VEYS

güc, qüvvət; möhtac olan; kasıb, yoxsul.
VEYİS
VEYSAL
OBASTAN VİKİ
Veys
Veys (Xuzistan) — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. Veys Morid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. ‎Azad Veys-i Ülya (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Veys (Xuzistan)
Veys — İranın Xuzistan ostanının Bavi şəhristanının Veys bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,024 nəfər və 2,478 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ərəblərdən ibarətdir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
Veys İsmayılov
Veys Əflatun oğlu İsmayılov (23 fevral 1996; Tərtər, Azərbaycan — 13 oktyabr 2020; Suqovuşan Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin manqa komandiri, Vətən müharibəsi şəhidi. Veys İsmayılov 1996-ci il fevralın 23-də Yevlax rayonu nda anadan olub.2001-2005-ci ildə Yevlax da 9 saylı orta məktəbdə təhsil almağa başlayıb. 2006-cı ildə isə ailəsi ilə birlikdə Bakı ya gələrək təhsilini Zabrat qəsəbəsi 307 saylı orta məktəbdə davam etdirib. 2014-cü ildə Qazax a hərbi xidmətə yola düşür, 2015-ci ildə tərxis olunur. 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü döyüşə yazılır və 28 sentyabrda hərbi komissarlığa çağırılır. Azərbaycan Ordusunun manqa komandiri olan Veys İsmayılov 2020-ci il sentyabrın 30-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib.
Veys Əfəndi
Haber-Veys reaksiyası
Haber-Veys reaksiyası- H2O2 (hidrogen peroksid) və superoksidin (• O2−) OH hidroksil radikalıdır. Reaksiya oksidləşdirici olaraq qəfəsdə baş verə bilər. Dəmir ionları katalizator olaraq iştirak edir və reaksiya kifayət qədər yavaş gedir. Reaksiyanın birinci mərhələsi Fe3+ -nın reduksiya olunması ilə başlayır: Fe3+ + •O2− → Fe2+ + O2 İkinci mərhələ: Fe2+ + H2O2 → Fe3+ + OH− + •OH Fe katalizatoru üçün ümumi reaksiya: •O2− + H2O2 → •OH + OH− + O2 Reaksiyanın adı Frits Haber və onun tələbəsi İosif Veysin şərəfinə adlandırılmışdır. 1931-ci ildə alman kimyaçısı və kimya üzrə Nobel mükafatçısı Frits Haber və tələbəsi İosif Veys Haber-Weiss reaksiyası adlanan zəncirvari reaksiyanı belə izah etmişlər: (1) HO• + H2O2 → H2O + O2•- + H+ (2) O2•- + H+ + H2O2 → O2 + HO• + H2O Lakin 1947-ci ildə Corc superoksid və hidrogen peroksid (2) arasındakı reaksiyanın superoksid parçalanmasının sürətli reaksiyasına nisbətən əhəmiyyətsiz olduğunu göstərdi: (3) O2•- + H2O2 → OH− + HO• + O2 1949-cu ildə Veys bu dəlilləri qəbul etdi və Haber- Veys reaksiyası uzun müddət unuduldu. 1970-ci ildə Boşamp və Fridoviç superoksidin toksik təsirlərini izah etmək üçün unudulmuş bir reaksiyanı canlandırdılar, lakin 1970-ci illərdə aparılan laboratoriya tədqiqatları göstərdi ki, bu reaksiya üçün sürət sabitinin 1 M-1с-1 və ya daha az olması Corcun əvvəlki nəticələrini təsdiqlədi. Superoksid və hidrogen peroksid arasındakı reaksiyanın yenidən əhəmiyyətsiz olması təsdiqləndi və superoksidin toksikliyi Fentonun reaksiyasında öz əksini tapdı: (4) Fe2+ + H2O2 → Fe3+ + HO- + HO• 1994-cü ildə Kan və Keşa sərbəst oksigeni almaq məqsədilə Haber- Veys reaksiyasına müraciət etdilər. Hal-hazırda superoksidin toksikliyi Fenton reaksiyası ilə izah edilir. W. H. The Haber-Weiss cycle – 70 years later (неопр.) // Redox Report. — 2001.
