VASİL

ə. 1) yetişən, çatan; 2) qovuşan, birləşən. Vasili-rəhmət rəhmətə getmiş, vəfat etmiş.

VASİQ
VASİT
OBASTAN VİKİ
Vasil Aprilov
Aprilov Vasil Yevstatiyev (21 iyul 1789, Qabrovo[d] – 2 oktyabr 1847, Qalas) – bolqar maarif xadimi, pedaqoq, yazıçı. Moskva yunan məktəbində, Braşova alman gimnaziyasında və Vyana Universitetində (1807–09) təhsil almışdır. Qabrovoda ilk bolqar dünyəvi məktəbinin əsasını qoymuşdur (1835). Yeni bolqar ədəbi dilinin yaradılması hərəkatının iştirakçısı olmuşdur. Aprilov təlim-tərbiyənin ana dilin də aparılması prinsipini müdafiə etmişdir. Elmi, pedaqoji əsərlərin müəllifidir.
Vasil Bıkov
Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[…] – 22 iyun 2003[…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı . Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır.
Vasil Lazaroviç
Vasil Lazaroviç (Ukraynaca:Василь Лазарович, 5 avqust 1981) Ukraynalı müğənni. Vasil Lazaroviç 2002-ci ildə İvano-Farnkovskidə Stefanık adına Universiteti bitirmiş və vokalist diplomunu almışdır. 2004-cü ildə Belarusda Mixail Finbergin rəhbərliyi altında orkestrin solisti işləyib. Elə həmin il Vitebskdə Slavyan bazarı (Славянский базар в Витебске) müsabiqəsinin iştirakçısı olub. 2007-ci ildə isə Yurmalada Yeni dalğa (Новая волна) mahnı müsabiqəsində 9-cu yerə çıxıb.
Vasil Qarvanliyev
Vasil Qarvanliyev (mak. Васил Гарванлиев; 2 noyabr 1984, Strumitsa[d]) — Vasil Makedoniyalı vokalistdir. 2019 Avroviziya Mahnı Müsabiqəsində Şimali Makedoniyanı təmsil edən Tamara Todevskanın vokalisti olmuşdur. 2020 Avroviziya Mahnı Müsabiqəsinə qatılma şansı əldə etsə də, yarışma ləğv edildi.
Vasil Yakuşa
Vasil Fyodaraviç Yakuşa (30 iyun 1958, Kiyev vilayəti – 24 noyabr 2020, Minsk) — Belarus avarçəkəni. 1980 Yay Olimpiya Oyunlarında gümüş, 1988 Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanmışdır. Vasil Fyodaraviç Yakuşa 30 iyun 1958-ci ildə Kiyev şəhərində anadan olmuşdur. Fəaliyyətində ilk uğuru 1980 Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən Yakuşa qayıqlı avarçəkmədə gümüş medal almaqla qazanmışdır. Bundan sonra o, 1981 Dünya Avarçəkmə Çempionatına qatıldı və burada Sovet İttifaqını təmsil edərək səkkizinci oldu. 1982 Dünya Avarçəkmə Çempionatına da qatılan idmançı bu dəfə ikinci dəfə gümüş medal qazanmaqla ikinci uğurunu qazanmış oldu. 1983 Dünya Avarçəkmə Çempionatında o, dördüncü oldu. 1984 Yay Olimpiya Oyunlarına boykota görə qatıla bilmədi. 1985 Dünya Avarçəkmə Çempionatında da dördüncü olan Vasil Yakuşa 1 il sonra həmin çempionatda bürünc medal qazandı. 1988 Yay Olimpiya Oyunlarına qatılmaqla ikinci olimpiya oyununa qatılan Yakuşa tərəfdaşı Oleksandr Marçenko ilə birlikdə bürünc medal qazandı.
