Şahnəzərov Əhməd Hacı oğlu (2.1.1899, Dağıstan - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Əhməd Şahnəzərov | |
---|---|
Əhməd Hacı oğlu Şahnəzərov | |
Digər adı | Əhməd Hədis oğlu Hacıyev |
Doğum tarixi | |
Doğum yeri | Axtı rayonu, Dağıstan, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Azərbaycan Parlamentinin 1919-cu il 11 avqust tarixli "Azərbaycan vətəndaşlığı haqqında" qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan vətəndaşlığını qəbul etmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini toxuculuq sahesində davam etdirmək üçün Nansi Toxuculuq Məktəbinə (Fransa) göndərilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921-1922-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin məlumatında Əhməd Şahnəzərovun 2-ci kursa keçdiyi göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.