Əbdülsəməd Məmmədyarov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdülsəməd Məmmədyarov
Əbdülsəməd Bağır oğlu Məmmədyarov
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası

Əbdülsəməd Məmmədyarov (tam adı: Əbdülsəməd Bağır oğlu Məmmədyarov; d.27.9.1889, Bakı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.

Həyatı

Əbdülsəməd Məmmədyarov 1889-cu ildə sentyabrın 27-də Bakı şəhərində anadan olmuşdur. 1913-cü ildə Bakı orta inşaat-mexanika məktəbini bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 4 il təhsil almış, lakin maddi çətinlik üzündən təhsilini yarımçıq buraxmış, 1918-ci ildə vətənə qayıtmışdır. 1919-cu ildə müraciətinə əsasən, təhsilini davam etdirmək üçün Parlament tərəfindən yenidən Rusiyaya (Xarkov) göndərilməsi nəzərdə tutulmuşdu. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.[1]

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, "Lider nəşriyyat", Bakı-2005, səh. 191