Mir Veys xan
Mir Veys xan (1673—1715) (dəri. میروَیس) — Gilzaylar tayfasının başçısı. Mir Veys xan Şahaləm xan oğlu Gilzaylar tayfasının Xotəki soyundan idi. 1673-cü ildə Qəndəhar şəhərində anadan olmuşdu. XVIII əsrin əvvəllərində əfqan tayfalarında artıq feodal- patriarxal münasibətlər tədricən aradan qalxır və onlar inkişaf təkamülərində yeni mərhələyə qalxırdılar. Əvvəldə qeyd etdiyimiz kimi ən güclü əfqan tayfaları Gilzay və Abdalilər idi. Gilzayi tayfalarının başçısı varlı tacir Mir Veys idi. Qəndəharda Mir Veysin rəhbərliyi ilə üsyan qalxdı və o iddia edirdi ki, şah hakimiyyətini tanımayacaq. Bu dövrdə şah Qəndəhara yeni bəylərbəyi təyin etdi. Bu şəxs gürcü mənşəli Qurgen xan idi və onu yerli camaat Şahnavaz xan adlandırırdı.
Veys Mürid (Bicar)
Veys Mürid (fars. ويسمريد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə). Əhalisini kürdlər təşkil edir.
Veys və Ramin
"Veys və Ramin" (fars. ويس و رامين‎) — parflar dövrünə aid olduğu güman edilən qədim İran poeması. Nəsrlə pəhləvi dilində yazılmış poema XI əsr fars şairi Fəxrəddin Əsəd Gurgani tərəfindən fars dilində nəzmə çəkilmişdir. Əsərdə təsvir olunmuş hadisələrin kökü İslamdan əvvəlki İrana gedib çıxır. Hər nə qədər Gurgani hekayəni Sasanilər dövrü ilə bağlamağa çalışsa da, aparılan tədqiqatlar "Veys və Ramin" dastanının parflar dövründə, ehtimal ki, b.e. I əsrində yarandığını iddia etməyə əsas vermişdir. Şübhəsiz ki, əsərdə təsvir olunmuş hadisələr Gurganinin özünün yaşadığı dövrdən xeyli əvvəlki tarixin adətlərini əks etdirir. Poema Qərbi İranda (Cənubi Azərbaycan) Mah (Midiya) sülaləsindən olan Şəhru və Karenin qızı Vis və Şərqi İranda Mərv hökmdarı olan Mobedan Monikanın qardaşı Ramin haqqındadır. Monikan Şəhrunu hökmdar məclisində görür, onun gözəlliyinə heyran olur və onunla evlənməyi xahiş edir. Şəhru artıq evli olduğunu bildirsə də, gələcəkdə qızı doğulsa onu Monikana ərə verməyi vəd edir.
Veys və Ramin (dəqiqləşdirmə)
Veys və Ramin - XII əsr fars şairi Fəxrəddin Əsəd Gurganinin nəzmə çəkdiyi poema. Visramiyani - Gurganinin əsərinin XII əsrin sonlarında yaşamış gürcü şairi Sarkis Tomaçveli tərəfindən gürcü dilinə tərcüməsi. Veys və Ramin - Gurganinin əsərinin XVI əsr türk şairi Lamii Çələbi tərəfindən türk dilinə tərcüməsi.
Azad Veys-i Sülfa (Bicar)
Azad Veys-i Sülfa (fars. آزاد ويس سفلي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (15 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Azad Veys-i Ülya (Bicar)
Azad Veys-i Ülya (fars. آزاد ويس عليا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 281 nəfər yaşayır (52 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Daş Veysəlli
Daş Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Daş Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Minbaşılı inzibati ərazi vahidində kənddir. Gəyan çölündədir. Oykonim daş (qayalıq, daşlıq) və Veysəlli (etnotoponim) komponentlərindən ibarət olub "daşlıq, qayalıq ərazidə olan Veysəlli kəndi" deməkdir. Oykonimin birinci komponenti kəndin relyefini təyin etməklə bərabər yaşayış məntəqəsini r-nun ərazisindəki Göyərçin Veysəlli kəndindən fərqləndirməyə də xidmət edir. Qərib Ağa, Düldül pirləri bu kəndin ərazisində yerləşir. Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kəndinin inzibati ərazi vahidinə daxil olan kənd Gəyan çölündə yerləşir.
Deh-i Veysağa (Qoşaçay)
Deh-i Veysağa (fars. ده ويس اقا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (132 ailə).
