Nəbi Məmmədov | |
---|---|
Nəbi Məmmədov | |
Doğum tarixi |
Nəbi Məmmədov (18 noyabr 1900) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına və xalq maarifi nazirinə müraciətinə əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
1919-cu ildə Kiyev Dövlət Kommersiya İnstitutunun tələbəsi olmuş, maddi çətinlik üzündən təhsilini yarımçıq buraxıb geri qayıtmış və bütün sənədləri Kiyevdə qalmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini bitirmək üçün yenidən Kiyevə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.