Vasil Şahnazaryan
Vasil ibn Əta
Vasil İbn Əta ({{lang-ar|ابو حذيفة الغزال واصل ابن عطاء) — Ərəb ruhanisi, Mötəziliyyə təriqətinin banisi. Mötəzilənin banisi Vasil İbn Əta (700-749) qədərilikdə olduğu kimi tale kultunu təkzib edir, lakin qədərilikdən fərqli olaraq tale ideyasının əleyhinə şüurlu olaraq iradə azadlığını qoyurdu. Mötəzilədə şəhər mədəniyyətinin azadlıqsevərlik meylləri aşkar olaraq duyulur. Mötəzilə azad insan zəkasını hətta əxlaqın da ən yüksək meyarı hesab edirdi. Burada əxlaqın mənbəyi ilahi vəhydən daha çox, insanın iradə azadlığında axtarılır. Mötəzilədə əxlaqın ilahi mənşəyi əslində inkar edilir, insani zəka onun meyarı kimi qəbul olunur. İnsan davranışının əsası müqəddəs yazılarda deyil, dünyəvi prinsiplərdə axtarılır. Hətta Quranın əzəli olması belə inkar edilir. Mötəzilə tərəfdarları - mutazilitlər - dini ehkamların mütləqliyini qəbul etməyib, əksinə, zəkanın, ağlın qüdrətini etiraf etdiklərindən, yalnız zəkanın önəmliliyini tanıdıqlarından ilk müsəlman rasionalistləri kimi çıxış etmiş olurdular. Zəkanın qüdrətinə olan inam iki fəlsəfi cərəyanın əslində şərikli başlanğıcını təşkil edir.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
IV Vasili Şuyski
IV Vasili Şuyski (tam adı ilə Vasili İvanoviç Şuyski; 1552, Nijni Novqorod – 12 sentyabr 1612) — rus çarı. == Həyatı == B. Qodunovun düşmənlərinin başında Ruriklər nəslindən olan Şuyski qardaşları dururdu. Onlar özlərini çarlığın qanuni varisi bilir, Qodunovun hakimiyyətini qanunsuz sayırdılar. Təsadüfi deyil ki, Yalançı Dmitridən sonra hakimiyyətə gələcək Vasili Şuyski Yalançı çara qarşı sui-qəsd ərəfəsində həmfikirlərinə demişdi: -Yalançı Dmitrini ona görə əsil şahzadə kimi qəbul etdim ki, məqsədim Qodunovu yıxmaq idi. 1600-cü ildə Boris Qodunov öldü, Vasili Şuyski (1606-1610) hakimiyyətə gəldi. 1606-cı ilin yayında xolop İvan Bolotnikovun başçılığı altında üsyan baş verdi. Üsyanda xoloplar, kəndlilər, şəhərlilər, kazaklar, xırda qulluqçular iştirak edirdilər. Bolotnikov Moskva yaxınlığında Kolomna kəndinə qədər irəlilədi. Lakin üsyana qoşulmuş zadəganlar xəyanət etdilər, üsyançılar döyüşdə məğlub oldular və Moskvadan Kaluqaya çəkildilər. Oradan Tulaya getdilər, lakin 1607-ci ildə məğlub oldular.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Konstantin Vasilioğlu
Konstantin Konstantin oğlu Vasilioğlu (27.02.1938, indiki Ukrayna Respublikası, Odessa vilayəti, Bolqrad rayonunun Aleksandrovka (Satılık Hacı) kəndi) — Qaqauz şairi. == Həyatı == Şair ilk təhsilini doğulduğu kənddə almışdır. Sonra Ali Pedaqoji Məktəbdə oxumuşdur. Öyrətmənliyi özünə ixtisas seçən şair 1990-cı ildən bu yana Pedaqoji və Psixoloji Elmlər İnstitutunda işləməkdədir. Bədii irsi poeziya və nəsrdən ibarət olan şairin "Sevgilim" adlı şeir kitabı vardır. Bununla yanaşı, Vasilioğlu qaqauz dərs kitablarının hazırlanmasında da iştirak etmişdir. T. Arnaut yazır:"Gagauz ədəbiyyatına bir yetenekli şair sıfatı ile giren Vasilioğlu eserlerinde sevgi konusunun yanısıra, Bucağın ecelini, halkın çektiği sıkıntıları vb. konuları büyük bir ustalıkla ve incelikle işler. Gagauz şiirine bir de tıpkı D. Karaçoban gibi cümbüşlü tarzı ile okurların dikkatini çekmiştir. Onun duyguları yalın ve herbir insana yakın.
