Məmməd bəy Xələfbəyov

Xələfbəyov Məmməd Xələf bəy oğlu (20.6.1898, Şamaxı -9.12.1939) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]

Məmməd bəy Xələfbəyov
Məmməd bəy Xələf bəy oğlu Xələfbəyov
Doğum tarixi
Doğum yeri Şamaxı, Bakı qəzası, Rusiya imperiyası
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Kolıma, RSFSR

Həyatı[redaktə | mənbəni redaktə et]

Şamaxı realnı məktəbini bitirib (1917), Petroqrad elektrotexnika institutuna daxil olmuş, Fevral inqilabından (1917) sonra Rusiyada baş verən hadisələrlə əlaqədar-təhsilini yarımçıq qoyaraq vətənə qayıtmışdı. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini fizika-riyaziyyat sahəsində davam etdirmək üçün İstanbul Universitetinə göndərilmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycana dönmüş, 1930-cu illərdə Semaşko adına xəstəxananın cərrahiyyə şöbəsində professor M.Ə.Mirqasımovun yanında işləmişdir. 1930-cu illərin sonlarında repressiyaya məruz qalmış, Kolıma (Rusiya, Maqadan vilayəti) həbs düşərgəsinə göndərilmiş, düşərgə xəstəxanasında həkim işləmişdir. Ölümündən sonra bəraət almışdır.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə göndərilən tələbələr və onların taleyi barədə qeydlər". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-10.
  2. "Xaricə göndərilən tələbələr". Azerbaijans.com. 7 January 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 January 2019.