Fəxrəddin Veysəlli
Fəxrəddin Yadigar oğlu Veysəlli — filologiya elmləri doktoru, professor. Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəlli 1943-cü il mayın 11-də Kürdəmir rayonunun Yenikənd kəndində ziyalı ailəsində anadan olmuşdur. Uşaqlıq illəri ağır və çətin şəraitdə keçən Fəxrəddin (beşinci sinifdən onuncu sinfədək oxuduğu kənd məktəbinin bütün təmizlik işlərini, odun-ocağını, bostan və bağını, gözətçiliyini sol qıçını müharibədə itirmiş atası Yadigar kişinin əvəzinə öz üzərinə götürməli olmuşdu) həmin kənddə orta məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına APDİ-nin Avropa dilləri fakültəsinin alman dili şöbəsinə qəbul olunur. İnstitutu 1965-ci ildə əla qiymətlərlə bitirdiyindən doğma ali məktəbdə müəllim saxlanılır, ancaq hələ tələbə ikən təhsil aldığı institutda laborant vəzifəsində çalışmağa başlayır. Onun elmə və təhsilə olan marağını yüksək qiymətləndirən müəllimləri dosent T. R. Əhmədova və professor F. Ə. Seyidov yeni dərs ilindən onu müəllim ştatına işə götürürlər. Cəmi dörd ay işlədikdən sonra Fəxrəddin müəllim hərbi xidmətə çağırılır. Batumidə hərbi xidmətini başa vurduqdan sonra o, doğma instituta qayıdaraq müəllimlik fəaliyyətini davam etdirir. Hələ tələbə ikən o, elmi-tədqiqat işlərinə olan dərin marağı ilə institut müəllimlərinin diqqətini özünə cəlb etmişdi. İnstitutun beşinci kursunda oxuyarkən o zaman ittifaqın müxtəlif bölgələrindən gənc tədqiqatçıların iştirak etdiyi Tbilisi konfransında onun "F. Şiller və Azərbaycan səhnəsi" mövzusunda alman dilində etdiyi məruzəsi konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilmişdi. Elə həmin il institut rəhbərliyi təhsilini davam etdirmək üçün onu o zamankı ADR-ə göndərməyi qərara aldı.
Göyərçin Veysəlli
Göyərçin Veysəlli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Göyərçin Veysəlli oyk., mür. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Əsli Göyərcik Veysəllidir. Oykonim Göyərcik (kənd adı) və Veysəlli (etnotoponim) komponentlərindən düzəlib, "Göyərcik kəndi yaxınlığındakı Veysəlli kəndi" deməkdir. Birinci komponent eyni zamanda kəndin adını Daş Veysəlli kəndinin adından fərqləndirməyə xidmət edir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki
Mirzə Məhəmmədəli ağa Veysəlli-Otuziki — Nadir şah Qırxlı-Avşarın münşisi, Pənahəli xan Sarıcalı-Cavanşir in xarici işlər vaziri, şair Mirzə Məmmədqulu Təbibin ulu babası. Mirzə Məhəmmədəli ağa Məhəmmədxan ağa oğlu 1700-cü ildə Otuziki elinin Veysəlli oymağinda doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. O, öncə Osmanlı ordusunda qulluq etmiş, sonra ordudan qaçıb Nadirqulu xan Qırxlı-Avşarın dəstəsinə qoşulmuşdu. Nadirqulu xan özünü şah elan edəndən sonra onun divanında münşi vəzifəsində xidmət etmişdi. Təzkirəçi Məhəmməd ağa Müctəhidzadə yazır: "Qəfranpənah Mirzə Məhəmmədəli isə cənnətməkan, nadiri-zəman Nadir şahın hüzurunda xass dəbir və münşilərdən imiş ki, bəvasiteyi-təğyiri-zəman və inqilabi dövran İran torpağından qəti-əlaqə edib Qarabağa təşrif gətirib Veysəlli nam qəryəsində təəhhül etmiş..." Müəllif Mirzə Məhəmmədəli ağanı gəlmə kimi göstərir. Halbuki, onun atası Məhəmmədxan ağa, anası Ümmülbanu xanım əslən və nəslən Veysəlli oymağından idilər. Nadir şahın qətlindən sonra Qarabağa dönən Mirzə Məhəmmədəli ağa Pənahəli xanın divanxanasında münşi (xarici işlər yazışmalarına nəzarət edirdi) kimi çalışmışdı. Mirzə Məhəmmədəli ağanın Qayıb bəy adlı oğlu vardı.