Mariana Vasileva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb. 2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.
Mariana Vasilyeva-Toteva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb. 2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib. 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub.
Novo Vasilyevka
Kürkənd, Novo Vasilyevka — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. 15 may 2003-cü ilə qədər kəndin adı Novovasilyevka olmuşdur. Bu tarixdən sonra kəndin adı Kürkənd olaraq dəyişdirilmişdir. 17 iyun 2003-cü il tarixində Kürkənd kəndi Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Kürkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır. Yenikənd kənd inzibati ərazi dairəsinin tərkibindəki 2 №-li Mayak qəsəbəsi Kürkənd kənd inzibati dairəsinin tərkibinə verilmişdir. Neftçala Peşə Məktəbi burada yerləşir. Məktəb 1978-ci ildə yaradılıb. Məktəbdə aşağıdakı ixtisasalar üzrə kadr hazırlanır: 1. Elektrik sayğaclarının istismarı üzrə elektrik montyoru və enerji nəzarətçisi 2. Traktorçu – maşinist 3.
Olqa Vasilyevna İvanitskaya
Olqa Vasilyevna İvanitskaya və ya Olya Ivanitski (serb. Оља Ивањицки; 10 May 1931, Pančevo -24 June 2009, Belqrad) — Serbiyalı rəssam, heykəltaraş, şair idi. Xüsusilə avanqard sənət tərzi ilə yaratdığı rəsmləri ilə tanınmış, evdə və xaricdə ən azı 99 solo sərgi keçirmişdir. 10 may 1931-ci ildə Yugoslaviya Krallığının Pancevo şəhərində, rus qaçqınları Vasili Vasilyeviç İvanitsky və Veronika Mihailovna Piotrovskaya ailəsində anadan olub. Oktyabr inqilabının baş verməsi səbəbindən Rusiyanı tərk etmək məcburiyyətində qalmışlar. O, uşaqlığını Kragujevacda keçirdi, sonra Belqrad şəhərinə köçdü və məşhur heykəltaraş Sreten Stojanoviçin rəhbərliyi altında təhsil aldığı Belqrad Gözəl Sənətlər Akademiyasını bitirdi. Heykəltaraşlıq əsas təhsili olmasına baxmayaraq, rəsm əsərlərində daha çox özünü göstərmiş, artıq 1950-ci ildə ilk rəsm əsərini yaratmışdır. 1959-cu ildə Yuqoslaviya sənətinə əhəmiyyətli təsir edən bir qrup sənətçi, yazıçı və memarın üzv olduğu "Medial" adlı yeni birliyə qatıldı (qrupdakı yeganə qadın sənətkar idi). 1962-ci ildə məktəbi bitirdikdən sonra Ford Fondundan təqaüd alıb və ABŞ-da təhsilini davam etdirməyə davam etdi. Serbiyaya qayıtdıqdan sonra, o, serblərin ənənəvi sənəti ilə bağlı Amerikada əldə olunan bilikləri tətbiq etdi.
