqaz və Koqalımneftqaz (sonradan bu üç zavodun baş hərfləri "LUKoyl" şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradıb. 1993-cü ildən indiyədək Lukoyl şirkətinə prezidentlik edir. "Şərəf nişanı" və Dostluq ordenləri, "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır.
Vahid Əziz
Vahid Əziz (tam adı: Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). == Həyatı == Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
Hüseyn Vahidi
Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir. == Həyatı və fəaliyyətləri == Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur. == Əsərləri == Sevgi yolçuları (سئوگی یولچولاری) (Azərbaycanca) Yabançı(یابانچی), (Alber Kamyunun Yad romanının Yabançı adı ilə tərcüməsi) (Azərbaycanca) Bəyaz gecələr (بیاض گئجه لر), Fyodor Dostoyevskinin əsərini Kiril qrafikasından Ərəb qrafikasına hazırlaması.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə — girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir.
Kommuna (inzibati-ərazi vahidi)
Kommuna — bəzi ölkələrdə inzibati-ərazi vahidinin adı. Aşağıdakı ölkələrdə inzibati-ərazi vahidi kimi mövcuddur: İtaliya Fransa İsveçrə Belçika Niderland Rumıniya Moldova Norveç Finlandiya == Həmçinin bax == Kommuna (icma) — insanların mülkiyyətin ümumiləşdirilməsi və ümumi əməyi əsasında qurulan birgə yaşayışı. Kommunal hərəkatı — özü-özünü idarə edən orta əsr şəhər-respublikaları. Bakı kommunası — 1918-ci il aprel-may aylarında Bakı quberniyasının bir hissəsində mövcud olan hökumətin adı. Paris Kommunası — 1871-ci ildə Parisin inqilabi hökuməti.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N. Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada — qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kreytser (pul vahidi)
Kreytser (alm. Kreuzer‎, [krо́ytser]; mac. Krajcár, köhnə orf. Krajczár, [krо́ytsar]) — XIII—XIX-cu əsrlərdə Mərkəzi Avropanın bir sıra ölkələri və İtaliyanın mis və gümüş sikkələrinin adı. İlk kreytserlər Karintiya və Krayna hersoqu və Tirol qrafı II Meynhardın gümüş qrossolarından ibarət idilər. İlk dəfə 1271-ci ildə zərb edilmişdir. Aversdə ikili xaç (adi və Andrey xaçları) yerləşib, sikkə məhz buna görə bu cür adlandırılmışdır. Yaxşı keyfiyyəti və xarab olmaması səbəbindən sikkə qısa müddətdə cənubi alman torpaqlarında geniş yayılmışdır. 1458-ci ildə Avstriya ershersoqu III Fridrix ona məxsus ərazilərdə pul dövriyyəsi islahatını həyata keçirtdi. 1 qulden = 60 kreytser nisbəti quruldu.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir. BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s. Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat. Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ).
Kütlə vahidləri
Kütlə vahidləri — kütləni ifadə etmək üçün istifadə olunan ölçü vahidi etalondur. Əraziyə və dövrlərdən asılı olaraq, bu fiziki kəmiyyəti ifadə etməyə imkan verən fərqli sistemlər mövcuddur. Kütlənin Beynəlxalq vahidlər sistemi çərçivəsində, beynəlxalq səviyyədə tanınan vahidi kiloqramdır. Metrik sistemdən ilhamlanan Beynəlxalq vahidlər sistemi, dünyada ən çox istifadə edilən vahidlər sistemidir. Bu sistem zaman vahidləri istisna olmaqla, onluq sistemdir. Yəni bir vahid digərindən 10 dəfə böyük, ya da 10 dəfə kiçikdir. Bu sistem daxilində, beynəlxalq səviyyədə tanınan əsas kütlə vahidi kiloqram olaraq müəyyən edilmiş və digər vahidlər də onluq sistemə əsaslanaraq ondan törəmişdir. Maddələrin mühüm xassələrindən biri onun kütləyə malik olmasıdır. Kütlə cismin ağırlıq dərəcəsini ifadə edir. Məsələn, içərisi qumla dolu olan arabacığı yerindən tərpətmək boş arabacığı tərpətməkdən daha çətindir.