Məmməd Veysov
Veysov Məmməd Kərim oğlu(27.12.1900, Şamaxı ş. – 27.8.1974, Bakı) – hərbi xadim. Buzovnada praporşiklər məktəbini bitirmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yeni təşkil olunmuş hərbi birləşmələrində xidmət etmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə alayının komandiri və Gəncə qarnizonunun rəisi vəzifəsini daşımışdır. N.Tolmaçov adına Hərbi-Siyasi Akademiyanı və M.Frunze adına Nərbi Akademiyanı bitirmişdir. Akademiyada təhsil alarkən yazdığı “Qafqaz hərbi əməliyyat meydanı şəraitində dağ-atıcı diviziyasının hücumu” adlı diplom işi Akademiyanın Komissiyası tərəfindən dağ hərbi hissələri üçün rəhbər vəsait kimi tövsiyə edilmişdir. Hərbi Akademiyanı bitirdikdən sonra Orconikidze şəhərindəki 28-ci dağ-atıcı diviziyasının qərargah rəisi, 1937 ilin noyabrında isə Şimali Qafqaz Hərbi Dairəsinin 9-cu atıcı korpusuna qərargah rəsi təyin olunmuşdur. Həmin il dekabrın 30-da sovet repressiyaları dalğasında həbs edilmişdir. 1955 il iyunun 22-də bəraət qazanmış, bütün vətəndaş hüquqları, hərbi rütbəsi və təltifləri bərpa olunmuşdur. Uzun müddət Gəncə və Bakı şəhər partiya bürosunun üzvü, Bakı şəhər Sovetinin deputatı olmuşdur.
Nazim Veysov
Nazim Veys oğlu Veysov — Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı (2005–2014-cü illər). 10 avqust 1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olub. Əmək fəaliyyətinə 1967-ci ildən başlayıb. 1974-cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun(indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Mexanikləşdirmə fakultəsini bitirib. 1974-cü ilin noyabrından 1983-cü ilin avqustuna qədər Xanlar(indiki Göygöl) rayonunun heyvandarlıq sovxozunda baş mühəndis, 1983-cü ilin oktyabr ayından 1986-cı ilin avqust ayına qədər isə Xanlar(Göygöl) rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib. Nazim Veysov 1979-cu ilin mart ayında Sov.İKP sıralarına daxil olub. 1987-ci ilin iyul ayından 1990-cı ilin fevral ayına qədər Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib. 1992-ci ilin mart ayından 1999-cu ilin aprelinədək Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib. 1993-cü ilin iyun ayından Yeni Azərbaycan Partiyasının üzvü olan Nazim Veysov 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. İki seçki Yeni Azərbaycan Partiyası Xanlar rayon təşkilatının sədri seçilb (Sentyabr, 1999 – mart, 2003).
Nemət Veysəlli
Nemət Bayramalı oğlu Veysəlli (21 mart 1941, Yuxarı Veysəlli, Qaryagin rayonu – 25 mart 2023) — Azərbaycan Yazıçılar Birliyinin (1985) və Azərbaycan Jurnalistlər Birliyinin (1978) üzvü. Nemət Veysəlli 1941-ci il martın 21-də Qaryagin rayonunun (indiki Füzuli) Yuxarı Veysəlli kəndində anadan olmuşdur. Yeddillik kənd məktəbini bitirdikdən sonra sabiq Martuni (indiki Xocavənd) rayonunun beynəlmiləl (1957–1959) orta məktəbində təhsil almışdır. Horadiz pambıqtəmizləmə zavodunda (1960) fəhlə işləmişdir. 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq etmişdir. Bir müddət Bakı Şin zavodunda fəhlə (1964–1975), sonralar isə böyük tərbiyəçi vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Universitetinin jurnalistika (1965–1971) fakültəsini bitirmişdir. Nemət Veysəlli çox mənalı və zəngin həyat yolu keçmişdir. Onun dünyaya gəldiyi dövr çox ağır və məşəqqətli illərlə bağlı idi. Müharibə dövrü və onun sonraya miras qoyduğu üzüntülər bütün ailələrin probleminə çevrilmişdi.
