Cəbrayıl Rəhimov

Rəhimov Cəbrayıl Məmmədrza oğlu (1892, Bakı — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

Cəbrayıl Rəhimov
Cəbrayıl Məmmədrza oğlu Rəhimov
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası

Şamaxı realnı məktəbini bitirmiş (1912), Moskva Kommersiya İnstitutuna daxil olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.