Razumovski Vasili İvanoviç
Vasili İvanoviç Razumovski (rus. Василий Иванович Разумовский; 8 aprel 1857, Yefimovka[d], Buzuluk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 7 aprel 1935, Yessentuki, Stavropol diyarı, Rusiya) — rus cərrahı, 1887-ci ildən Kazan Universitetinin professoru, tibb elmləri doktoru, əmək qəhrəmanı, 150-dən çox elmi işin müəllifi. Razumovski Saratov (1909), Tbilisi (1918) və Bakı (1919) universitetlərinin banilərindən biri olmuş, eləcə də Saratov Universitetinin (1909-1912) və Bakı Universitetinin (1919-1920) ilk rektoru vəzifəsini icra etmişdir. 1920-ci ildən sonra vətəni Kazana qayıdan Razumovski yenidən oradakı universitetdə dərs deməyə başlamış və 1930-cu ildə təqaüdə çıxmışdır. 8 aprel (22 mart) 1857-ci ildə Rusiya imperiyasının Samara quberniyasının Bululukski dairəsinin Yefimovka kəndində doğulmuşdur. İndiki Rusiya Federasiyası Orenburq vilayətinin Kurmanayevski rayonu. 1880-ci ildə İmperiya Kazan Universitetinini bitirmişdir. 1887-ci ildə Kazan universitetinin cərrahiyyə üzrə professoru olmuşdur. 1893-cü ildə professor ilk dəfə olaraq Qafqaz Mineralnıye vodiya (Mədən suları) turist kimi gəlib. 1896-cı ildə kurort rəhbərliyinin xahişi və dəvəti ilə hər yay orada ödənişli əsaslarla cərrah konsultant işləməyə başlamışdır.
Sergey Vasilyev
Sergey Aleksandroviç Vasilyev (rus. Сергей Александрович Васильев; 17 (30) iyul 1911, Kurqan, Tobolsk quberniyası[d] – 2 iyul 1975, Moskva) – görkəmli rus şairi. Sergey Aleksandroviç Vasilyev 1911-ci il 30 iyul-da Tobol vilayətinin Kurqan şəhərində anadan olmuşdur. Rus sovet şairi. 1931-ci ildən əsərlərini çap etdirməyə başlamışdır. İki ildən sonra "Vozrast" ("Yaş") adlı ilk şeirlər kitabını nəşr etdirmişdir. Şeir və poemalardan ibarət bir çox kitabların və mahnı mətnlərinin müəllifidir. Satirik janrda da uğur qazanmışdır. "Simaları izləyəndə" şeirlər toplusu oxucuların böyük marağına səbəb olmuşdur. Bu kitabda müəllif böyük ədiblərin xasiyyətlərində diqqətini cəlb edən məqamları və çatışmazlıqları parodiya və epiqramlarla verməyə çalışmışdır.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
II Vasili Vulqarokton
II Vasili Vulqarokton (yun. Βασίλειος B' Βουλγαροκτόνος; 958, Konstantinopol, Bizans imperiyası – 15 dekabr 1025, Konstantinopol, Bizans imperiyası) — Makedonlar sülaləsindən olan Bizans imperatoru, imperator II Romanın oğlu və I İohann Simiskinin varisi. O, VIII Konstantin ilə həmimperator olmuşdur. II Vasili imperiyanı çoxsaylı rəqiblərdən qorumaq üçün aparmağa məcbur olduğu müharibələrlə tanınır. O, imperator III Ottona, Beneventonun lanqobard hersoqlarına və slavyanlara, xüsusən də bulqarlara qarşı mübarizə aparmışdır. Sonunculara qarşı müharibə hər iki tərəfin vəhşilikləri ilə müşayiət olunurdu. == Həyatı == Vasili Kiçik Asiyada feodal aristokratiyasının iki üsyanını, Sklir və Varda Fokanın üsyanlarını yatırtmışdır. Bundan sonra onun daxili siyasətinin əsas vəzifəsi kəndli torpaq mülkiyyətini gücləndirmək idi. Bu, bir tərəfdən, fərdi terror, böyük zadəganların həbsi və onların torpaqlarının müsadirə edilməsi, digər tərəfdən isə kəndli mülkədarlığının müdafiəsi ilə bağlı qanunvericiliklə əldə edilmişdir. İmperiyanın ərazisinin genişlənməsi ilə yanaşı, onun regional əhəmiyyəti də yüksəlmişdir.
