Mahmud Nəbiyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Mahmud Nəbiyev
Mahmud Nəbiyev
Doğum tarixi
Doğum yeri Şəki, Rusiya imperiyası

Nəbiyev Mahmud (3.4.1893, Nuxa - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi nəzərdə tutulmuş tələbələrdən biri.

Həyatı

Tiflisdəki İmperator 1-ci Aleksandr kişi gimnaziyasını bitirmiş (1914), Kiyev Universitetinin fızika-riyaziyyat şöbəsində 3 il oxumuş, lakin maddi çətinliklə əlaqədar təhsilini davam etdirə bilməmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə adı Rusiyaya göndəriləcək tələbələrin siyahısına daxil edilmişdi. Lakin Vətəndaş müharibəsi ilə əlaqədar yaranmış mürəkkəb vəziyyətdə oraya tələbə göndərmək mümkün olmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.

İstinadlar