VOICE

voice1

n 1. səs; rough / sweet / thin ~ kobud / şirin / nazik səs; to raise one’s ~ səsini qaldırmaq; ~ of conscience vicdanın səsi; to be out of ~ səsi batmaq; 2. səda, şırıltı; gurultu; the ~ of the stream çayın şırıltısı; the ~ of the waves / of the sea / of the storm dalğaların / dənizin / tufanın gurultusu; 3. qram. növ; active / passive ~ məlum / məchul növ;

◊ the ~ of Nature təbiətin səsi / çağırışı; with one ~ bir səslə

voice2

v ifadə etmək (sözlə), demək, söyləmək; to ~ one’s protest / one’s desire / one’s hope narazılığını / arzusunu / ümidini ifadə etmək

VOGUE
VOICED
OBASTAN VİKİ
Voice of America
Amerikanın Səsi (ing. Voice of America) — ABŞ hökumətinin xarici auditoriya üçün nəzərdə tutulmuş xəbər yayımlama təşkilatı. Amerikanın Səsinin nizamnaməsinə əsasən yayımların məqsədi "Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir." Təşkilat 1942-ci ildən fəaliyyət göstərir. Amerikanın Səsi hazırda 43 dildə İnternetdə, televiziyada və radioda verilişlər yaymlayır. Hesablamalara görə dünya boyu hər həftə Amerikanın Səsinin verilişlərini 123 milyon adam izləyir. Amerikanın Səsinin Azərbaycan xidməti müəyyən fasilələr istisna olmaqla 1952-ci ildən fəaliyyət göstərir. Sovet İttifaqı 1991-ci ildə dağılanadək Amerikanın Səsinin Azərbaycan xidmətinin verilişləri qısa dalğalı radiolarda yayımlanırdı. Bundan sonra Amerikanın Səsi Azərbaycanda meydana çıxan FM radiosunda və bir müddət ANS TV və AZTV-də verilişlər yayımladı. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanına əsasən xarici yayım şirkətləri Azərbaycanın yerli dalğalarından xaric edildikdən sonra Amerikanın Səsi öz verilişlərini İnternetdə (www.amerikaninsesi.org) və peyk televiziyasında (Hotbird) yayımlayır. Amerikanın Səsinin vebsaytında Azərbaycan auditoriyası üçün maraq doğuracaq gündəlik xəbər və reportajlardan əlavə "Dünyaya baxış", "Şoubiz" və "Amerikana" proqramları yer alır.
A Silent Voice (anime)
A Silent Voice (azərb. Səssiz səs‎) və ya Yaponiyada tanınan adı ilə Koe no Katachi (聲の形, azərb. Səsin forması‎) – 2016-cı il istehsalı dram və gənclik anime filmi. Naoko Yamadanın rejissorluğu, Reyko Yoşidanın ssenaristliyi və Kensuke Uşionun bəstəkarlığı ilə Kyoto Animation tərəfindən istehsal olunmuşdur. Anime filmi Yoşitoki Oymanın eyniadlı manqa seriyasına əsaslanır. Yaponiya premyerası 17 sentyabr 2016-cı ildə, digər ölkələrdə isə fevral-iyun 2017-ci ildə baş tutmuşdur. Anime filmi tənqidçilər tərəfindən bəyənilmişdir. == Məzmun == Şoya İşida bütün qazandığı pulları yığıb anasına buraxır və körpüdən tullanıb intihar etməyə hazırlaşır. Tullanmaq istəyən anda yaxınlıqdakı uşaqlar fişəng buraxır və yadına ibtidai məktəbdə onu bu hala gətirən hadisələr yadına düşür. Həmin günlərdə Şoya tamamilə fərqli adam idi və məktəbli yoldaşları ilə münasibətləri yaxşı idi.
The Voice (Eymar Kuinn mahnısı)
"The Voice" (azərb. Səs‎) — İrlandiyalı ifaçı-bəstəkar Eymar Meri Ros Kuinnə məxsus kelt musiqi janrlı ilahi. Mahnı İrlandiyanı beynəlxalq səhnələrdə böyük uğurla təmsil etmişdir. "The Voice" musiqi əsərinin ilahi çalarlarla zəngin sözləri və bəstəsi, məşhur İrlandiyalı musiqiçi Brendan Qrehama məxsusdur. Mahnı bəstəkar tərəfindən ilk dəfə, neo-ənənəvi kelt qrupu "Dərviş"in səsyazmasında təqdim edilsədə, "Anuna" qospel xorunun üzvü olan Eymar Kuinnin ifasında, dünya musiqi tarixinə əvəzedilməz töhfə vermişdir. Mahnı füsunkar musiqisi və mürəkkəb elmi ifadələri ilə şəxsiyyəti ilahiləşdirir. İfaçı özünü "Ana təbiət" və ya "Kainat" timsalında sadəcə "Səs" olaraq qəbul edir. O, şiddətli küləklərdə payız yarpaqlarının pıçıldayışı, yağmurun, baharın, tənha səhraların, bütün fəsil və iqlimlərin özüdür. Zamansızlıq dəhlizində yox olaraq, keçmiş və gələcəyin sədası olduğunu bildirir. Mahnının sözlərindəki "Mən bütün ağrı və əzabların səsiyəm və səsə(Mənə) sülh gətirin" cümləsi, mükəmməl musiqi əsərinin ruhunu dolğun tərzdə ifadə etməkdədir.
Voices (Tass mahnısı)
"Voices" (azərb. Səslər‎) — Konqo əsilli ifaçı Tusent Maykl Çayzanın(Səhnə adı ilə sadəcə-Tass) mahnısı. İsveç sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində, məhz bu mahnı ilə uğurla təmsil olunmuşdur. R&B, soul janrlı, Tass tərəfindən ifa edilən "Voices" mahnısının sözləri və bəstəsi, Anders Vrefav, Coy Deb, Cimmi "Coker", Lıneya Deb və Törnfelt tərəfindən ərsəyə gəririldi. Mahnının mövzusu və hədəf olaraq göstərdiyi əsas məqam, hər zaman uzaq və çətin coğrafiyalarda yaşayan insanları unutmamaq və uzaq məsafələri "Birgə oxumaqla" aradan qaldırmaqdır. İfaçı mövzuya təşbehlə başlayır. O, yağmuru atəşə bənzədir və nə qədər uzaqlarda olmasına baxmayaraq, insanların acısını hiss edə bilir. Sosial mediada, irqi ayrı-seçkiliyin qurbanı olaraq təhqirlərə məruz qalan Tass, "Voices" mahnısındakı "Hər zaman yardıma ehtiyacı olan biri var, bəs sən onun səsini eşidirsənmi?" sualı ilə, "Mənlik" duyğusunu qətiyyətlə rədd edir. "Voices" mahnısı İsveç Səsyazma Sənayesi Assosiasiyası tərəfindən, platin sertifikatına layiq görülmüşdür. "Voices" mahnısı İsveçin ənənəvi musiqi yarışması olan Melodifestivalen 2021-də, Tass tərəfindən səsləndirilmiş və adıçəkilən seçim yarışmasının sayca 61-ci qalibi olmuşdur.