Len (inzibati vahid)
Len (isv. län — len, fin lääni — lyani) — İsveçin inzibati-ərazi bölgüsü vahidi. 2010-cu ilə qədər Finlandiya da lena (lyani) idi . 1660-cı ilə qədər, Danimarkada da lenlar idi, lakin sonra amtlara dəyişdirildi. Mənaca oxşar sözlər — vilayət, rayon. Hər bir Lena İsveç hökuməti tərəfindən təyin olunan və onun nümayəndəsi, həmçinin Riksdağ parlamentinin nümayəndəsi olan öz plakatı (länsstyrelse) mövcuddur. Lena Şurasının vəzifəsi hökumətin və Riksdağın siyasətinə uyğun olaraq yerli özünü idarəetməni əlaqələndirməkdir, eyni zamanda yerli xüsusiyyətlərə və tələblərə uyğun olaraq. Ölkənin prezidentinin təyin etdiyi qubernatorun rəhbərliyi altında hökumət tərəfindən idarə olunur. Bundan əlavə, hər bir mahalda mahalın əhalisi tərəfindən seçilən yerli idarəetmə orqanı var - landsting. Landsting'in əsas vəzifələrindən biri Lena şəhərində sosial və tibbi yardım göstərməkdir.
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki, 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 metrə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km edir.
Məcnun Vahidov
Məcnun Vahidov — Azərbaycanlı müəllim-pedaqoq, yazıçı-ssenarist. Texnika elmləri namizədi, dosent. == Həyatı == Məcnun Abdulvahid oğlu Vahidov 27 iyul 1946-cı ildə Ağdaşda anadan olub. 1969-cu ildə AzNKİ-nun Neft-mexanika fakültəsini bitirib və ömrününü sonuna kimi də bu təhsil ocağında çalışıb. Mancanaq dəzgahların optimal layihələşdirilməsi ilə məşğul olub. 80 elmi əsərin və 10 ixtiranın müəllifidir. Şahmat bəstəçiliyi üzrə idman ustası idi. "Şahmat bəstəçiliyi" və "Karavan mansub na Velikom Şelkovom" kitablarının müəllifidir. Azərbaycan Şahmat Federasiyası nəzdində şahmat bəstəçiliyi üzrə komissiyasının sədri və Azərbaycanın yığma komandasının kapitanı olub. 200-ə qədər şahmat məsələləri və etüdləri tərtib edib və bunların bir qismi beynəlxalq müsabiqələrdə mükafat qazanıb.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Məryəm Vahidova
Məryəm Adıyevna Vahidova (15 oktyabr 1959, Qazaxıstan) — Sovet və rus filoloqu, publisist və ictimai-siyasi xadim, jurnalist, Mixail Lermontov, A. Puşkin, Lev Tolstoy və başqalarının tədqiqatçısı. O, Beynəlxalq Fundamental Təhsil Universitetinin (IUFS) təşkilatçılığı ilə 11–12 noyabr 2014-cü il tarixlərində Sankt-Peterburqda keçirilən VI Dünya Elmi Konqresində Oksford Universitetindən fəxri fəlsəfə doktoru (Ph. D.) diplomu aldı. Elə orda Dostoyevskinin "Gözəlliyə görə. "Humanizm, Ədalət" medalı və "Şərəf və Cəsarət" ordeni ilə də təltif edilmişdir. 2017-ci ildə incəsənət və mədəniyyət sahəsində Fəxri Böyük Doktor Diplomunu almışdır (No 17 08 00041). 9 oktyabr 2018-ci ildə Jurnalistika və Ədəbiyyat üzrə Böyük Doktor diplomu alıb, Tacikistan Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib. == Həyatı == Məryəm Adıyevna Vahidova 15 oktyabr 1959-cu ildə Qazaxıstanda anadan olub. O, 1985-ci ildə N. K. Krupskaya adına Semipalatinsk Pedaqoji İnstitutunu bitirib. İxtisasca filoloqdur.