Vasili Avenarius
Vasili Petroviç Avenarius (rus. Васи́лий Петро́вич Авена́риус) və ya Vilhelm Henrix Appolonius Avenarius (alm. Wilhelm Heinrich Appolonius Avenarius‎; 28 sentyabr (10 oktyabr) 1839 və ya 10 oktyabr 1839, Puşkin[d], Sankt-Peterburq quberniyası[d] – 9 noyabr 1923[…], Petroqrad) — Rusiya yazıçısı, uşaq və gənclər üçün əsərlərin müəllifi. Vasili Petroviç Avenarius 10 oktyabr 1839-cu ildə Aleksandr Liseyinin hüquq müəlliminin ailəsində anadan olmuşdur. Ailənin 15 övladı olmuş, onlardan dördü yazıçı və alim olmuşdur. Fizik Mixail Avenariusun qardaşıdır. Peterburq Universitetini bitirmişdir. O, İmperator Mariyanın müəssisələrində yüksək vəzifəli vəzifədə çalışmışdır. Əxlaqi pozğunluğu pisləyən antinihilist yönümlü didaktik hekayələr ("Modern idilliya", 1865; "Azar", 1867), uşaqlar üçün "Kol arının nağılı" (1879), "Otaq nə deyir" (1880), elmi fantastika janrında "Dirilmiş Pompeyin qeyri-adi hekayəsi" (1889) əsərlərinin müəllifidir. Denis Fonvizin, Aleksandr Puşkin, Nikolay Qoqol kimi yazıçılar haqqında hekayələr, tarixi hekayələr və avtobioqrafik eskizlə yazmışdır.1859–1860-cı illərdə tələbə şeirlər toplusunu nəşr etdirmişdir.
I Vasiley (imperator)
I Vasiley (yun. Βασίλειος Α΄) və ya Makedoniyalı Vasiley (yun. Βασίλειος ὁ Μακεδών) (811, Ədirnə, Frakiya[d] – 29 avqust 886, Konstantinopol) — Bizans imperatoru. Makedoniya sülaləsinin banisidir. Makedoniya əyalətində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. Daha sonra Bizans imperatoru III Mixailin qohumlarından birinin xidmətinə alındı və beləcə, sarayda əlaqə qurdu. Daha sonra sarayda yüksəldi və imperatorun məşuqələrindən biriylə evləndirildi. Evlənməsinə baxmayaraq xanımının imperatorla olan sevgi macəralarına göz yumdu və bu vasitəylə sarayda gücləndi. Hətta bu vəziyyət o qədər ağırlaşdı ki, bu xanımın dünyaya gətirdiyi ilk övladı və daha sonra taxta çıxacaq olan VI Leonun atasının kim olduğu hələ də bilinmir. Çox keçmədən sezar titulu aldı və mühüm rəqiblərini aradan qaldırdı.
Vasile Miriuță
Vasile Miriuță (d. 19 sentyabr 1968) — Rumıniya əsilli Macarıstan milli futbol meneceri və keçmiş futbolçudur . O, 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna kimi III Liqa klubu Minaur Baia Marenin baş məşqçisi olub. O, 2021-ci ilin iyul ayından həmin komandaya baş məşqçi təyin olunub. Yarımmüdafiəçi kimi 21 avqust 2002-ci ildə İspaniya ilə yoldaşlıq oyununda Macarıstan millisinin heyətində qol vurdu. O, yığmada ümumilikdə 9 oyun keçirib. Cərimə zərbələri və taktiki bacarıqları ilə tanınan Miriuță, 2000-ci ildə Energie Cottbus ilə Bundesliqaya yüksəldi, lakin klubun əsas oyunçusu olmasına baxmayaraq, 2002-ci ilin sonunda müqaviləsi ləğv edildi. O, vaxtının çoxunu MSV Duisburg-da start 11-dən kənarda keçirirdi. Miriuță futbola 1988-ci ildə FCM Baia Mare ilə başlayıb. 1990-cı ildə Buxarestin "Dinamo"su ilə müqavilə imzalayıb.
