Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu (30 yanvar (11 fevral) 1896, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 fevral 1982, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Mir İsmayıl Seyidzadə | |
---|---|
Doğum tarixi | 30 yanvar (11 fevral) 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1982 (86 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Təhsili |
İmperator III Aleksandr adına Kiyev Politexnik İnstitutu[1] Şarlonttenberq Texniki Universiteti |
Fəaliyyəti | mühəndis, memuarçı |
Vikianbarda əlaqəli mediafayllar |
Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.