Narkotik maddələri haqqında vahid Konvensiya
Narkotik maddələri haqqında vahid Konvensiya (1961) (1972-ci ildə düzəliş edilmişdir) — məqsədi, sirr (marixuana, həşiş və s.), kokain (digər ecognin esterləri ilə birlikdə) və tiryək (morfin, eroin, tibbi məqsədlər xaricində kodein və s.) 1931-ci il Paris Konvensiyasını dəyişdirdi. == Birləşmiş Millətlər Təşkilatının Narkotik maddələri ilə Mübarizə Konvensiyasının Qəbulu == Konfrans, BMT Baş Assambleyasının 1395 (XIV) qətnaməsi ilə narkotiklərə nəzarət sahəsində texniki yardımın göstərilməsinə dair xüsusi tədbirlərin təsis edilməsi məqsədilə keçirilmişdir. Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, 28 iyul 1958-ci il tarixli 689 J (XXVI) saylı qərarla, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 62-ci maddəsinin 4-cü bəndinə və Baş Məclisin 366 (IV) saylı qətnaməsinə əsasən qərar verdi. 3 dekabr 1949-cu ildə, bu sahədə mövcud olan çoxtərəfli müqavilələri tək bir sənədlə əvəzləyən Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsi, müstəsna olaraq narkotik nəzarətinə cavabdeh olan beynəlxalq müqavilə qurumlarının sayını azaltmaq üçün səlahiyyətli nümayəndələrin konfransını çağırmaq; və narkotik xammal istehsalına nəzarət yaratmaq. Birləşmiş Millətlər Təşkilatının Narkotik Narkotiklərlə Mübarizə Konvensiyasının Qəbulu üzrə Konfransı, 24 Yanvar-25 Mart 1961-ci il tarixlərində Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahında keçirildi. İşdə 73 ştatın nümayəndələri iştirak etdi. Konfransda BMT-nin aşağıdakı ixtisaslaşmış qurumları təmsil olunmuşdur: Ümumdünya Səhiyyə Təşkilatı; Beynəlxalq Mülki Aviasiya Təşkilatı; Beynəlxalq Əmək Təşkilatı; Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı. Konfransda aşağıdakı beynəlxalq qurumlar təmsil olundu: Daimi Mərkəzi Tiryək Komitəsi; Narkotik dərmanlara nəzarət orqanı. Konfransda aşağıdakı qeyri-hökumət təşkilatları da təmsil olundu: Beynəlxalq Katolik Xeyriyyə Konfransı; Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyası; Beynəlxalq Cinayət Polisi Əməkdaşlıq Təşkilatı. Konfransın işinin nəticəsi Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın qəbul edilməsinə dair 5 qətnamənin qəbulu, eyni zamanda 1961-ci il Narkotik Narkotiklərə dair Vahid Konvensiyanın mətninin təsdiqlənməsi olmuşdur.
Nyuton (ölçü vahidi)
Nyuton — BS-də qüvvənin vahididir N {\displaystyle N} kimi işarə olunur. Qüvvəni İsaak Nyuton kəşf etdiyinə görə, onun şərəfinə belə adlandırılmışdır.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Para (pul vahidi)
Para (türk. para, serb. пара, rum. para) — müxtəlif ölkələrdə xırda pul vahidinin adı. == Türkiyə == Para ilk dəfə 1623-cü ildə Osmanlı İmperiyasında gümüş sikkə şəklində buraxılmışdır. Əvvəlcə sikkənin çəkisi 1,1 q idi, 19-cu əsrin əvvəllərində tədricən azalmağa başladı və 0,22 q çatdı. Gümüşün əyarı da düşürdü. Məsələn, 1757-ci ildə sikkələr 520-ci, 1800-cü ildə isə 420-ci əyarlı gümüşdən zərb edilirdi. 1687-ci ildən ikiqat para da zərb edilməyə başlandı. Avers hissəsində sultanın adı, reversdə isə zərb olunma yeri və tarixi qeyd olunurdu.
Paskal (ölçü vahidi)
Paskal (beynəlxalq işarəsi: Pa, rusca işarəsi: Па) – BS-də Təzyiqin vahididir. Paskal ölçü vahidi fransız alimi Blez Paskalın şərəfinə adlandırılmışdır. == Əsas vahidlərlə ifadə olunması == 1 P a = 1 N m 2 = 1 k g m .
Pul vahidi
Valyuta : Dövlətin pul sistemi və pul vahidi. Xarici pullar. Balans üzrə məbləğin cəmi. Xarici valyuta müvafiq xarici dövlətin və dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə oln pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları; xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesabla rda olan vəsaitlərdir. Valyuta sərvətləri — xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkredetivlər və s.); fond qiymətli kağızları (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri; qiymətli metallar (qızıl, gümüş, platin (palladium, iridium, osmium, rodium, rutenium); qiymətli daşlar – almazlar, zümrüdlər, yaqutlar, sapirlər, aleksandritlərdir. Valyuta əməliyyatlarına aşağıdakılar aid edilir: valyuta sərvətlərinə mülkiyət hüququnun və digər hüquqların keçməsi ilə əlaqədar əməliyyatlar, o cümlədən ödəniş vasitəsi kimi xarici valyutadan və xarici valyutda ödəniş sənədlərindən istifadə edilməsi; valyuta sərvətlərinin AR ərazisinə gətirilməsi, eləcə də AR-dən çıxarılması və göndərilməsi; Beynəlxalq pul köçürmələrinin həyata keçirilməsi. Xarici valyuta ilə və xarici valyutada qiymətli kağızlarla əməliyyatlar cari və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatlarına bölünür. Cari valyuta əməliyyatlarına daxildir: Malların, işlırin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların , eləcə də ixrac-idxal əməliyyalarının 180 gündən artıq olmayan müddətdə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın AR-ə və AR-dən köçürülməsi; 180 gündən artıq olmayan müddətdə maliyyə kreditlərinin alınması və verilməsi; əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları üzrə faizlərin, dividendlərin və digər gəlirlərin AR-ə və AR-dən köçürülməsi; AR-ə və AR-dən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən əmək haqqı, təqaüd və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar. Valyuta əməliyyatları AR-nun Mərkəzi Bankının lisenziyasını almış banklar və digər kredit təşkilatları – müvəkkil banklar — həyata keçirir. Xarici iqtisadi fəaliyyəti, o cümlədən cari valyuta əməliyyalarını həyata keçirmək üçün hüquqi şəxslər olan rezidentlət AR-də, eləcə də AR-in hüdudlarından kənarda müvəkkil banklarda xarici valyuta hesablarına, qeyri-rezidentlər isə AR ərazisindəki müvəkkil banklarda xarici valyutada və milli valyutada hesablara malik ola bilərlər.
