Qazançı (Şörəyel)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tarixi Azərbaycan əraziləri
Qazançı
Ümumi məlumatlar
Ölkə Ermənistan
Bölgə Şörəyel mahalı
İndiki adı Meğraşen (Balkənd)
Adının dəyişdirilmə tarixi 1946
Əhalisi
  • 1.435 nəf. (2011)[1]
Saat qurşağı
Xəritədə yeri
Qazançı xəritədə
Qazançı
Qazançı

Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd[2].

Tarixi

Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına[5][6] "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur.

Digər

Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Qazan türk tayfasının adı[5] əsasında yaranmış etnooronimdir.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996, s.130
  4. 1 2 Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913, s.107
  5. 1 2 Баскаков Н.А. Введения и изучения тюркских языков, Изд.2е, М., «Высш.школа», 1969, s.235
  6. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, «Элм», 1986, s.35