Vasili (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός) (1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
Vasili Karqaleteli
Vasili Dmitriyeviç Karqaleteli (29 iyul 1880, Rusiya imperiyası – bilinmir, Tehran) — Rusiya İmperator Ordusunun, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun və Sovet hərbi xadimi, general-mayor. Birinci Dünya müharibəsində iştirak etmişdir. O, müvəqqəti olaraq Azərbaycan Xalq Cümhuriyyətinin baş qərərgahının komandanı vəzifəsini icra etmiş, İran Qırmızı Ordusunun baş qərərgahının rəisi olmuşdur. Vasili Karqaleteli 29 iyul 1880-ci ildə dünyaya gəlmişdir. Təhsilini Birinci Tiflis Klassik gimnaziyasında almışdır. Hərbi xidmətinə 2 sentyabr 1899-cu ildə Moskvadakı hərbi məktəbdə sıravi yunker rütbəsində başlamışdır. 1901-ci ilin 13 avqustunda buranı bitirmiş və podporuçik rütbəsi ilə Sankt Peterburq alayında xidmət etməyə başlamışdır. 11 iyul 1902-ci ildən 17 aprel 1903-cü ilə qədər ehtiyat polkda xidmət etmiş, daha sonra 259-CU Qori polkuna göndərilmişdir. 1905-ci ildə poruçik rütbəsinə yüksəlmiş, 1908-ci ildə ştabs-kapitan olmuşdur. O, 1913-cü ildə İmperator Nikolayevski Hərbi Akademiyasını birinci dərəcə ilə bitirmişdir.
Vasili Qrabin
Vasili Qavriloviç Qrabin (rus. Васи́лий Гаври́лович Гра́бин; 28 dekabr 1899 (9 yanvar 1900) – 18 aprel 1980, Korolyov[d], Moskva vilayəti) — SSRİ konstruktoru və Böyük Vətən müharibəsi dövründə artilleriya silahlarının istehsalının təşkilatçısı. Sosialist Əməyi Qəhrəmanı (28.10.1940), texniki qoşunların general-polkovniki (30.03.1945), dörd "Stalin" mükafatı laureatı (1941, 1943, 1946, 1950), Artilleriya Elmləri Akademiyasının həqiqi üzvü. Vasili Qavriloviç Qrabin 28 dekabr 1899-cu ildə (9 yanvar 1900) Staronijesteblievskaya kəndində (indiki Krasnoarmeyski rayonu, Krasnodar diyarı) anadan olub. 1921-ci ildən Sov.İKP-nin üzvü olub. 1923-cü ildə Petroqradda artilleriya məktəbini bitirib. Vasili Qrabin bir müddət orduda zabit kimi xidmət edib. Sonra Qrabin təhsilini Dzerjinski adına Hərbi Texnika Akademiyasının artilleriya fakültəsində davam etdirib. 1930-cu ildə akademiyanı bitirdikdən sonra "Krasnıy Putilovets" zavodunun konstruktor bürosunda mühəndis-konstruktor işləyib. Bir il sonra o, "Narkomtyajprom"un (Moskva) Ümumittifaq Silah və Arsenal Assosiasiyasının (VOAO) 2 saylı Konstruktor Bürosuna ezam olunub.