Veysayd Mehmanxanasının Hekayələri
"Veysayd mehmanxanasının hekayələri" (Tales of a Wayside Inn) — Amerikan şair Lonqfello (Henry Wadsworth Longfellow) tərəfindən yazılmış şeirlər kitabıdır. Kitab 1863-cü ildə çap edilmişdir. Kitabın adındakı "Veysayd" mehmanxanası Amerika Birləşmiş Ştatları Massaçusets şəhərinin "Sudbury" əyalətində yerləşən bir mehmanxanadır. Lonqfello Massaçusets, Kembric şəhərindən 20 mil uzaqlıqda yaşayırdı. Bu mehmanxana Kembric insanlarının getməkdən ən çox həzz aldığı yerlərdən biri idi. Mehmanxananın adı ilə yanaşı həm də kitabda yer alan surətlər də real insanlardır və Lonqfelloun dostları olmuşdur. Kitab onların bir-birinə Veysayd mehmanxanasına gedərkən söylədiyi hekayələrdən ibarətdir. Kitabda bu hekayələr şeir formasında verilir. Lonqfello 1861-ci ildə həyat yoldaşının ölümündən sonra onda yaranan kədərlə mübarizə aparmaq üçün böyük öçülü bir əsərə başlayır. Bu kitabı yazarkən o həm də özünün ABŞ Vətəndaş müharibəsi dövründəki şəxsi mübarizəsi, böyük qardaşının müharibədə yaralanması və xəstələnməsini də aydınlaşdırmışdır.
Veysel Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Veysiyan
Veysiyan— İranın Luristan ostanının Dövrə şəhristanının Veysiyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,817 nəfər və 429 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində danışırlar və şiə müsəlmandırlar.
Veysman İnstitutu
Xaim Veysman adına institut (ivr. ‏מכון ויצמן למדע‏‎) Rexovotda — İsraildə ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat institutu. Veysman institutunda təbiət elmləri sahəsində (riyaziyyat, fizika, kimya, biologiya, informatika, nevrologiya və beyinin tədqiqi) tədqiqat şöbələri vardır. İnstitutda həmçinin ikinci və üçüncü akademik səviyyəyə daxil olmaq istəyən tələbələr üçün Faynberq adına ali məktəb fəaliyyət göstərir. İnstitut bakalavr səviyyəsində fəaliyyət göstərmir. Tədris ingilis dilində həyata keçirilir. Ali məktəb Rexovotda 1934-cü ildə Ziv ailəsi tərəfindən vaxtsız vəfat etmiş oğlanları Daniel Zivin xatirəsinə təsis edilib.
Veysyarv gölü
Veysyarv gölü (est. Veisjärv, Veisejärv) — Estoniyanın cənubunda yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Vilyandima qəzasının Tarvastu volostuna daxildir. Veyosyarv gölü Vırtyarvs su toplayıcı hövzəsinə, Şərqiestoniya sutoplayıcı dairəsinə daxildir. Göl Karksi-Nuya şəhərindən 10 km şərqdə, 96 m dəniz səviyyəsindən yuxarıda yerləşir. Göl yaxınlığında Veyosyarve və Miyaekyula kəndləri vardır. Su tutarının akvatoriyası Rubina qoruğu ərazisinə daxildir (Rubina looduskaitseala). Göldə adi ilişkən balığı (lat. Misgurnus fossilis) yayılmışdır.
Veysəl Musibov
Veysəl Yadulla oğlu Musibov (15 fevral 1989, Taldı-Kurqan vilayəti – 7 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Veysəl Musibov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənmişdir. Döyüşlərdən 3 il sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı olan Veysəl Musibov İkinci Qarabağ müharibəsində Murovdağın, Cəbrayılın, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kəşfiyyatçı kimi döyüşlər başlayandan qabaq döyüşün gedəcəyi ərazilərin tədqiq edilməsində mühüm rol oynamışdır. Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbə Veysəl Musibovun adı verilmişdir. Veysəl Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində Yadulla Musibovun və Səməngül Musibovanın ailəsində anadan olmuşdur. Milliyətcə azərbaycanlıdır. İlk təhsilini Vahid Ələkbərov adına Şahbuz rayon Sələsüz kənd orta məktəbində 2004-cü ilə qədər almışdır.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
Veysəl Özgür
Veysəl Özgür (türk. Veysel Özgür) (d. 1877, Trabzon – ö. 1931, Ankara) — Türk əsgəri. 1895-ci ildə Hərbi Akademiyaya daxil olmuşdur. 1899-cu ildə oranı bitirərək hərbi xidmətə başlamışdır. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 28 oktyabr 1920-ci ildə Anadoluya gedərək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 26 mart 1924-cü ildə öz istəyi ilə təqaüdə çıxdı. 3 noyabr 1941-ci ildə İstanbulda vəfat etdi.