Yusif bəy Süleyman oğlu Ağasıbəyli (20.12.1896, Gəncə - 1989, Gəncə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Yusif bəy Ağasıbəyov | |
---|---|
Yusif bəy Süleyman oğlu Ağasıbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Rusiya imperiyası |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan SSR |
Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmişdir (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, elektrotexnika sahəsində təhsil almaq üçün Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Təhsilini başa vurduqdan sonra Almaniyada qalıb işləmişdir. Ağasıbəyli 1931-ci ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik vəzifəsində işləmişdir. 1937-ildə həbs edilmiş, 1956-ildə bəraət almışdır.