Vasilkov mayolika xoruzu
Vasilkov mayolika xoruzu (ukr. Півник васильківської майоліки) — Valeri Protoryev və Nadiya Protoriyeva tərəfindən yaradılmış Vasilkovda yerləşən mayolika fabrikində təkrarlanan dekorativ əşya. Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı Borodyankadakı evlərdən birinin fotosu yayıldıqdan sonra mübarizə simvoluna çevrilmişdir Fotoşəkildə müşahidə olunur ki, mənzilin demək olar tamamilə dağılmasına baxmayaraq, divardakı mətbəx şkafı üstündə olan dekorativ mayolika xoruzu ilə birlikdə salamat qalmışdı. Xoruz 1960-cı illərin əvvəlindən 1980-ci illərə qədər Vasilkovda yerləşən mayolika fabrikində istehsal edilmişdir. Əsərin müəllifinin əvvəlcə səhvən Prokop Bidasiyuk olduğunu iddia edilmişdir. Vasilkov mayolika fabrikinin baş rəssamı Sergey Denisenko hesab etmişdir ki, xoruzun müəllifliyi Valeri Protoryev və onun həyat yoldaşı Nadiyaya məxsusdur. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanıBorodyankada yerləşən xaraba evdən çəkilən fotoşəkildə evin içində şkaf və üzərində yerləşən dekorativ mayolika xoruzu salamat qalmışdır. Bu fotoşəkil dünyada məşhurlaşdıqdan sonra Ukrayna mediası və sosial şəbəkələrdəki insanlar bu incəsənət əsəri ilə maraqlanmağa başlamışdılar. Şkaf Yelizaveta Servatınskanın diqqətini cəlb etmiş və o, şkafın fotoşəkillərini çəkmişdir. Bundan sonra Kiyev Şəhər Şurasının deputatı Viktoriya Burdukova hamının diqqətini mayolika xoruzuna yönləndirmişdir.
Timofey Vasilyev
Timofey Vasilyev (tam adı: Timofey Vasilyeviç Vasilyev, rus. Тимофей Васильевич Васильев; 19 fevral (3 mart) 1897 – 23 iyun 1939, Moskva) — Mordoviya (Erzyan) hüquqşünası, Mordoviyada müasir məhkəmə prosesləri sisteminin qurucusu, ictimai-siyasi xadim. 1917-ci il oktyabr inqilabının iştirakçısı. Timofey Vasilyev 19 ferval 1897-ci ildə Tomsk vilayəti Marinski qəzası, Tavla kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə ailəsi ilə birlikdə Kuznetsk hövzəsinin Anjer kömür mədənlərində işləmək üçün işləməyə başlamışdır. Atası mədəndə, Timofey isə daşıyıcı işləyirdi. 1910-cu ildə mexaniki emalatxanada dəmirçi fəaliyyətinə başlayır. 1915-ci ildə isə ailəsi ilə birlikdə doğma Tavla kəndinə qayıdır. bir müddət sonra isə dünyavi məhkəmədə katib işləyir. 1916-cı ildə hərbi xidmətə çağrılır.
Vera Vasilyeva
Vera Kuzminiçna Vasilyeva (rus. Вера Кузьминична Васильева, 30 sentyabr 1925, Moskva, RSFSR, SSRİ – 8 avqust 2023, Moskva) — Sovet və Rusiya teatr və kino aktrisası. SSRİ xalq artisti (1986), ikiqat "Stalin" mükafatı laureatı (1948,1951). Ən məşhur kino işləri arasında "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizli toy" (1953) filmləri, teatrda isə "Dəli gün və ya Fiqaronun evlənməsi", "Döyüşçü qız" və s. tamaşalar var.
Vasili Alekseyev (filoloq, 1881)
Vasili Mixayloviç Alekseyev (rus. Василий Михайлович Алексеев; 2 (14) yanvar 1881 və ya 14 yanvar 1881, Sankt-Peterburq – 12 may 1951[…], Leninqrad) — SSRİ filoloqu, çinşünası. SSRİ EA akademiki (1929; müvəqqəti üzvü 1923). Petroqrad Universitetinin professoru (1918-ci ildən). Çin mədəniyyəti, ədəbiyyatı, folkloru və teatrı haqqında elmi əsərlərin muəllifidir. Klassik Çin ədəbiyyatının bir sıra nümunələrini (Lyao Çjayın "Sehrbaz rahiblər" (1923), "Qəribə əhvalatlar" (1928), "Qeyri-adi adamlar haqqında hekayələr" (1937) əsərləri, "Klassik Çin nəsri" (1958, 2-ci nəşri 1959) və s.) rus dilinə tərcümə etmişdir. Балашов Н. И. Проблема возможности ренессансных процессов в различных культурных ареалах, споры вокруг неё и вопрос о преемственности взглядов академиков В. М. Алексеева и Н. И. Конрада. В кн: Россия-Восток-Запад / Отв. ред. акад.