Qol (ölçü vahidi)
Qol — əsas arxdan ayrılan bilək yoğunluğunda su axıdan arx. == Ümumi məlumat == Əkinləri suvararkən axıdılan suyun miqdarını ölcmək üçün qol sözündən istifadə edilmişdir. Qol əsas arxdan ayrılan şırımdır. Qol təxminən bilək yoğunluğunda su axıdan arxıdır. Çayın qolu ifadəsi də yuxarıdakı mənaya uyğun gəlir. Böyük çaylara qarışan xırda çaylar qol adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Qrenlandiya(inzibati vahid)
Qrenlandiya (qrenlandca:Kalaallit Nunaat; dan. Grønland) — Danimarka krallığı tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən muxtar ərazi. Sahəsi 2 166 086 km², dünyanın ən böyük adası. == Adın etimologiyası == Qrenlandiya adı iki dan sözündən — grøn (yaşıl) və land (yer, torpaq, el, ölkə) sözlərindən ibarət olub "yaşıl el", "yaşıl diyar" mənasını verir. Azərbaycan dilinə Qrenlandiya sözü rusca Гренландия sözündən keçib. == Tarix == Danimarka artıq üç yüz ildir ki, Qrenlandiyaya nəzarət edir. 1979-cu ildə əraziyə məhdud suverenlik verilib. Danimarkanın keçmiş müstəmləkəsi 21 iyun 2009-cu ildə müstəqilliyini elan edib. Bu addım 2008-ci ilin noyabr ayında keçirilmiş referendumun nəticələrinə əsasən atılıb. Onda adanın əhalisinin böyük əksəriyyəti geniş muxtariyyəti dəstəkləmişdi.
Rəhim Vahidov
Vahidov Rəhim Məcid oğlu (15 dekabr 1914, Ağdaş – 1994, Bakı) — Azərbaycan, sovet arxeoloqu, tarix elmləri doktoru, Mingəçevir, Torpaqqala, Gavurqala və s. qədim və erkən orta əsr abidələrinin tədqiqatçısı. == Həyatı == Rəhim Vahidov 1914-cü il dekabrın 15-də Yelizavetpol quberniyasının Ərəş qəzasının, Üçqovaq kəndində anadan olmuşdur. Orta təhsilini doğma kəndinin məktəbində alıb. Sonra Bakıda qatar mühəndisliyi kursunda oxumuş və bir müddət Gəncədəki dəmir yolu deposunda işləmişdir. 1935-1936-cı illərdə Göyçay rayonu Bığır kəndində məktəbdə müəllim kimi çalışmışdır. 1937-1941-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İkinci Dünya Müharibəsi zamanı 402-ci Diviziyanın 840-cı Piyada alayının 3-cü Piyada Batalyonunun leytenant rütbəsində komandiri olmuşdur. “Almaniya üzərində qələbəyə görə” və “Qafqazın müdafiəsinə görə” medallarına layiq görülmüşdür. === Arxeoloji fəaliyyəti === Müharibədən sonra Azərbaycan Tarixi Muzeyində işləməyə başlamışdır.
Sahə (ölçü vahidi)
Sahə — düz səth, konkret sərhədlərlə məhdudlaşmış səthin bir hissəsi, həndəsi fiqurların düz səthlərini xarakterizə etmək üçün işlədilən kəmiyyət parametri. == Müəyyən edilməsi == Aşağıdakı şərtləri yerinə yetirənlər sahə adlanırlar : o sıfırdan çoxdur. o ölçülə biləndir. o düz səthlidir. onun ilkin ölçü vahidi kvadratla götürülür. Fiqurun səthi düz olmadıqda , o kiçik düz sahələrə bölünərək ölçülür.
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. == Səviyyələr == Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.

Digər lüğətlərdə