Zeynalabdin bəy Hacağa bəy oğlu Əliyev (24 aprel 1894 — ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri[1].
Zeynalabdin Əliyev | |
---|---|
Doğum tarixi | 1894 |
Doğum yeri |
Zeynalabdin Əliyev 1894-cü ildə Bakıda anadan olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.