Vasili Avseyenko
Vasili Qriqoryeviç Avseyenko (rus. Васи́лий Григо́рьевич Авсе́енко; 5 (17) yanvar 1842, Moskva quberniyası[d] – 29 iyul (11 avqust) 1913, Sankt-Peterburq) — Rusiya belletristi, tənqidçisi və publisisti. Zadəgan ailəsindən idi. Xalq Təhsili Naziri yanında xüsusi tapşırıqlar üzrə məsul vəzifədə çalışmışdır. 1860-cı illərdə "Russkom slove", "Russkoy reçi", "Russkom vestnike" və "Vestnik Yevropı" qəzetlərində Qərbi Avropanın tarixinə dair məqalələr dərc etdirmişdir. Avseyenko bir romançı kimi 1865-ci ildə əsərlər yazmağa başlamışdır. Собрание сочинений в 12 томах. — СПБ. 1904—1905. Авсеенко, Василий Григорьевич // Литературная энциклопедия : в 11 т. — [М.], 1929—1939.
Vasili Pyatibrat
Vasili Lukiç Pyatibrat (ukr. Василь Лукич П'ятибрат; rus. Василий Лукич Пятибрат; 1 noyabr 1930, Babiçovka[d], Qlobino rayonu[d]) — mühəndis, dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1972–1979), SSRİ sənaye tikintisi nazirinin müavini (1979–1986), SSRİ-nin və RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini (1988–1989, 1989–1990), RSFSR əməkdar inşaatçısı (1991). Vasili Lukiç Pyatibrat 1930-cu il noyabrın 1-də Ukrayna SSR-in Poltava vilayətinin Qlobino rayonunun Babiçovka kəndində anadan olmuşdur. Leninqrad Politexnik İnstitutunun Hidrotexniki mühəndislik fakültəsində təhsil almış, 1953-cü ildə buranı bitirdikdən sonra Kuybışev şəhərinə gələrək RSFSR Çay Donanması Nazirliyinin Sualtı Texniki İşlər İdarəsinin qrupunun komandiri olmuşdur. Vasili Pyatibrat 1960-cı ildən Kuybışev Xalq Təsərrüfatı Şurasının tikinti tresti tikinti-quraşdırma idarəsinin sahə rəisi və baş mühəndisi, 1964-cü ildən SSRİ Sənaye Tikintisi Nazirliyi Orta Volqa Baş Tikinti İdarəsinin 25 nömrəli tikinti-quraşdırma tresti tikinti idarəsinin rəisi, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1969-cu ilin may ayında 25 nömrəli trestin müdiri təyin olunmuş, 3 il 3 ay bu vəzifədə işlədikdən sonra, 1972-ci ilin avqust ayında Azərbaycan SSR sənaye tikintisi naziri vəzifəsinə təyin edilmişdir. Vasili Pyatibrat 1979-cu ilin iyun ayından SSRİ sənaye tikintisi nazirinin müavini, 1986-cı ilin oktyabr ayından SSRİ-nin cənub rayonlarında tikinti nazirinin birinci müavini vəzifələrində, 1989–1990-cı illərdə RSFSR-in cənub rayonlarında tikinti nazirinin birinci müavini, 1990-cı ildən isə RSFSR-in Cənub Rayonlarında Tikinti üzrə Rusiya Dövlət Tikinti-Sənaye Konserni (Rosyuqstroy) idarə heyəti sədrinin birinci müavini vəzifələrində çalışmışdır. Sonrakı illərdə Moskva Vilayətinin İnkişafı üzrə Dövlət Unitar Müəssisəsinin rəhbəri olmuşdur. Vasili Pyatibrat 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.

Digər lüğətlərdə